Regionda diplomatiya yerini yenidən hərbi hərəkətliliyə verməkdədir
Məhəmməd Əsədullazadə: “Növbəti ildən münaqişə ətrafında istənilən nəticənin şahidi ola bilərik” Daha bir il başa çatmaq üzrədir. Başa vurmaqda olduğumuz 2016-ci il də Dağlıq Qarabağ probleminin həlli istiqamətində heç bir irəliləyişin əldə edilmədiyi il kimi tarixə düşməkdədir. Düzdür, ilin sona çatmasına hələ 1 aydan artlıq vaxt qalsa da, amma ümumilikdə yerdə qalan bir ay ərzində də münaqişənin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun problemin həlli ilə bağlı hansısa konkret addım atacağı şübhə doğurur. Çünki həmsədrlərin son səfəri də belə bir reallığı ortaya qoydu. Elə əksər ekspertlər də bu qənaətdədirlər.
23 Noyabr 2016 15:55 SosialMəhəmməd Əsədullazadə: "Növbəti ildən münaqişə ətrafında istənilən nəticənin şahidi ola bilərik"
Daha bir il başa çatmaq üzrədir. Başa vurmaqda olduğumuz 2016-ci il də Dağlıq Qarabağ probleminin həlli istiqamətində heç bir irəliləyişin əldə edilmədiyi il kimi tarixə düşməkdədir. Düzdür, ilin sona çatmasına hələ 1 aydan artlıq vaxt qalsa da, amma ümumilikdə yerdə qalan bir ay ərzində də münaqişənin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun problemin həlli ilə bağlı hansısa konkret addım atacağı şübhə doğurur. Çünki həmsədrlərin son səfəri də belə bir reallığı ortaya qoydu. Elə əksər ekspertlər də bu qənaətdədirlər.
Cənubi Qafqazda Təhlükəsizlik və Sülh İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də deyir ki, yerləşdiyimiz regionda dondurulmuş münaqişələr, xüsusilə Dağlıq Qarabağ münaqişəsi bu il də öz həllini tapmmamış qalacaq və beləliklə ili başa vuracağıq. Onun sözlərinə görə, cari ilin aprel ayında baş verən hərbi eskalasiyadan sonra münaqişənin həlli istiqamətində Rusiyanın başçılığı ilə aparılan danışıqlar avqust ayına qədər davam etsə də, lakin sentyabr ayında Ermənistanda həyata keçirilən məlum hərbi paraddan sonra danışıqlar prosesinə nöqtə qoyulub: "Və Ermənistan tərəfindən kəskin tonda açıqlamalar verilməyə başlanılıb. Amma, payız aylarında Rusiya prezidentinə bağlı olan qurumlardan verilən açıqlamalarda hər hansı bir nəticənin olacağı və Azərbaycan-Ermənistan prezidentlərin görüşünün baş tutacağı kimi mesajlar səsləndirilirdi. Qeyd etmək lazımdır ki, avqust ayından başlayaraq, Rusiyanın danışıqlardan çəkilməsi yay aylarında rəsmi Moskvanın irəli sürdüyü "Kazan"və "Lavrov" həll formullarının fiaskoya uğraması ilə nəticələndi. Bundan sonra, Rusiya birtərəfli mövqe tutaraq, Ermənistanın silahlanmasını və güzəştli 200 milyon dollar kreditlə nəzərədə tutulan silahları verməyə başladı". Politoloq deyib ki, hakimiyyət daxilində baş verən müəyyən dəyişiliklər və Rusiyadan verilən yeni silah partiyaları ilə mövqeyini gücləndirməyə çalışan Ermənistan rəhbərliyinin danışıqlardan çəkilməsi, onların hər hansı güzəştə hazır olmadıqlarını qeyd etməsi, əslində Yerevanın rəsmi Kremilin diktəsi ilə hərəkət etməsidir: "Rəsmi Kreml Ermənistan ərazisində Göyçə gölü və Kəlbəcər istiqamətində gizli hərbi baza yaradaraq möhkəmlənməkdədir. Rusiyanın Ermənistana göndərdiyi silahlar məhz burada gizli bazada yerləşdirilir. Artıq, vəziyyət o qədər mürəkkəbdir ki, regiona ənənəvi səfərini təşkil edən ATƏT-in Minsk qrupunun həmsədrləri son səfərləri ilə prezidentlərin bu aylarda növbəti görüşlırini təşkil edə bilmədilər". Cənubi Qafqazda Təhlükəsizlik və Sülh İnstitutunun rəhbəri bildirib ki, aprel müharibəsindən sonra, Rusiyanın apardığı diplomatik fəaliyyətinin nəticəsiz və formal olduğunun, Ermənistanın Rusiyanın iradəsindən kənar hərəkət etmədiyinin və ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyət göstərdiyinin şahidinə çevrildik: "23-illik sükutdan sonra, bu il Qarabağ münaqişəsinin həllinə daha da yaxınlaşmışdıq. Amma, Rusiyanın fəal müdaxiləsi, beynəlxalq birliyin seyrçi qalması, status-kvonun yenidən saxlanmasına gətirib çıxardı. Təssüf ki, Rusiyanın aprel döyüşündən sonra irəli sürdüyü həll formulları, ərazi bütövlümüzü təhdid etdiyi üçün Azərbaycan tərəfindən qəbul edilmədi. Regionda diplomatiya yerini yenidən hərbi hərəkətliliyə verməkdədir. İlin axırına kimi cəbhədə hər hansı bir ciddi instdent qeydə alınmasa da, növbəti ildən münaqişə ətrafında istənilən nəticənin şahidi ola bilərik". Politoloqun sözlərinə görə, Azərbaycan rəhbərliyi, Qarabağ danışıqlarında hərəkətliliyi gələn ildən intensivləşdirəcək: "Qeyd etmək lazımdır ki, Birləşmiş Ştatlarda respublikaçıların hakimiyyətə gəlməsi ilə Azərbaycan rəhbərliyinin məhz respublikaçılarla daha da sıx əlaqlərə üstünlük verəcəyi gözlənilir. Görünür, Azərbaycan gələn ildən Qarabağ münaqişəsi istiqamətində danışıqları ATƏT-in Minsk qrupundan kənar, Birləşmiş Ştatların dominatlığı ilə keçirilməsinə çalışacaq. Bu da Rusiyaya yeni mesaj kimi veriləcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ştatların dövlət başçısı Donald Trampa göndərdiyi məktubda, Qarabağ münaqişəsinə geniş yer ayırması, yeni gözləntilərdən xəbər verir". Politoloq onu da diqqətə çatdırıb ki, ABŞ-n ATƏT-in Minsk qrupunda növbəti ildən yeni təyin olunacaq həmsədri, ABŞ administrasiyasının xarici kursunu davam etdirəcək: "Yeni xarici siyasətdə demokratlardan fərqli olaraq, respublikaçılar Cənubi Qafqaz siyasətinə daha da diqqət ayıracaqlar. Burada enerji və təhlükəsizlik sahəsi pioritet olacaq. Rusiyanın Cənubi Qafqzda mövqeyinin zəiflədilməsində, xüsusən Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv siyasət aparacaqlar. Yeni təyin olunan həmsədrin, sələfindən fərqli olaraq, bəyanatlarla deyil konkret işlərlə məşğul olması gözlənilir. Çünki,Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqlar dayanıb, faktiki Rusiya Ermənistanı silahlandırır və geosiyasi maraqları naminə münaqişə ətrafında status-kvonu qoruyur. Rusiya bu, münaqişə ətrafında ABŞ-ın Cənubi Qafqzda maraqlarına təhdid yaradaraq, tədricən buradan uzaqlaşması siaysətini aparır. Ermənistanda möhkəmlənməklə və Azərbaycana təzyiq rıçaqlarını artırmaqla, Gürcüstanı da Qərbdən qoparmaq siyasi kursunu davam etdirir.
Yeni ABŞ həmsədrinin Minsk qrupunda fəaliyyəti, Ruasiya ilə ortaq məxrəcdə tutmasa, münaqişə ətrafında ümumi dəyişiliklərə gətirib çıxaracaq. İndiyə kimi Rusiya ilə ABŞ-ın Minsk qrupunda ortaq fəaliyyətinin nəticəsində staus-kvo dəyişməyib. Regionda və dünyada gedən geosiyasi mübarizədə iki super dövlətin maraqlarının bundan sonra Qarabağ münaqişəsi ətrafında eyni mövqeyi sərgiləməsi real görünmür. Ən azı, respublikaçılar, demokratlardan fərqli olaraq, Rusiyanın cilovlanmasının tərəfdarıdırlar"
Füzuli