Zor və zorla evlənmə

Noyabrın 18 – də Türkiyə Böyük Millət Məclisinin təcavüzlə bağlı qəbulu etdiyi qərar böyük səs – küyə səbəb olub. Qanunun “Təcavüz olunan şəxs təcavüz edənlə evləndirilsin” hissəsi, cinayətkarlara sərt cəza qanununu gözləyənlərə sanki zərbə oldu. Qəbul olunmuş qanuna etirazlar sosial şəbəkələrdən, mediadan da dəstək gəldi. Hadisə ilə bağlı sosial şəbəkələrdə #cocukbedenimetokunma# haştağı ilə statuslar, şəkillər paylaşılıb. Etirazçıların narahatlığının daha bir səbəbi isə qanunun mətinaltı olaraq erkən evliliyi dəstəklədiyi irəli sürülür.

Noyabrın 18 - də Türkiyə Böyük Millət Məclisinin təcavüzlə bağlı qəbulu etdiyi qərar böyük səs - küyə səbəb olub. Qanunun "Təcavüz olunan şəxs təcavüz edənlə evləndirilsin" hissəsi, cinayətkarlara sərt cəza qanununu gözləyənlərə sanki zərbə oldu. Qəbul olunmuş qanuna etirazlar sosial şəbəkələrdən, mediadan da dəstək gəldi. Hadisə ilə bağlı sosial şəbəkələrdə #cocukbedenimetokunma# haştağı ilə statuslar, şəkillər paylaşılıb. Etirazçıların narahatlığının daha bir səbəbi isə qanunun mətinaltı olaraq erkən evliliyi dəstəklədiyi irəli sürülür.

Hadisənin aktuallığını nəzərə alaraq psixoloq və sosioloqların fikirlərini öyrənməyə çalışdıq. Bakı Dövlət Universitetinin doktorantı, psixoloq Günel Aslanova təcavüzə uğrayan şəxsin təcavüz edənlə nikahını etik hesab etmədiyini açıqlayıb. Nikah könüllü razılıq əsasında qurulan birgəlikdi. Təcavüz isə zor tətbiqini ehtiva edir. Nikah sevgi, məhəbbətin rəsmiləşdirilməsi prosesidi. Təcavüz isə cinayətdi. Məsələnin kökünə nəzər yetirdikdə burda patriarxal cəmiyyətin izlərini görürük. Təcavüzə uğrayan şəxs daha ləkələnibdi, ləkələyənə də məxsus olmalıdı. Bu düşüncə mühafizəkar, qadını aşağı cins kimi nəzərdən keçirən cəmiyyətlərə xasdı. Günel xanım fəaliyyəti dövründə təcavüzə uğrayan və təcavüz edən şəxslərlə rastlaşdığını bildirib. Birincilərlə şəxsi müraciətləri sayəsində klinik praktikamda təsadüf etmişəm. İkincilər isə şəxsi təşəbbüsləri ilə müraciət etməyiblər. Onlarla fərqli layihələr çərçivəsində müsahibə almaq, durumu tədqiq etmə imkanım olub.

Psixologiya ittihamı qəbul etmir. Cinayətkarın da bir həyat təcrübəsi var. Önəmli olan onları bu əmələ sövq edən sosial psixoloji amilləri araşdırmaq, profilaktik, həm də reabilitasiya tədbirlərini təşkil etməkdi. Nikah isə bu istiqamətdə ancaq mənfi təsir yarada bilər. Təcavüzkar özünü mənfi əməl törətmiş biri kimi deyil, daha yuxarı mövqedə olan biri kimi qavrayacaq. "Ləkə" lədim və mənim oldu. Bu isə yalnız onun fərdi təcrübəsində xoşagəlməz nəticələr deyil, həm də model olaraq cəmiyyətin deqredasiyasına səbəb ola bilər. Günel xanım bu qanunla qətiyyən razılaşmadığını da bildirib.

Uğur Akademiyasının təsisçisi, sosioloq Cavid İmamoğlu da qanun layihəsinin müzkirəsi zamanı bildirdi ki, söhbət seksual zorakılıqdan gedirsə burada təcavüzkar şəxsə ən şiddətli cəza verilməli və təcavüzə uğrayan şəxslə psixoloji reabilitasiya aparılmalıdı. Təəssüflər olsun ki, bir çox ölkələrdə hələ də qadın hüquqları birmənalı şəkildə qorunmur və əksər vaxtlarda seksual zorakılıq qurbanları səslərini çıxarmağa qorxurlar. İstər ailə daxilində, istərsə də sosial institutlarda, bir çox hallarda qadınlara qarşı baş verən bu kimi hallar zorakılıq kimi qəbul edilmir. Türkiyədə məlum qanun da məhz bu hallar üçün nəzərdə tutulub. Yəni ki, təcavüz və cinayət ilə müşayət olunmayan və sadəcə seksual münasibət olarsa, həmin şəxs o halda məhkumluqdan azad edilə bilər. Münasibətdə olduğu şəxs ilə ailə qursun. Yəni, dünənə qədər nikahsız münasibətə girirdilərsə, bu gündən sonra dövlət nikahı ilə rəsmən ər - arvad olsunlar. Səslənişi gözəl olsa da, Türkiyə kimi bir ölkədə bu qanunun həyata keçirilməsində kifayət qədər sui - istifadə halları ola bilər. Bunlardan ən təhlükəsi zorakılıq törədən şəxslərin məhkumluğunun qarşısını almaq üçün seksual zorakılıq fonunda müşahidə olunan halların zorakılıqdan uzaq kimi qiymətləndirilməsi ola bilər. Yenə də bu kimi hallar qadın hüquqlarının kobud  sürətdə pozulması ilə nəticələnir. Digər tərəfdən isə minimum evlilik yaşı 18 - sə və əgər münasibət daha erkən yaşda baş veribsə, o zaman uşaq evliliyinə rəvac verə bilər.

Qanunun aliliyi tam qorunmayan cəmiyyətlərdə bəzi qanun dəyişiklikləri sui - istifadə ilə nəticələnə bilər. İndiki halda qadınların kişilər tərəfindən cinsi zorakılığa məruz qalmasının qarşısını almaq üçün ciddi maarifləndirmə işlərinə ehtiyac var. İstər Türkiyə, istər bizim cəmiyyətdə qadına qarşı bütün zorakılıq formaları birmənalı şəkildə pislənilməli və zorakılıq törədən şəxslərə qarşı qanunvericilik çərçivəsində rəftar edilməlidi.

Nigar Adil

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31