Ərdoğan: "Türkiyə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına qarşıdır"

Türkiyə Azərbaycana məxsus torpaqların Ermənistan tərəfindən işğal olunmasına qarşıdır. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Azərbaycana məxsus torpaqların Ermənistan tərəfindən işğal olunmasına qarşıdır.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğanın sözlərinə görə, işğal heç bir müsbət nəticəyə gətirib çıxarmayacaq və Ermənistan tez bir zamanda Azərbaycanın işğal olunmuş torpaqlarını tərk etməlidir. O deyib ki, işğal olunan ərazilər əsl sahiblərinə qaytarılmalıdır:

"Bu torpaqların əsl sahibləri azərbaycanlılardır və onlar öz torpaqlarına qayıtmalıdırlar. ABŞ, Rusiya və Fransa isə üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31