Bəzi banklar bağlana bilər

Kredit təşkilatları maliyyə hesabatlarını gizlədirlər 2016-cı ilin üçüncü rübünün başa çatmasına bir aydan da az müddət qalıb. Lakin indiyə qədər ölkədə fəaliyyət göstərən əksər banklar maliyyə hesabatlarını dərc etməyibər. Qanunvericiliyə əsasən, banklar öz saytlarında hər rübün maliyyə nəticələrini əks etdirən hesabatlarını dərc etməlidirlər. Çox təəssüf ki, indiyə qədər 32 bankdan təxminən 10-a yaxını hesabatını açıqlayıb. Açıqlayan hesabatlarda isə qanunvericiliyə zidd olaraq, açıqlama tarixini göstərməyib. Xatırladaq ki, Azərbaycanda heç də bütün banklar maliyyə göstəricilərini ictimaiyyətlə açıqlamağa maraq göstərmir. Xüsusilə bu ilin fevral ayındakı devalvasiyadan sonra kredit təşkilatları maliyyə hesabatlarını açıqlamaqdan çəkinirlər. Real mənzərə ondan ibarətdir ki, bir sara bankların hesabatları bir neçə il əvvəlki dövrü əhatə edir, bəzi bankların isə ümumiyyətlə saytları açılmır. 

Kredit təşkilatları maliyyə hesabatlarını gizlədirlər
 

2016-cı ilin üçüncü rübünün başa çatmasına bir aydan da az müddət qalıb. Lakin indiyə qədər ölkədə fəaliyyət göstərən əksər banklar maliyyə hesabatlarını dərc etməyibər. Qanunvericiliyə əsasən, banklar öz saytlarında hər rübün maliyyə nəticələrini əks etdirən hesabatlarını dərc etməlidirlər. Çox təəssüf ki, indiyə qədər 32 bankdan təxminən 10-a yaxını hesabatını açıqlayıb. Açıqlayan hesabatlarda isə qanunvericiliyə zidd olaraq, açıqlama tarixini göstərməyib. Xatırladaq ki, Azərbaycanda heç də bütün banklar maliyyə göstəricilərini ictimaiyyətlə açıqlamağa maraq göstərmir. Xüsusilə bu ilin fevral ayındakı devalvasiyadan sonra kredit təşkilatları maliyyə hesabatlarını açıqlamaqdan çəkinirlər. Real mənzərə ondan ibarətdir ki, bir sara bankların hesabatları bir neçə il əvvəlki dövrü əhatə edir, bəzi bankların isə ümumiyyətlə saytları açılmır. 
Onu da qeyd edək ki, ölkədə baş verən devalvasiyadan sonra yaranmış vəziyyətlə əlaqədar bank rəhbərləri ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı arasında görüş keçirildi. Həmin görüşdə banklara tövsiyyə edilib ki, rüblük hesabatlarının açıqlanmasında məsuliyyətli olsunlar. Lakin görüntü ondan ibarətdir ki, bir sıra banklar bu tövsiyyəni əməml etməkdən yayınırlar. Məlumata görə, elə bu səbədən də Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) "Banklarda korporativ idarəetmə standartları"nın tələblərinə müvafiq məlumatların 15.11.2016-cı il tarixinədək açıqlanması ilə bağlı banklara xəbərdarlıq məktubu göndərib. Məktubda banklardan tələb olunan məlumatların qeyd olunan müddətə qədər açıqlanması tələb olunub. Banklara məktubun oktyabrın 30-da göndərilməsinə baxmayaraq 10-dan çox bank maliyyə hesabatını dərc etməyib. Buna görə də, MBNP sonuncu dəfə noyabrın 21-də tələblərə əməl etməyən 10-dan şox banka qarşı maliyyə sanksiyasının tətbiq olunduğu ilə bağlı xəbərdarlıq məktubu göndərib. Məktubda bu banklara tələb olunan məlumatların açıqlanmasını təmin etmədikləri vurğulanıb. Sənəddə qeyd olunub ki, qanunvericiliyin tələblərinə əməl etməyən banklara qarşı sanksiyalar tətbiq olunacaq. "Bununla əlaqədar olaraq, "Banklar haqqında" qanunun 48-ci maddəsinə əsasən bankınıza yeni filial və şöbələrin açılması dayandırılacaq, yeni müştəri hesablarının açılması və yeni əmanətlərin cəlb edilməsi qadağan ediləcək. Məlumatların açıqlanmasının dövriliyi, tərkibi, istifadəçilərə çatdırılması, habelə bu proseslərin daxili nəzarətlə əhatə olunması mexanizmini əks etdirən daxili qaydaların və bu sahəyə məsul olan inzibatçı haqqında məlumatların 2 iş günü ərzində Palataya təqdim olunması bankınıza tapşırılır. Qeyd olunan qadağalar yalnız məlumatlar ictimaiyyətə açıqlandıqdan və bununla bağlı Palataya rəsmi məlumat verildikdən sonra aradan qaldırıla bilər", - deyə məktubda vurğulanıb. Son məlumata görə, sanksiyanın tətbiq olunması ilə bağlı xəbərdarlıq məktubundan dərhal sonra maliyyə hesabatlarını gizlədən banklar Palatanın tələbinə əməl etməyə başlayıb və bütün banklar 2016-cı ilin 9 ayı üzrə öz maliyyə hesabatlarını saytlarında yerləşdiriblər. Bu zaman maraqlı bir sual yaranır: Banklar niyə maliyyə hesabatlarını açıqlamaqda maraqlı deyillər? 
   

***

Əvvəla qeyd edək ki, bankların maliyyə hesabatlarını gözlətməsi şəffaflığın pozulması ilə yanaşı onlara qarşı etibarın itməsinə səbə olur. Onsuz da kredit siyasəti ilə öz etimadlarını, müştərilərin isə etibarını itirən banklar bununla şübhələri bir az da artırmış olurlar. Hələ ictimailəşən maliyyə hesabatlarının nə dərəcədə real vəziyyəti əks etdirməsi məsələsindən danışmırıq. Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib ki, bu il bağlanan banklar da hesabatlarını daim gizlədirdilər: "Buna görə də, hesabatı gizlədən banka qətiyyən etibar etmək, orada pul saxlamaq olmaz. Düzdür, hesabatı açıqlayan banka da etimad şərtidir, çünki Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP-nin) məlumatına görə, bəzi banklar hesabatları təhrif olunmuş şəkildə təqdim edir". Bank sektoru üzrə ekspert Samir Əliyev deyib ki, banklar böhran yaranandan bəri hesabatlılıq məsələsinə önəm vermir. Onun sözlərinə görə, bu sahədə banklar tərəfindən intizamsızlıq müşahidə edilir: "Bankların hesabatlılığı ilə bağlı çox böyük problemlər var. Bizdə yeni struktur, Maliyyə Bazarlarına Nəzarət Palatası yaranana qədər bir qədər boşluq yarandı. Bu boşluq böhranla üst-üstə düşdü. Banklar isə bu vəziyyətdən sui-istifadə etməyə başladılar. Mən Palatanın banklara münasibətdə sərt addımını düzgün qiymətləndirirəm. Ola bilər ki, qaydalar bir qədər sərtdir. Amma başqa variant yoxdur. "Əgər banklar arasında ayrı-seçkilik yoxdursa, fərq qoyulmursa, bu qaydalar bütün banklara aiddirsə, bunu normal qəbul edirəm. Bunun nəticəsini görürük. Artıq banklar 9 aylıq hesabatlarını açıqlamağa başlayıb. Əgər bank hesabat yaymırsa, nəyə görə müştəri bu banka vəsait yatırmalıdır? Nəyə görə, bankın problemi varsa, bank əmanət cəlb etməlidir və bu əmanətə görə dövlət kompensasiya verməlidir. Yəni, bu kompensasiya büdcə vəsaitləri hesabına təmin edilir. O baxımdan bu sərt addımı düzgün qiymətləndirirəm və düşünürəm ki, sərt yanaşma olmalıdır". Qanunvericiliyə əsasən bankların maliyyə hesabatlarını mütəmadi açıqlamalı olduğunu deyən S.Əliyev hesab edir ki, Palatanın bu məsələdə ardıcıl eyni mövqedə olması maliyyə təşkilatlarını hesabatları vaxtında açıqlamağa məcbur edəcək: " Cəmiyyətdə belə bir fikir var ki, hesabatlarını dərc etməyən bankın maliyyə vəziyyəti ağırdır və bağlanmaq ehtimalı var. Belə bir həssas dövrdə banklar hesabatları dərc etməyə maraqlı olmalıdır". Onu da qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası yaranan zaman bank sistemindəki problemləri çözəcəyi ehtimal edilsə də, bu gözləntilər özünü doğrultmayıb. Fevralda yaranan palatanın fəaliyyətində indiyədək yaddaqalan bir fakt yoxdur. Ekspertlər bildirirlər ki, palata banklarla bağlı hələ heç bir yoxlama aparmayıb. Həmçinin bank sistemindəki problemlərin aradan qaldırılması üçün hansısa real tədbirlər görülməyib.

Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31