Gündəm
MDB ölkələrinin Gənclər Şuraları ilə memorandum imzalanıb
Gənclər Təşkilatları Milli Şurası tərəfindən Rusiya, Belarusiya, Qırğızıstan və Qazaxıstanın milli gənclər platformaları ilə memorandumlar imzalanıb.
Ölkədə qrip təhlükəsi var?
"Cari mövsümdə 115 nəfərdən ağır gedişli virus infeksiyalarına görə nümunə götürülüb" Olaylar.az xəbər verir ki, bu barədə azvision.az-a Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva məlumat verib.
Rusiyadan Azərbaycana banderol QADAĞASI
Rusiyanın poçt xidmətləri Azərbaycana bağlama göndərməkdən imtina edir. Poçtlar bağlamaların Azərbaycan gömrüyündə açıldığını, daha sonra isə əksəriyyətinin geri qaytarıldığını əsas gətirərək, bu addımı atır.
Əbülfəs Qarayev Bərdədə vətəndaşları qəbul edəcək
Mədəniyyət və turizm naziri Bərdə şəhərində vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmıtindən “OLAYLAR”-a bildirilib ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən baş tutacaq. Noyabr ayının 30-da Bərdə şəhərində Yeni Azərbaycan Partiyasının binasında keçiriləcək qəbulda Mingəçevir, Yevlax şəhərləri, Ağcabədi, Bərdə, Goranboy, Tərtər, Ağdam, Xocalı və Laçın rayonlarından olan vətəndaşlar iştirak edeəcək.
Tələbələr həbs olundu
Türkiyənin Uludağ bölgəsində YÖK etirazları zamanı səsləndirdikləri fikirlər əsas gətirilərək 16 tələbə həbs olunub. 2015 – ci ilin 6 oktyabrında YÖK – ün yaradılması tədbirində statuslarında prezidenti təhqir edən 16 tələbəyə 11 ay 20 gün həbs cəzası, iki tələbə isə bəraət alıb.
Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərinə, bağlıdır
“Bu gün Azərbaycan gəncliyi öz milli-mənəvi dəyərlərinə, vətəninə, dövlətinə bağlı bir toplum kimi formalaşır. Əlbəttə, bu sahəyə dövlətimizin böyük diqqəti də əsas rol oynayır”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov səsləndirib.
Tanınmış icmalçı yeni QHT təsis etdi
“Qlobal araşdırmalar liqası” İctimai Birliyi (QALİB) adı ilə yeni QHT təsis edilib. Bu barədə “OLAYLAR”-a təsisçisi və sədri, icmalçı Azər Verdiyev özü məlumat verib.
“Narkomaniya qarşı mübarizə” mövzusunda görüş keçirilib
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na əsasən AzərbaycanTexnikiUniversitetində tələbələrlə görüş keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, görüşdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komisiyasının, Təhsil, Daxili İşlər və Səhiyyə Nazirliklərinin nümayəndələri iştirak edib.
Gəncədə əməliyyat: xeyli silah-sursat götürüldü
Ayrı-ayrı vətəndaşlar tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın, partlayıcı maddə və qurğuların yığılması məqsədilə daxili işlər orqanları tərəfindən növbəti əməliyyat-axtarış tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Gəncə ŞPBİ əməkdaşlarının birgə keçirdikləri tədbirlər keçirilib.
Ermənistan ordusunda qeyri-döyüş şəraitində 2000 nəfər ölüb
Ermənistan parlamentində həlak olan və əlil olan hərbi qulluqçulara sığorta ödənişləri həyata keçirmək üçün hər ay 1000 dram (təqribən 3,60 AZN) məcburi vergi ödənişlərinin olması barədə qanun layihəsinin müzakirələri davam edib.
100 dəfə əməliyyat olunmuş qadın: "Daha da gözəl olacağam"
"Əməliyyatlardan usanan deyiləm. Çünki daha gözəl, imkan olarsa, mükəmməl vücuda malik olmaq istəyirəm. Əməliyyatlar məqsədimə çatmaq üçün aralıq mərhələdir". ABŞ-ın Şimali Karolina ştatında yaşayan model Piksi Foks indiyədək 100 plastik cərrahiyyə əməliyyatına məruz qalıb.
56 yaşlı baba 9 yaşlı qızı zorladı, qız öldü
Türkiyədə vəziyyəti pisləşdiyi üçün xəstəxanaya aparılan 9 yaşlı qız orada dünyasını dəyişib. Milli.Az "Haberler"ə istinadla bildirir ki, İzmirdə 9 yaşlı Y.K. xəstəxanada həyatını itirib. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, qız ölümündən 4 ay əvvəl təcavüzə uğrayıb.
"Lufthansa"da tətil davam edir - 830 reys təxirə salındı
Almaniyanın "Lufthansa" aviaşirkətinin pilotlarının tətili bu gün ölkədən Avropa ölkələrinə və ölkədaxili qısa uçuşlara təsir edəcək. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, şirkət bu gün üçün 830 reysi təxirə salmalı olub.
Türkiyə təhdid altnda
Kürdlər İraqdakı türk əraziləri hesabına muxtariyyat əldə edirlər Artıq bir aya yaxındır ki, beynəlxalq koalisiya qüvvələri İraqda İŞİD terror təşkilatına qarşı mübarizə aparır. Düzdür, koalisiya qüvvələri sözügedən terror təşkilatına qarşı həyata keçirdiyi hərbi əməliyyatlarda müəyyən mənada uğur əldə ediblər. Ancaq görünən odur ki, sanki bütün dünyanın baş ağrısına çevrilən terror təşkilatını tamamilə məhv etmək beynəlxalq koalisiya qüvvələrini şəkilləndirən, onu idarə edən dünya güclərinin o qədər də marağında deyil. Əks təqdirdə İŞİD-ə qarşı daha təsirli addımlar atılar, onun tamamilə zərərsizləşdirilməsi istiqamətində ciddi tədbirlər görülərdi. Elə hərbi əməliyyatlar getdiyi bölgədə İŞD-ə qarşı mübarizəyə qoşulmaq istəyən Türkiyənin hər vasitə ilə bu prosesdən uzaqlaşdırlması da deyilənləri bir növ təsdiqidir. Çünki rəsmi Ankara hələ İŞİD terror təşkilatı meydana gələn ilk gündən onun qısa zamanda tam məhv edilməsi çağırışında bulunmuşdu.
Qızıl bazarının “qızıl dövrü” bitdi
Satıcılar ümidlərini toy mövsümünə bağlayıblar Son günlər dünya və Avropa fond birjalarında keçirilən hərraclarda qızılın qiymətinin kəskin bahalaşması müşahidə edilir. Belə ki, son iki gündə qızılın bir unsiyası 12 dollaradək bahalaşaraq 1235 dollara yaxınlaşıb. Hələlik qiymətli metalın qiymətindəki bahalaşmanın səbəbləri açıqlanmır. Buna baxmayaraq, qızılın quymətinin kəskin şəkildə bahalaşmasının səbəbi kimi dünya bazarında neftin qiymətinin dəyişməsi göstərilir. İqtisadçşı-ekspert Pərviz Heydərovun fikrincə, qızılın bahalaşmasının əsas səbəbi həmişə olduğu kimi, yenə də neftin qiymətiylə bağlıdır














