MDB ölkələrinin Gənclər Şuraları ilə memorandum imzalanıb
Gənclər Təşkilatları Milli Şurası tərəfindən Rusiya, Belarusiya, Qırğızıstan və Qazaxıstanın milli gənclər platformaları ilə memorandumlar imzalanıb.
25 Noyabr 2016 14:38 SosialGənclər Təşkilatları Milli Şurası tərəfindən Rusiya, Belarusiya, Qırğızıstan və Qazaxıstanın milli gənclər platformaları ilə memorandumlar imzalanıb. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, Rusiya Uşaq və Gənclər Birliklərinin Milli Şurası, Belarus Respublika Gənclər İttifaqı, Qazaxıstan Gənclər Konqresi Assosiasiyası və Qırğız Respublikası gənclərlə iş üzrə gənclər təşkilatları və komitələri Şurası Assosiasiyası ilə imzalanan memorandumların məqsədi ölkələrinin gənclər və gənclər təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi, həmçinin gənclər arasında dostluğun möhkəmləndirilməsidir. Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov qeyd edib ki, tərəfimizdən imzalanan memorandum gənclər sahəsində əməkdaşlıqları daha da inkişaf etdirəcək və birgə yeni layihələrin həyata keçirilməsinə imkan yaradacaq.