“Narkomaniya qarşı mübarizə” mövzusunda görüş keçirilib

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na əsasən AzərbaycanTexnikiUniversitetində tələbələrlə görüş keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, görüşdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komisiyasının, Təhsil, Daxili İşlər və Səhiyyə Nazirliklərinin nümayəndələri iştirak edib.

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"na əsasən AzərbaycanTexniki Universitetində tələbələrlə görüş keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, görüşdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komisiyasının, Təhsil, Daxili İşlər və Səhiyyə Nazirliklərinin nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan AzTU-nun prorektoru, professor İsa Xəlilov gənclərlə bu cür görüşlərin əhəmiyyətindən danışıb. Prorektor bildirib ki, ali təhsil müəssisələrində mütamadi olaraq belə tədbirlərin keçirməsi gənclərin sağlam cəmiyyətə inteqrasiya etməsində mühüm addımdır. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komisiyasının məsul işçiləri Vasif Quliyev və Raqib Allahverdiyev çıxışlarında qeyd ediblər ki, narkotik kimi zərərli vərdişlər gündəmi narahat edən problemlərdən başlıcasıdır. Narkotik aludəçiləri, habelə bununla bağlı cinayət törədənlərə qarşı Daxili İşlər Nazirliyinin lazımi tədbirlər gördüyünü diqqətə çatdırıblar. Daxili İşlər Nazirliyinin əməkdaşı palkovnik-leytnant Elşad Məmmədli narkotik madələrə aludəçilik və qanunsuz dövriyəsinin Azərbaycanda digər ölkələrlə müqayisədə xeyli az olduğunu deyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31