Türkiyə təhdid altnda
Kürdlər İraqdakı türk əraziləri hesabına muxtariyyat əldə edirlər Artıq bir aya yaxındır ki, beynəlxalq koalisiya qüvvələri İraqda İŞİD terror təşkilatına qarşı mübarizə aparır. Düzdür, koalisiya qüvvələri sözügedən terror təşkilatına qarşı həyata keçirdiyi hərbi əməliyyatlarda müəyyən mənada uğur əldə ediblər. Ancaq görünən odur ki, sanki bütün dünyanın baş ağrısına çevrilən terror təşkilatını tamamilə məhv etmək beynəlxalq koalisiya qüvvələrini şəkilləndirən, onu idarə edən dünya güclərinin o qədər də marağında deyil. Əks təqdirdə İŞİD-ə qarşı daha təsirli addımlar atılar, onun tamamilə zərərsizləşdirilməsi istiqamətində ciddi tədbirlər görülərdi. Elə hərbi əməliyyatlar getdiyi bölgədə İŞD-ə qarşı mübarizəyə qoşulmaq istəyən Türkiyənin hər vasitə ilə bu prosesdən uzaqlaşdırlması da deyilənləri bir növ təsdiqidir. Çünki rəsmi Ankara hələ İŞİD terror təşkilatı meydana gələn ilk gündən onun qısa zamanda tam məhv edilməsi çağırışında bulunmuşdu.
25 Noyabr 2016 14:09 DünyaKürdlər İraqdakı türk əraziləri hesabına muxtariyyat əldə edirlər
Artıq bir aya yaxındır ki, beynəlxalq koalisiya qüvvələri İraqda İŞİD terror təşkilatına qarşı mübarizə aparır. Düzdür, koalisiya qüvvələri sözügedən terror təşkilatına qarşı həyata keçirdiyi hərbi əməliyyatlarda müəyyən mənada uğur əldə ediblər. Ancaq görünən odur ki, sanki bütün dünyanın baş ağrısına çevrilən terror təşkilatını tamamilə məhv etmək beynəlxalq koalisiya qüvvələrini şəkilləndirən, onu idarə edən dünya güclərinin o qədər də marağında deyil. Əks təqdirdə İŞİD-ə qarşı daha təsirli addımlar atılar, onun tamamilə zərərsizləşdirilməsi istiqamətində ciddi tədbirlər görülərdi. Elə hərbi əməliyyatlar getdiyi bölgədə İŞD-ə qarşı mübarizəyə qoşulmaq istəyən Türkiyənin hər vasitə ilə bu prosesdən uzaqlaşdırlması da deyilənləri bir növ təsdiqidir. Çünki rəsmi Ankara hələ İŞİD terror təşkilatı meydana gələn ilk gündən onun qısa zamanda tam məhv edilməsi çağırışında bulunmuşdu.
Hazırda Şimali İraqda müşahidə edilən mənzərə o qədər də qanedici deyil. Belə ki, İŞİD teeror təşkilatından azad edilən Şimali İraq əraziləri, daha dəqiq desək tükmənlərin sıx məskunlaşdığı Kərkük, Sincar əyalətləri demək olar ki, digər bir terror təşkilatının nəzarətinə keçir. Xəbərlərdən də aydın olduğu kimi Şimali İraq kürd muxtariyyətinin lideri Məsud Bərzani kürd peşmərgələrinin İŞİD-dən azad etdiyi İraqın, əsasən türkmən şəhəri olan Kərkük və Sicar əyalətlərindən geri çəkilməyəcəyini bəyan edib. İŞİD terror təşkilatına qarşı, Mosul uğrunda koalisiya qüvvələri ilə birgə həyata keçirdiyi əməliyyatlar nəticəsində azad etdiyi bölgələrdə möhkəmlənməkdə olan peşmərgələr Kürd muxtariyyəti ərazisini genişləndirməklə,müstəqilliyə gedən yolda sürətlə irəlləməkdədirlər. Təssüflər olsun ki, bu prosesə də beynəlxalq koalisiya planlı şəkildə susqunluq nümayiş etdirir. Mərkəzi Bağdad hökuməti ilə hesablaşmayan Bərzani isə öz silahlı peşmərgələrinin hərbi imkanlarını genişləndirməkdə, hətta Rusiyadan yeni artilleriya sistemləri almaqdadır. Mosul İŞİD-dən azad edildikdən sonra gələn il Kürd muxtariyyəti referendum geçirib öz müstəqilliyini elan edəcək. Bəs görəsən bu proseslər Türkiyə üçün nə dərəcədə təhdiddir və beynəlxalq koalisiyanın prosesləri susqunluqla izləməsi nəyə hesablanıb?
Cənubi Qafqazda Təhlükəsizlik və Sülh İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Türkiyə ilə Qərbin hazırkı soyuq siyasi əlaqləri, Kürd muxtariyyətinə Qərbin dəstək verməsi ilə nəticələnəcək: "Birləşmiş Ştatlar başda olmaqla, Qərb hazırda Bərzani yönətiminə dəstək verməkdədir . Referendumdan sonra, mərkəzi İraq hökuməti ilə kürd muxtariyyəti arasında silahlı toqquşmanın baş verməsi qaçılmaz olacaq. İraqın keçmiş baş naziri Əl Malikinin dövründə tərəflərin hərbi qarşıdurma səviyyəsinə gəldiyi də məlumdur. O zaman Birləşmiş Ştatların müdaxiləsi ilə hərbi qarşıdurma önlənmişdi. Həmin vaxt İŞİD teeror təşkilatı İraqın əraziləri işğal etməmişdi. Hazırkı beynəlxalq konyunktura,Yaxın Şərqdə geosiyasi gərginlik, güclənməkdə olan Kürd yönətimi ilə mərkəzi İraq
silahlı qüvvələrinin qarşıdurması isə İraqın məğlub edilməsi ilə proses kürdlərin xeyrinə dəyişə bilər". Politoloqun sözlərinə görə, İraq ərazisində yeni müstəqil kürd dövlətinin yaranması, ərazisinin türkmən torpaqları hesabına genişləndirməsi Kərkükü işğal etməsi,Türkiyənin milli təhlükəsizliyini təhdid edəcəkdir: "İraqın ərazi bütövlüyünün pozulması, regionun xəritəsinin dəyişməsi ilə nəticələnə bilər. Bu, president regionun digər dövlətlərində də yeni qarşıdurmalara yol açacaq. Təssüf ki, kürd muxtariyyətinin müstəqilliyinə gedən yolda yaşıl işıq yandırılmaqdadır. Türkiyə Şimali İraqın mərkəzi Bağdad hökumətinin nəzarətindən çıxmasını, bu regionun öz nəzarətinə almağı hesablayıb". Məhəmməd Əsədullazadə onu da deyib ki,. hazırda Türkiyə-Rusiya yaxınlaşması,Yaxın Şərqdə Qərbə qarşı ciddi siyasi qarşıdurmaya səbəb olmaqdadır: "Türkiyə Suriyada əsasən şimali Suriyanı, Rusiyanın dəstəyi ilə kürdlərdən təmizləmək, kürdləri Aralıq dənizi sahilinə buraxmamaq planı üzrə hərəkət edir. Bu Şimali Suriyada kürd kantonları ilə Şimali İraqla neft və qaz kəmərlərinin Türkiyə ərazisindən deyil, birbaşa Aralıq dənizi sahilinə çıxması deməkdir. Dekabrın 1-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edəcək və danışıqlar prosesində Suriya və Yaxın Şərqdə hər iki dövlətin maraqlarının nəzərə alınması müzakirə edilməsi gözlənilir. Rusiya çalışır ki, hazırkı situasiyada Əsədlə Ərdoğanı barışdırsın, Beləliklə də, Qərbə qarşı yeni koalisiya yaratsın. Çünki, Bəşər Əsəd də Suriyanın ərazi bütövlüyünün tərəfindədir və PYD-nin muxtariyyət və müstəqilliyinə qarşıdır".
Süleyman