Gündəm

Uğurlu sosial siyasətin tərkib hissəsi

25 Noyabr 2016 13:48

Sosial mənzilləırin tikintisi belə xarakterizə edilə bilər Uzun müddətdir gözlənilən proses artıq reallaşmaq üzrədir. Belə ki, bundan sonra ölkədə aztəminatlı ailələr və gənclər daha güzəştli şərtlərlə mənzillərə sahib ola biləcəklər. Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl sözügedən prosesi sürətləndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi də yaradılıb. Bu günlərdə yayılan xəbərlərdə isə bildirilir ki, artıq güzəştli şərtlərlə mənzil almağın şərtləri də müəyyənləşdirilib. Təsadüfi deyil ki, dövlətin atmış olduğu bu addım onun sosial həyata keçirdiyi siyasətin bir parçası kimi xarakterizə edilir və dövlətin vətəndaşa diqqət və qayğısı kimi səciyyələndirilir. Elə millət vəkilləri də bu qənaətdədirlər.

Qədim mədəniyyətlə müasir mədəniyyətin qovuşduğu ölkə

25 Noyabr 2016 13:46

Bu amil Şimali Kiprə turist axınını şərtləndirən başlıca amillərdəndir Əvvəli ötən saylarımızda Beynəlxalq aləmin, xüsusilə də Avropa Birliyinin ədalətsiz mövqeyi, Kipr türklərinin haqlarının pozulmasına rəğmən Şimali Kipr Türk Respublikası öz inkişaf dövrünü yaşayır. Bu gün qətiyyətlə deyə bilərik ki, Şimali Kipr Türk Respublikası öz inkişaf tempi, qardaş Türkiyənin bilavasitə dəstəyi ilə əldə etdiyi nailiyyətlərlə bir növ dünyaya, onun haqq və hüquqlarını tapdalayan qurum və təşkilatlara meydan oxuyur. Şimali Kipr Türk Respublikası son illərdə əldə etdiyi nailiyyətlər, iqtisadi artım tempi ilə bir növ dünyanı heyrətə gətirib. Bu gün dünya Şimali Kiprin necə irəli getdiyi, uğurlar qazandığını heyrətamiz şəkildə müşahidə edir. Doğurdan da günümüzdə Şimali Kipr Türk Respublikasının əldə etdiyi nailiyyətlərin haradan qaynaqlandığı çoxları üçün maraqlıdır. Bu sualın cavabını tapmaq üçünsə Şimali Kipr Türk Respublikasının günlük həyatına nəzər yetirmək kifayətdir.

İstehlak mallarının ekspertizası beynəlxalq standartlara uyğun şəkildə aparılır

25 Noyabr 2016 13:44

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ərzaq mallarının keyfiyyətinə nəzarət diqqət mərkəzində saxlanılır. Ötən illər ərzində cəmiyyətin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, ABŞ, Almaniya, İngiltərə, Polşa, İtaliya, Türkiyə istehsalı olan, beynəlxalq standartlara uyğun laboratoriya avadanlıqları alınıb quraşdırılıb. Laboratoriyada mütəmadi olaraq yerli və idxal məhsullarından nümunələr götürülərək təhlillər aparılıb.

İslam dini dəyərlərimiz, dəyərlərimiz isə dinimizlə vəhdət təşkil edir

25 Noyabr 2016 13:43

Hər bir cəmiyyətdə milli və mənəvi dəyərlərin qorunması həmin cəmiyyətin inkişafı ilə mütləq şəkildə əlaqəlidir. Çünki hər bir xalq özünəməxsus dəyərlərin daşıyıcısıdır. Azərbaycan xalqı da tarixən öz milli, əxlaqi və mədəni dəyərləri ilə böyük inkişaf yolu keçib. Qədim Naxçıvan diyarı isə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tarixən milli və mənəvi dəyərlərimizin qorunub saxlanılmasında mühüm rol oynayıb. Bəs bu gün milli mədəniyyətimizin mühüm dəyərlərini özündə yaşadan muxtar respublikamızda dini dəyərlərimiz necə təbliğ olunur? Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev bununla bağlı "Şərq qapısı" qəzetinə müsahibə verib. Mövzunun aktuallığını nəzərə alaraq həmin müsahibəni oxuculara təqdim edirik.

Oturaq iş rejimi hansı xəstəliklərə yol açır?

25 Noyabr 2016 13:40

Bu sahədə çalışanlar daha çox bel ağrılarından əziyyət çəkirlər Günümüzdə informasiya kommunikasiya texnologiyalarının sürətlə yayılması əl əməyi, fiziki işlərin məhdudlaşmasına gətirib çıxarıb. İllər əvvəl onlarla işçi qüvvəsinin gördüyü işi bu gün bir nəfər kompyüter arxasından asanlıqla həll edə bilir. Düzdür, informasiya kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi müasir dünya ilə ayaqlaşmaq, yeni-yeni biliklərə, texnologiyalara yiyələnmək baxımından əhəmiyyətli olsa da, lakin bunun fəsadları da yox deyil. Günün böyük bir hissəsini kompyüter arxasında keçirən insanlar bir qayda olaraq çox keçmədən bir sıra xəstəliklərlə qarşılaşırlar. Belə problemlərdən biri də bel ağrılarıdır.

DTX-nın məhv etdiyi terrorçu ilə bağlı şok məlumatlar

25 Noyabr 2016 13:38

Azərbaycanda keçirilən antiterror əməliyyatı zamanı radikal islamçı məhv edilib. Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı rəsmi məlumata görə, Azərbaycan Respublikasının hüdudlarından kənarda dini düşmənçilik zəminində silahlı münaqişələr aparan terrorçu təşkilatın tabeliyində, yaşadığı ərazidə tərəfdaşlarından ibarət "camaatın əmiri" kimi fəaliyyət göstərərək, vətəndaşları belə silahlı münaqişələrə cəlb etməkdə, cinayətkar təşkilatın üzvlərinin gizli yığıncaqlarını və əlaqələndirilməsini təşkil etməkdə şübhəli bilinən vətəndaş 1974-cü il təvəllüdlü Rəhimov Ramiq Nazir oğlunun qanunsuz olaraq odlu silah və partlayıcı vasitələr əldə edib həmin təşkilatın terrorçuluq məqsədləri və insanların oğurlanması planları barədə daxil olmuş məlumat kompleks əməliyyat-axtarış tədbirləri tətbiq olunub.

ABŞ-ın Azərbaycandakı səfirliyi viza verilməsi qaydasında dəyişiklik edib

25 Noyabr 2016 13:37

ABŞ səfirliyi konsulluq şöbəsinin davam etdiyi konsulluqda müştəri xidmətlərinin təkmilləşdirilməsi və viza prosesinin sürətləndirməsi sahəsində göstərdiyi səylərinin bir hissəsi olaraq ABŞ vizalarını yeniləmək üçün müəyyən təcrübəli ərizəçilər üçün Azərbaycanda Müsahibəsiz Güzəştli Viza Proqramını tətbiq edir.

Ərdoğan: “Avropa daha da irəli getsə, sərhəd qapılarını açacağıq”

25 Noyabr 2016 13:36

“Daha da irəli getsəniz, sərhəd qapılarını açacağıq, bunu bilin”. APA-nın məlumatına görə, bu sözləri Avropa Parlamentinin Avropa İttifaqını Türkiyə ilə üzvlük müzakirələrini dayandırmağa səsləyən tövsiyə xarakterli qərarına münasibət bildirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandeyib.

ETSN: Yaxın 2-3 gündə hava şəraitində mühüm dəyişiklik gözlənilmir

25 Noyabr 2016 13:34

Azərbaycanda hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova APA-ya bildirib ki, yaxın 2-3 gün ərzində ölkə ərazisində hava şəraiti sabit keçəcək, mülayim cənub-qərb küləyi əsəcək.

Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistan hökumətinə qarşı iki qərar qəbul edib

25 Noyabr 2016 13:32

Avropa İnsan Hüquqları Məhkəməsi noyabrın 24-də Ermənistan hökumətin qarşı iki qərar qəbul edib. Olaylar.az xəbər verir ki, bu barədə Trend "Azadlıq" radiosunun erməni xidmətinə istinadən məlumat verir.

Prezident İlham Əliyev: "Qısa müddətdə həm ölkə iqtisadiyyatı, həm iş adamları xeyir götürəcəklər"

25 Noyabr 2016 13:31

Sabunçu rayonunun Ramana qəsəbəsində qəzalı vəziyyətdə olan binanın sakinləri üçün tikilmiş yeni binanın açılışı olub. Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

İki terrorçu məhv edilib

25 Noyabr 2016 13:28

Bu səhər Türk Hüquq Mühafizə orqanları və Jandarma birliklərinin Ərzurumun Qarayazı rayonunda apardıqları əməliyyat nəticəsində terror aksiyası hazırlandığı məlum olub. Aparılan əməliyyat nəticəsində iki terrorçu məhv edilib.  Hadisə yerində çoxlu sayda silah – sursat və ərzaq aşkalrlanıb. Əməliyyat davam edir. Xəbəri “Olaylar” – ın Türkiyə bürosu yayıb.

Jirinovski Ankarada

25 Noyabr 2016 13:27

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Ankaraya gəlib. Burada o Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu və Ankara meri Melih Gökçəklə görüşüb. Ankarada Jirinovskinin bir neçə elmi, siyası konfransa və televiziya proqramlarında iştirakı gözlənilir. Qeyd edək ki, bir neçə gün əvvəl Jirinovski Türkiyə və  Rusiya kimi ölkələri Qərbin apardığı təfriqəçilik siyasətinə qarşı birləşməyə dəvət edib. Xəbəri “Olaylar” – ın Türkiyə bürosu yayıb.

Lavrovun Türkiyə səfəri

25 Noyabr 2016 13:26

Son xəbərlərə  əsasən dekabrın 1 – də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfəri gözlənilir. Lavrovun Türkiyəni ziyarət edəcəyi hər iki ölkə rəsmiləri tərəfindən  təsdiq edilib. Sergey Lavrovun Alanyaya gələcəyi də alınan xəbərlər sırasındadı. Rusiya xarici işlər nazirinin Türkiyə səfərinin səbəbi və kimlərlə görüşəcəyi isə hələlik məlum deyil. Xəbəri “Olaylar” – ın Türkiyə bürosu yayıb.

“Günəşli” yatağında daha bir quyu istismara verilib

25 Noyabr 2016 13:25

Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 6 saylı dərin dəniz özülündə 45 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilİib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, quyu Fasilə Lay Dəstəsindən qazlift üsulu ilə məhsul verib, 3088-3075 metr intervaldan sutkalıq 71 ton neft və 5000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ tərəfindən həyata keçirilir.