Oturaq iş rejimi hansı xəstəliklərə yol açır?

Bu sahədə çalışanlar daha çox bel ağrılarından əziyyət çəkirlər Günümüzdə informasiya kommunikasiya texnologiyalarının sürətlə yayılması əl əməyi, fiziki işlərin məhdudlaşmasına gətirib çıxarıb. İllər əvvəl onlarla işçi qüvvəsinin gördüyü işi bu gün bir nəfər kompyüter arxasından asanlıqla həll edə bilir. Düzdür, informasiya kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi müasir dünya ilə ayaqlaşmaq, yeni-yeni biliklərə, texnologiyalara yiyələnmək baxımından əhəmiyyətli olsa da, lakin bunun fəsadları da yox deyil. Günün böyük bir hissəsini kompyüter arxasında keçirən insanlar bir qayda olaraq çox keçmədən bir sıra xəstəliklərlə qarşılaşırlar. Belə problemlərdən biri də bel ağrılarıdır.

Bu sahədə çalışanlar daha çox bel ağrılarından əziyyət çəkirlər

Günümüzdə informasiya kommunikasiya texnologiyalarının sürətlə yayılması əl əməyi, fiziki işlərin məhdudlaşmasına gətirib çıxarıb. İllər əvvəl onlarla işçi qüvvəsinin gördüyü işi bu gün bir nəfər kompyüter arxasından asanlıqla həll edə bilir. Düzdür, informasiya kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi müasir dünya ilə ayaqlaşmaq, yeni-yeni biliklərə, texnologiyalara yiyələnmək baxımından əhəmiyyətli olsa da, lakin bunun fəsadları da yox deyil. Günün böyük bir hissəsini kompyüter arxasında keçirən insanlar bir qayda olaraq çox keçmədən bir sıra xəstəliklərlə qarşılaşırlar. Belə problemlərdən biri də bel ağrılarıdır.

Həkim Füzuli Hüseynov deyir ki, günümüzdə təkcə Azərbaycanımızda minlərlə insanlar bel ağrılarından əziyyət çəkirlər: "Adətən spondilit adlanan bu ağrılar oynaqların arasındakı yumşaq toxuma sərtləşməyə başlayanda özünü büruzə verir. Çox güclü bir ağrılar olur. Ağır üzücü bir xəstəlikdir və illərlə dərman müalicələri almaqlarına baxmayaraq nəticə ürəkaçan olmur. Xəstələr ağrıların şiddətindən illərlə dərmanlar içməyə məcbur olur". Füzuli Hüseynov deyir ki, spondillit revmatizma xəstəliyini bir növü olub sonda oynaqların əyilməsinə və hərəkətsiz qalmasına səbəb olur: "Birincisi belə xəstələr çox hərəkət etməli, əsasən də su idmanlarını çox etməlidirlər. Təzə gicitkən yarpaqları ilə gündə bir dəfə yarım saat xəstə oynaqları vurmaq lazımdır. Çünki gicitkənin tərkibindəki zəhərli maddələr oynaq nahiyyəsini acışdıracaq, amma həm də ağrıların azalmasına və müalicəsinə yaxşı təsir edəcəkdir. Bunu ildə 4 dəfə, hər dəfə 15 gün etmək mümkündür. Daimi olaraq isə qeyd olunan çaylar içilməlidir. Belə ki, 50 qram cökə və eyni həcmdə ud hindini bir-birinə qarışdırıb gündə 3 dəfə yeməkdən əvvəl qəbul etmək lazımdır. Qeyd edim ki, həmin maddələrin 1 çay qaşığı 1 stəkan suda dəmlənməlidir. Sonrakı müalicədə ud hindi olduğu kimi qalmalı, cökə əvəzinə ballınanə, sonra efkalipt, lavanda və s. əlavə olunmalıdır. Bundan başqa ağrıyan oynaqlar gündə bir dəfə yarım saat isidilmiş qarazirə yağı ilə masaj olunmalıdır. Spondillit xəstəliyində ən çox faydalı hicamadır, beləki ağrıyan oynaq üzərinə ayda 3-4 banka hicama etdirmək çox fayda verir. Hicama zamanı iltihablaşmış qanın xaric olunması xəstənin vəziyyətini çox yaxşılaşdırır". Füzuli Hüseynov hesab edir ki, ayda bir dəfə ağrıyan oynaqların üzərinə 5-8 ədəd zəli qoymaq da faydalıdır: "Bunu 10 ədədə qədər qaldıra bilərsiniz. Amma qanınızın faizini və laxtalanmasını nəzarətdə saxlamaq mütləq lazımdır. Belə ki, zəlinin ağzındakı maddələr nəinki sümükləşməni azaldır, hətta kirəcləşmiş toxumaların elastikləşməsinə səbəb olur". Həkim Füzuli Hüseyno bildirib ki, belə xəstələr bir qayda olaraq düz yataqda yatmalıdır: "Həm də belə insanlar qalın döşəkdə yox adi yorğan qalınlığımda bir şeyin üstündə, başları çox dik olmamaq şərtilə yatmalıdırlar. Belə xəstələr bişmiş yeməklərdən az istifadə etməli, imkanları daxilində bişməmiş tərəvəz, salatları zeytun yağı ilə qarışdırıb yeməlidirlər".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31