Gündəm
Turan Yazqan Böyük Ödülünün təqdimatı keçiriləcək
Türk Dünyası Araşdırmalar Vəqfinin qurucusu, mərhum Turan Yazqanın adına təsis edilmiş “Türk Dünyası Turan Yazqan Böyük Ödülü”nün təqdimat mərasimi keçiriləcək. Sözügedən vəqfdən “OLAYLAR”-a daxil olan məlumata görə, təqdimat mərasimi dekabrın 3-də Türkiyənin İstanbul şəhərində baş tutacaq. Təqdimat mərasimi eyni tarixdə baş tutacaq Turan Yazqanı anma proqramı çərçivəsində reallaşacaq. Proqram zamanı Turan Yazqan barədə hazırlanmış sənədli film nümayiş olunacaq, “Göz açdırmayan Boran-Turan” romanının təqdimatı baş tutacaq. Sonda Azərbaycandan olan tanınmış sənətçi Azərinin konserti olacaq.
Litva bələdiyyə sədrləri Binəqədidə görüşlər keçirib
Litva Bələdiyyələr İttifaqının prezidenti, Druskininkay şəhərinin meri Ricardas Malinauskasun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində Binəqədi rayonunda olub.
Hüseyn Bağırov İsmayıllıda vətəndaşlarla görüşüb
25 noyabr 2016-cı il tarixində Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov İsmayıllı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində İsmayıllı, Qəbələ və Oğuz rayonlarında yaşayan vətəndaşlarla görüşüb.
Publik hüquqi şəxsin əhəmiyyəti nədən ibarətdir?
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən dövlət idarəçiliyinin təkmilləşdirilməsinə hesablanmış islahatlar davam etdirilir. Bunun bariz nümunəsi kimi ölkə başçısının imzaladığı müvafiq sərəncam və fərmanları göstərmək olar. Belə ki, prezident İlham Əliyev dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.
4 məhbus həbsxanadan qaçdı
ABŞ-ın Kaliforniya ştatında 4 məhbus həbsxanadan qaçıb. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, polis iki cinayətkarı saxlayıb. Hazırda axtarış davam etdirilir.
Dünyanın iki ən gözəl qadını sevgili oldu
Kara Delevin ilə Amber Herd sevgilidir. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Deppin keçmiş həyat yoldaşı Amber Heard və Kara Delevin səmimi şəkildə alış-veriş edərkən görüntülənib. Xarici KİV-in yazdığına görə, Kendall Jennerın doğum günündə tanış olan cütlük sevgili olmağa qərar verib.
Albert Vuds: “Azərbaycan ilə uzun müddətdir dostluq münasibətlərimiz var”
“Azərbaycan ilə uzun müddətdir dostluq münasibətlərimiz var. Burada keçirilən “Bakı-2015” I Avropa Oyunlarında da iştirak etmişəm. O zaman Oyunların Koordinasiya Komissiyasının üzvü olmuşam. Mingəçevirdə təşkil olunan kanoe yarışları da çox uğurla keçib”. Bunu jurnalistlərə açıqlamasında Avropa Kanoe Federasiyasının prezidenti Albert Vuds deyib.
Hiddətlənmiş miqrantlar düşərgəyə od vurdular AĞIR ŞƏRAİT
Yunanıstanın Lesbos adasındakı düşərgəsində məskunlaşmış miqrantlar qaldıqları düşərgəyə od vuraraq oranı külə çeviriblər. SİA xəbər verir ki, bu barədə yerli polis məlumat verib. Buna səbəb bir qadının yaşadığı çadırda yemək bişirərkən qaz balonunun partlaması nəticəsində ölməsi və uşaqlarının yaralanması olub.
“Gənclər” şəhərciyindəki yanğında zərərçəkənlərlə bağlıson xəbər
"Abşeron rayonu, “Gənclər” şəhərciyində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində tüstüdən zəhərlənən 18 nəfərdən 17-si evə buraxılıb". Bu barədə SİA-ya 1 saylı şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsinin baş tibbi bacısı Maya Yusifova məlumat verib. O bildirib ki, müraciət edənlərin 17-sində ciddi fəsad olmadığı üçün, tibbi yardım göstərildikdən sonra evə buraxılıblar: "Hazırda müraciət edənlərdən 1 nəfəri Həsənova Aygün şöbədə müalicəsini davam etdirir. A. Həsənovanın bu gün evə buraxılma ehtimalı yoxdur. Xəstə bir neçə gün müalicəsini davam etdirməlidir".
Neçə yaşında və nədən öləcəksiniz?
Tibbin irəliləməsi və sağlam həyat tərzi ilə Avropada orta yaş həddi artıb. SİA-nın EURONEWS-a istinadən verdiyi məlumata görə, orta yaş həddinin artması ümumi statistikaya əsaslanır. İnsanların həyat səviyyəsinə baxaraq, iş qrafiklərini araşdıran təşkilat insanın neçə yaşında və nədən öləcəyi hakkında proqnoz verir. Təşkilatın ümumi statistikalarının dəqiqlik səviyyəsi çox yüksəkdir. Eyni zamanda insanların həyat yaşam səviyyələrindən onların ölüm yaşına nələrin ciddi təsir göstərə biləcəyi barədə proqnoz verir. Bu barədə Eurostat dəqiq məlumat verir.
2017-ci ildə ipoteka kreditinə 100 milyon manat vəsait ayrılacaq- AÇIQLAMA
“Dövlət başçısı ipoteka kreditinin daha şəffaf təmin edilməsi, əhalinin əziyyət çəkməməsi üçün ipotekanın elektron portal vasitəsilə həyata keçirməsi məsələsini ön plana çıxarıb. Azərbaycan Prezidentinin sərəncamı ilə artıq insanlar ərizə və sənədlərini daha asan yolla yəni elektron internet vasitələrindən istifadə etməklə təqdim edə biləcəklər. Bu, çox əhəmiyyətlidir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib.
QMİ sədri: “Mətbuata güvənməliyik, bir-birimizlə məsləhətləşməliyik”
Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Milli mənəvi dəyərlər və KİV” mövzusunda jurnalistlər üçün iki həftəlik seminar başlayıb.
Hava yağmursuz olacaq
Bakı və Abşeron yarımadasında noyabrın 26-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq.
"Bandotdel" əməliyyat keçirdi
Ayrı-ayrı vətəndaşlar tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın, partlayıcı maddə və qurğuların yığılması məqsədilə daxili işlər orqanları tərəfindən növbəti əməliyyat-axtarış tədbiri həyata keçirilib.
"Avis" apteklər şəbəkəsinin rəhbəri AZADLIĞA BURAXILDI
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində süni qiymət artımında təqsirləndirilən "Avis" apteklər şəbəkəsinin rəhbəri Elmir Məhərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.














