Turan Yazqan Böyük Ödülünün təqdimatı keçiriləcək

Türk Dünyası Araşdırmalar Vəqfinin qurucusu, mərhum Turan Yazqanın adına təsis edilmiş “Türk Dünyası Turan Yazqan Böyük Ödülü”nün təqdimat mərasimi keçiriləcək. Sözügedən vəqfdən “OLAYLAR”-a daxil olan məlumata görə, təqdimat mərasimi dekabrın 3-də Türkiyənin İstanbul şəhərində baş tutacaq. Təqdimat mərasimi eyni tarixdə baş tutacaq Turan Yazqanı anma proqramı çərçivəsində reallaşacaq. Proqram zamanı Turan Yazqan barədə hazırlanmış sənədli film nümayiş olunacaq, “Göz açdırmayan Boran-Turan” romanının təqdimatı baş tutacaq. Sonda Azərbaycandan olan tanınmış sənətçi Azərinin konserti olacaq.

Türk Dünyası Araşdırmalar Vəqfinin qurucusu, mərhum Turan Yazqanın adına təsis edilmiş "Türk Dünyası Turan Yazqan Böyük Ödülü"nün təqdimat mərasimi keçiriləcək. Sözügedən vəqfdən "OLAYLAR"-a daxil olan məlumata görə, təqdimat mərasimi dekabrın 3-də Türkiyənin İstanbul şəhərində baş tutacaq. Təqdimat mərasimi eyni tarixdə baş tutacaq Turan Yazqanı anma proqramı çərçivəsində reallaşacaq. Proqram zamanı Turan Yazqan barədə hazırlanmış sənədli film nümayiş olunacaq, "Göz açdırmayan Boran-Turan" romanının təqdimatı baş tutacaq. Sonda Azərbaycandan olan tanınmış sənətçi Azərinin konserti olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31