Publik hüquqi şəxsin əhəmiyyəti nədən ibarətdir?

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən dövlət idarəçiliyinin təkmilləşdirilməsinə hesablanmış islahatlar davam etdirilir. Bunun bariz nümunəsi kimi ölkə başçısının imzaladığı müvafiq sərəncam və fərmanları göstərmək olar. Belə ki, prezident İlham Əliyev dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən dövlət idarəçiliyinin təkmilləşdirilməsinə hesablanmış islahatlar davam etdirilir. Bunun bariz nümunəsi kimi ölkə başçısının imzaladığı müvafiq sərəncam və fərmanları göstərmək olar. Belə ki, prezident İlham Əliyev dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncam bir sıra mərkəzi icra hakimiyyəti orqanı hüquqi statusuna malik qurumların əsasında publik hüquqi şəxslərin yaradılmasını nəzərdə tutur. Sənədə əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi əsasında "Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi" publik hüquqi şəxs, Müəllif Hüquqları Agentliyi əsasında Müəllif Hüquqları Agentliyi" publik hüquqi şəxs, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi əsasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi" publik hüquqi şəxs, "Dövlət orqanı" hüquqi statusuna malik Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) əsasında "Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)" publik hüquqi şəxs, Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi əsasında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi" publik hüquqi şəxs, Dənizkənarı Bulvar İdarəsi əsasında "Dənizkənarı Bulvar İdarəsi" publik hüquqi şəxs, Bakı Nəqliyyat Agentliyi əsasında "Bakı Nəqliyyat Agentliyi" publik hüquqi şəxs, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi əsasında "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxs, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi əsasında "Tərcümə Mərkəzi" publik hüquqi şəxs yaradılacaq. Dövlət Feldyeger Xidməti Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə veriləcək. Sərəncamdan göründüyü kimi artıq bir sıra mərkəzi icra hakimiyyəti orqanı hüquqi statusuna malik qurumlar bundan sonra publik hüquqi şəxs kimi fəaliyyət göstərəcəklər. Bəs, publik hüququ şəxs nədir və onun əhəmiyyəti nədən ibarətdir. 
Hüquqşünas Alim Hüsenli qeyd edib ki, publik hüquqi şəxslərin fəaliyyəti xeyli müddətdir ki, inkişaf etmiş xarici ölkələrin praktikasında mövcuddur. Özü də belə strukturların fəaliyyəti idarəetmə sahəsində naliyyətlərlə müşahidə olunur. Xüsusən, iri dövlətlərin bank sektorlarının öz işlərini bu istiqamətdə qurması çoxsaylı problemlərdən yaxa qurtarmağa imkan yaradıb. Onun sözlərinə görə, publik hüquq ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur. Publik hüquqi şəxs onun özü, dövlət, bələdiyyə adından yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Ancaq dövlət və ya bələdiyyə orqanı sayılmır. Onun birbaşa təsisçisi dövlətdir. Azərbaycanda qüvvədə olan "Publik hüquqi şəxslər haqqında" qanun publik hüquqi şəxslərin yaradılması, fəaliyyət göstərməsi və təşkili qaydalarını müəyyən edir: "Publik hüquqi şəxsin idarə edilməsi qaydası onun nizamnaməsi ilə müəyyən edilir. Publik hüquqi şəxslər sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Publik hüquqi şəxs nizamnaməsində nəzərdə tutulmuş halda təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər. Publik hüquqi şəxsin mənfəəti onun nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün yalnız təsisçinin qərarı ilə müvafiq olaraq dövlət büdcəsinə və yerli büdcəyə köçürülə bilər". Hüquqşünas bildirib ki, adi hüquqi şəxsdən fərqli olaraq, publik hüquqi şəxs heç vaxt müflis ola bilməz. Ona qarşı yalnız inzibati icraat çərçivəsində məhkəmə iddiaları qaldırıla bilər. Qanunvericiliyə sasən, publik hüquqi şəxs həm pulsuz, həm də pullu xidmətlər göstərə bilər, özünü maliyyələşdirə və ya büdcədən maliyyələşdirilə bilər. Publik hüquqi şəxsin əməkdaşları dövlət qulluqçuları ola bilər. Onun bağladığı müqavilələr isə mülki deyil, digər dövlət orqanlarının bağladığı müqavilələr kimi, inzibati müqavilələr ola bilər: "Publik hüquqi şəxs idarəetmə mexanizmində kifayət qədər yeni imkanlar yaradır ki, idarəçilik sistemini pozmadan, həmin sistemin üzvi bir hissəsi kimi yeni qurumlar yaradılsın. Bununla dövlət mövcud sistemi dəyişmədən yeni funksiyaları həyata keçirmək imkanı əldə edir". Xatırladaq ki, Azərbaycanda ilk olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs kimi fəaliyyətə başlayıb. 

Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31