Albert Vuds: “Azərbaycan ilə uzun müddətdir dostluq münasibətlərimiz var”
“Azərbaycan ilə uzun müddətdir dostluq münasibətlərimiz var. Burada keçirilən “Bakı-2015” I Avropa Oyunlarında da iştirak etmişəm. O zaman Oyunların Koordinasiya Komissiyasının üzvü olmuşam. Mingəçevirdə təşkil olunan kanoe yarışları da çox uğurla keçib”. Bunu jurnalistlərə açıqlamasında Avropa Kanoe Federasiyasının prezidenti Albert Vuds deyib.
25 Noyabr 2016 12:57 İdman"Azərbaycan ilə uzun müddətdir dostluq münasibətlərimiz var. Burada keçirilən "Bakı-2015" I Avropa Oyunlarında da iştirak etmişəm. O zaman Oyunların Koordinasiya Komissiyasının üzvü olmuşam. Mingəçevirdə təşkil olunan kanoe yarışları da çox uğurla keçib". Bunu jurnalistlərə açıqlamasında Avropa Kanoe Federasiyasının prezidenti Albert Vuds deyib.
O, Bakıda keçirilən Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib: "Azərbaycan hökuməti, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Milli Avarçəkmə Federasiyasının dəstəyi böyük alqışa layiqdir. Bakıda Azərbaycan Prezidenti cənab İlham Əliyev məni qəbul etdi. Dövlət başçısı paytaxtda kanoe yarışları üçün reqata kanalının yaradılmasının maliyyələşdirilməsinə xüsusi diqqət və önəm verir. Bu, bizim üçün xoş xəbərdir. Azərbaycanın dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev və gənclər və idman naziri kanoe idman növünə və ümumi idmana böyük diqqət ayrırılar. Bu da bizim üçün çox sevindirici haldır".