Uğurlu sosial siyasətin tərkib hissəsi
Sosial mənzilləırin tikintisi belə xarakterizə edilə bilər Uzun müddətdir gözlənilən proses artıq reallaşmaq üzrədir. Belə ki, bundan sonra ölkədə aztəminatlı ailələr və gənclər daha güzəştli şərtlərlə mənzillərə sahib ola biləcəklər. Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl sözügedən prosesi sürətləndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi də yaradılıb. Bu günlərdə yayılan xəbərlərdə isə bildirilir ki, artıq güzəştli şərtlərlə mənzil almağın şərtləri də müəyyənləşdirilib. Təsadüfi deyil ki, dövlətin atmış olduğu bu addım onun sosial həyata keçirdiyi siyasətin bir parçası kimi xarakterizə edilir və dövlətin vətəndaşa diqqət və qayğısı kimi səciyyələndirilir. Elə millət vəkilləri də bu qənaətdədirlər.
25 Noyabr 2016 13:48 SosialSosial mənzilləırin tikintisi belə xarakterizə edilə bilər
Uzun müddətdir gözlənilən proses artıq reallaşmaq üzrədir. Belə ki, bundan sonra ölkədə aztəminatlı ailələr və gənclər daha güzəştli şərtlərlə mənzillərə sahib ola biləcəklər. Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl sözügedən prosesi sürətləndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi də yaradılıb. Bu günlərdə yayılan xəbərlərdə isə bildirilir ki, artıq güzəştli şərtlərlə mənzil almağın şərtləri də müəyyənləşdirilib. Təsadüfi deyil ki, dövlətin atmış olduğu bu addım onun sosial həyata keçirdiyi siyasətin bir parçası kimi xarakterizə edilir və dövlətin vətəndaşa diqqət və qayğısı kimi səciyyələndirilir. Elə millət vəkilləri də bu qənaətdədirlər.
Milli Məclisin deputatı Tahir Mirkişili də deyir ki, sosial siyasət Azərbaycan dövlətinin mühüm istiqamətlərindən biridir. Onun sözlərinə görə, Azərbaycan dövləti son on illər ərzində qeyd edilən istiqamətdə kifayət qədər işlər görüb: "Cari ilin aprel ayında Cənab Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Mənzil İnşaatı üzrə Dövlət Agentliyinin əsas fəaliyyəti məhz bu sosial siyasəti başqa bir formada həyata keçirmək olub. Ümumiyyətlə, Azərbaycan Kosntitusiyasının müddüəlarının böyük əksəriyyəti vətəndaşların sosial hüquqları ilə bağlıdır. Bu da o deməkdir ki, Azərbaycan dölətinin bütün siyasəti insanların sosial qayğılarının həll edilməsinə yönəlib". Millət vəkili qeyd edib ki, sosial təminatın əsas elementlərindən biri də mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Tahir Mirkişili müntəzəm olaraq Azərbaycan dövləti tərəfindən bu istiqamətdə uğurlu addımların atıldığını diqqətə çatdırıb. Bildirib ki, qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə onlar üçün yaşayış binalarının tikilməsi, eləcə də şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları üçün anoloji tədbirlərin həyata keçirilməsi bunun əyani sübutudur: "Bundan başqa dünyaya ilk dəfə olaraq Azərbaycanda jurnalistlər üçün mənzil tikilib istifadəyə verilib. Eyni zamanda qüsursuz olaraq 20 il ərzində hərbi xidmət keçən şəxslər üçün də mənzillər tikilərək onların ixtiyarına verilib. Eləcə də tətbiq edilən ipoteka kreditləri də insanların mənzil məişət şəraitinin yaxşılaşdırlmasına xidmət edir". Millət vəkili əhalinin aztəminatlı təbəqəsi, gənclərin güzəştli şərtlərlə mənzillə təmin olunmasını dvlətin həyata keçirdiyi daha bir mühüm istiqamət kimi dəyərləndirib. O deyib ki, bu gün mənzillərin əldə edilməsi üçün çətinliklər var. Həm onların qiyməti daha yüksəkdir, həm də insanların aylıq gəlirləri ipoteka krediti ilə mənzil əldə etməyi bir qədər çətinləşdirir: "Bu güzəştli mənzillərin tikintisində dövlət bir çox xərcləri öz üzərinə götürməklə iki mühüm məsələni həll etmişl olur. Birincisi, mənzillərin qiyməti daha əlverişli və ucuz olur. İkincisi, İpoteka Fondunun bir hissəsinin bu mənzilləri əldə etmək istəyən insanlar üçün ayrılması o deməkdir ki, dövlət bu məsələdə ikiqat sosial siyasət həyata keçirir. Yəni, həm mənzillərin qiymətinin aşağı salınması üçün tədbirlər görür, həm də insanları bu mənzilləri almaq üçün uzunmüddətli maliyyə vəsaiti ilə təmin edir". Millət vəkili deyib ki, təxminən 2 milyona yaxın şəxs sosial mənzillərdən yararlanmaq üçün müəyyən edilən şərtlərdən yararlana biləcək. Tahir Mirkişili onu
da istisna etməyib ki, gələcəkdə bu kateqoriya daha geniş bir kütləni əhatə edə bilər. Bu gün isə əsas diqqət mənzillərə ciddi ehtiyacı olan insanlara yönəldilir.
Millli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri. millət vəkili Hadı Rəcəbli isə bildirib ki, sosial mənzillərin tikintisi əhalinin mənzil təminatının yaxşılaşdırılmasının ən optimal üsullarından biridir. Onun sözlərinə görə,
belə bir proqramın həyata keçirilməsi uğurlu sosial siyasətin təkib hissəsidir: "Sosial mənzillərin inşası çox vacib məsələdir. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələni gündəmə gətirməklə, müvafiq qurumlara öz tapşırıqlarını verməklə bir daha göstərdi ki, Azərbaycan hökumətinin daxili siyasətində sosial siyasət prioritet istiqamət kimi davam edir və bundan sonra da davam edəcək. Ümumiyyətlə, bu evlər hər kəs üçün əlçatan olacaq. Yəni belə mənzilləri almaq hüququ olan insanlara ödəniş etmək də çətin olmayacaq. Azərbaycanda mənzilə ehtiyacı olan insanlar çoxdur və bu insanların bir hissəsi ipoteka kreditləşməsi vasitəsilə mənzilə olan tələbatını ödəyirlər. Qeyd edim ki, sosial evlərin inşası iqtisadiyyatın bir çox sahələrində də inkişafa səbəb olacaq. Çünki tikinti materaillarının əksəriyyəti respublikada istehsal olunur. Sosial evlərin inşası tikinti mallarının istehsalı və satışı bazarını da canlandıracaq. Eyni zamanda, sosial mənzillərin tikintisi yeni iş yerlərinin açılması deməkdir. Çox müsbət haldır ki, dövlət başçısının tapşırığına əsasən sosial mənzillər paytaxtla yanaşı bölgələrdə də tikiləcək".
Süleyman