Gündəm
Balakəndə 4 otaqlı ev yanıb
Balakən rayonu, İtitala kəndində vətəndaşa məxsus 4 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 108 m2 olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları 42 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Sumqayıtda beşmərtəbəli binada yanğın olub
Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə binanın 3-cü mərtəbəsində 6 ədəd elektrik sayğacı yanıb. Mənzillər yanğından mühafizə olunublar. Yanğın saat 02:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
“Maliyyə savadlılığı” adlı təlimlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Mikromaliyyə Assosiasiyası ilə birgə Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan regionlarında qadın mütəxəssislərin hazırlanması və qadın sahibkarların inkişafı” layihəsi çərçivəsində “Maliyyə savadlılığı” adlı təlimlər həyata keçirib.
Ərdoğanın müşavirindən SƏRT TƏPKİ: "Bu bizim üçün mənasız kağız parçasıdır"
Türkiyə prezidentinin media müşaviri, sabiq millət vəkili Seyid Sərtçəlik Avropa Parlamentinin Avropa İttifaqı ilə Türkiyə arasında üzvlük müzakirələrinin dondurulmasını nəzərdə tutan qərara münasibət bildirib.
Şirvanda “qumarbazlar” saxlanıb
Şirvanda qumarbazların məkanına çevrilən çayxana aşkar edilib. DİN-dən verilən məlumata görə, Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 23-də S.Vurğun küçəsindəki çayxanada şəhər sakinləri Səbuhi İdriszadə, Raqif Qasımov və Əzizağa Əzizzadə qumar oynadıqları üçün saxlanılıblar.
Evdən pul və qızıl aparanın əlləri qandallanıb
Noyabrın 20-də şəhər sakini Sahibə Musayevanın evindən 9500 manat və 6000 ABŞ dolları, habelə qızıl əşyalar oğurlanıb. DİN-dən verilən məlumata görə, Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən həmyerliləri Coşqun Musayev və İsmayıl Məmmədov tutulub.
Ədliyyə Nazirliyinin nümayəndə heyəti beynəlxalq formda iştirak edib
Çinin İvu şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) "İpək Yolu üzərində hüquqi xidmətlər" mövzusunda beynəlxalq forumu keçirilib. Çin Xalq Respublikasının Ədliyyə Nazirliyinin ev sahibliyi ilə keçirilən tədbirdə Azərbaycanı ədliyyə nazirinin müavini Vilayət Zahirovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Soyğunçuluq yolu ilə telefon mənimsəyən şəxs yaxalanıb
Bakıda müxtəlif üsullarla mobil telefon ələ keçirən şəxs tutulub. DİN-dən verilən məlumata görə, Səbail RPİ 39-cu PB və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 25-də Bakı şəhər sakini Kamran Şirinovun telefonunu soyğunçuluq yolu ilə, oktyabrın 28-də isə Şəmsi Məmmədovun mobil telefonunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Yusif Nəbiyev tutulub. Araşdırma aparılır.
İlham Əliyev: “Vətəndaşların qəzalı vəziyyətdə olan binalarda yaşamasına son qoyacağıq”
“İndi imkanlı insanlar gedirlər özləri üçün mənzillər alırlar. O qədər də böyük imkanlara malik olmayanlar isə qəzalı vəziyyətdə olan binalarda yaşayırlar. Biz buna son qoyacağıq”.
Patriarx Kirill Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyasını davam etdirəcək
Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin 70 illik yubileyi münasibətilə Moskvada keçirilən təntənəli mərasim çərçivəsində patriarx Kirill həm Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti ilə geniş tərkibdə, həm də şeyxülislamla təkbətək görüşü keçirilib.
Belarus prezidenti gələn həftə Azərbaycana gəlir
Belarus prezidenti Aleksandr Lukaşenko noyabrın 28-29-da Azərbaycana rəsmi səfər edəcək.Olaylar.az bildirir ki, bu barədə Trend Belarus prezidentinin mətbuat xidmətinə istinadən məlumat verir.
“Xəzər regionunun ekologiyası” mövzusunda seminar keçirilib
Bakı şəhərindəki 233 nömrəli tam orta məktəbdə “Xəzər regionunun ekologiyası” mövzusunda seminar keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, seminar məktəbin biologiya müəllimi Samirə Musayeva tərəfindən aparılıb.
“Irəli” daha bir layihəyə yekun vurdu
Azərbaycan Respublikası Prezidenti yanında Gənlər Fondu və “İrəli” İctimai Birliyinin dəstəyi ilə həyata keçirilən “Həftəsonu Bakı” layihəsi yekunlaşıb. İctimai Birlikdən “OLAYLAR”-a bildirilib ki, layihə müddətində müxtəlif sahədə aktiv olan gənclərlə video çəkilişlər aparılmış və çəkilişlər Bakının müxtəlif hissələrində həyata keçirilib.
Xaçmazın içməli su təchizatı yaxşılaşdırılır
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Xaçmaz şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti-quraşdırma işlərinin böyük hissəsi yerinə yetirilib.
Azərbaycanla Qətər arasında hərbi sahədə əlaqələr müzakirə olunub
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən Əl-Saai ilə görüşüb.














