“Irəli” daha bir layihəyə yekun vurdu
Azərbaycan Respublikası Prezidenti yanında Gənlər Fondu və “İrəli” İctimai Birliyinin dəstəyi ilə həyata keçirilən “Həftəsonu Bakı” layihəsi yekunlaşıb. İctimai Birlikdən “OLAYLAR”-a bildirilib ki, layihə müddətində müxtəlif sahədə aktiv olan gənclərlə video çəkilişlər aparılmış və çəkilişlər Bakının müxtəlif hissələrində həyata keçirilib.
25 Noyabr 2016 14:43 SosialAzərbaycan Respublikası Prezidenti yanında Gənlər Fondu və "İrəli" İctimai Birliyinin dəstəyi ilə həyata keçirilən "Həftəsonu Bakı" layihəsi yekunlaşıb. İctimai Birlikdən "OLAYLAR"-a bildirilib ki, layihə müddətində müxtəlif sahədə aktiv olan gənclərlə video çəkilişlər aparılmış və çəkilişlər Bakının müxtəlif hissələrində həyata keçirilib. Vidoe-çəkilişlər zamanı Şəhriyar İsmayılov, Leyla Əhmədova, Əzizə Mustafazadə, kamran Məmmədov, Aysel Sadıqova kimi gənclər öz həftəsonlarını necə keçirmələri haqqında fikirlərini bölüşüblər. Çəkilişlər başa çatdıqdan sonra təqdimat keçirilib və hazırlanmış video-çarx ictimaiyyətə təqdim olunub. Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasında gənclər siyasətini əsas tutaraq gənlərin asudə vaxtlarının səmərəli keçirilməsinə yardım etmək, inkişaf etməkdə olan yeni nəslin daha geniş dünya görüşünə sahib olmasına və gənc istedadların üzə çıxmasına dəstək olmaqdır. Bu kimi layihələr gənclərə asudə vaxtlarını sağlam, maraqlı, vaxtlarını faydalı keçirməyə yönləndirir.