“Xəzər regionunun ekologiyası” mövzusunda seminar keçirilib

Bakı şəhərindəki 233 nömrəli tam orta məktəbdə “Xəzər regionunun ekologiyası” mövzusunda seminar keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, seminar məktəbin biologiya müəllimi Samirə Musayeva tərəfindən aparılıb.

Bakı şəhərindəki 233 nömrəli tam orta məktəbdə "Xəzər regionunun ekologiyası" mövzusunda seminar keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, seminar məktəbin biologiya müəllimi Samirə Musayeva tərəfindən aparılıb. Seminarda müəllim və şagirdlər, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzlərinin dərnək rəhbərləri və Almaniyanın "Şlümberje" şirkətinin əməkdaşları iştirak ediblər. Seminarda şagirdlərə ekoloji problemlər, neft buruqlarının qazılması və neftin tərkibi, suyun keyfiyyətinin öyrənilməsi haqqında geniş məlumat verilib. Eləcə də VIII-XI sinif şagirdlərindən ibarət qruplarla bir sıra praktiki işlər görülüb. Sonda bütün iştirakçılara diplom təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31