Gündəm
Tayvanda 5,5 bal gücündə zəlzələ oldu
Tayvanın şərqində 5,5 bal gücündə zəlzələ baş verib. Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, "Focus Taiwan"ın məlumatına görə, ölən və yaralananların olmadığı deyilir.
Müsəlman hansı dəniz məhsullarından istifadə edə bilər?
“Sizin üçün bir dolanacaq vasitəsi olsun deyə(ihramda ikən)dəniz ovu etmək və bu ovu yemək sizə də,yolçulara(səfərdə olanlara)da halal edildi.İhramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram buyuruldu.Hüzuruna toplanacağınız Allahdan qorxun!”(Əl-Maidə;96).
İsraildə yanğın davam edir - 12 nəfər tutulub
İsrailin Hayfa şəhərində dörd gündür davam edən şiddətli yanğınlarla əlaqədar 60 min sakin evakuasiya olunub.
Sosial ödəmələr verilib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaş müraciətlərinin obyektiv şəkildə araşdırılması və nəticələrinə əsasən qanunauyğun tədbirlər görülməsi istiqamətində işlər davam etdirilir.
Rusiya Mühafizə Xidmətinin generalı həbs edilib
Rusiya Federal Mühafizə Xidmətinin generalı Gennadi Lopırev həbs edilib. “Report” TASS-a istinadən xəbər verir ki, bu haqda qurumun mətbuat və ictimaiyyətlə əlaqə mərkəzi məlumat yayıb.
Prezident İlham Əliyev Sabunçu rayonunda tikilmiş yeni yaşayış binasının açılışında iştirak edib
Sabunçu rayonunun Ramana qəsəbəsində qəzalı vəziyyətdə olan binanın sakinləri üçün tikilmiş yeni binanın açılışı olub.
Gömrük nəzarətindən gizlədilən 26000 ədəd siqaret aşkar edilib
Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn Gürcüstan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 26000 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
“Quş qripi”nə görə yeni monitorinq aparılacaq
“Quş qripi”nin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını diqqət mərkəzində saxlayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ölkə miqyasında ardıcıl monitorinqləri davam etdirir. Noyabrın 28-də köçəri quşların payız miqrasiyasını nəzərə alaraq növbəti monitorinqə start veriləcəkdir.
Deputat: “Müstəqil komitələrin yaradılması nəzərdə tutulub”
Milli Məclisin Gənclər və idman komitəsinin noyabrın 25-də keçirilən iclasında “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Komitə sədri Fuad Muradov deyib ki, bu qanun layihəsinin qəbulu ilə müsbətə doğru dəyişikliklər olacaq.
"Ohanyanın kadrları nazirlikdən çıxarılır"
Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın kadrları nazirlikdən çıxardılır. Olaylar.az xəbər verir ki, bu barədə azvision.az "Jovohurd"-a istinadən xəbər verir.
"Bir az möhlət ver, Allahım" klipinin təqdimatı keçirilib
Bü gün Beynəlxalq Mətbuat Mərkəzində "Bir az möhlət ver, Allahım" adlı klipin təqdimat mərasimi keçirilib.
Sənaye quruculuğu sahəsində ciddi uğurlara nail olunub
“Sahibkarlığın inkişafına davamlı olaraq dəstək göstərilməsi Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir”. “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə səsləndirib.
Azərbaycan Fransada keçirilən beynəlxalq konfransda təmsil oplunub
Fransanın Paris şəhərində “İngilis dilinin tədrisində yeni zirvələr fəth edək” adlı illik 35-ci TESOL Fransa konfransı keçirilib.
UNİCEF nümayəndələri Tərtərdə olub
BMT Uşaq Fondu (UNICEF) və Beynəlxalq Avrasiya Mətbuat Fondu arasında bağlanmış müqaviləyə əsasən UNICEF-in maliyyə dəstəyi ilə BAMF tərəfindən “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsinin icrasına başlanılıb.
Yanğısöndürən təyyarəmiz İsrailə yola düşüb
Xəbər verildiyi kimi, İsrail Dövlətinin Hökumətinin müraciəti əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, İsraildə tüğyan edən yanğınların söndürülməsi üçün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsinin göndərilməsi istiqamətində hazırlıq işlərinə başlanılıb. Bu barədə FHN-dən verilən məlumata görə, qeyd edilən təyyarə lazımi yanğınsöndürmə avadanlıqları ilə birgə bu gün günorta saatlarında İsrail Dövlətinə yola düşüb.














