Azərbaycan Fransada keçirilən beynəlxalq konfransda təmsil oplunub
Fransanın Paris şəhərində “İngilis dilinin tədrisində yeni zirvələr fəth edək” adlı illik 35-ci TESOL Fransa konfransı keçirilib.
25 Noyabr 2016 15:11 SosialFransanın Paris şəhərində "İngilis dilinin tədrisində yeni zirvələr fəth edək" adlı illik 35-ci TESOL Fransa konfransı keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə 20-dən artıq ölkə nümayəndələri iştirak etmişdir. Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycanın nümayəndələri konfransda iştirak etmək hüququ qazanıb. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycanı konfransda təmsil edən 2 nəfər nümayəndədən biri fəal gəncimiz, Astara rayon Suparibağ kənd tam orta məktəbinin ingilis dili müəllimi Kəmalə Nəsirova təmsil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31