Gündəm
Müəllim və valideynlərin müraciəti dinlənilib
Noyabrın 25-də Bakı şəhərindəki 195 nömrəli tam orta məktəbdə Səbail, Qaradağ və Yasamal rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçirilib.
Nə qədər xarici borcumuz var?
Maliyyə Nazirliyi 01 oktyabr 2016-cı il tarixinə xarici dövlət borcu barədə məlumatı açıqlayıb. Nazirlikdən verilən məlumata görə, 01 oktyabr 2016-cı il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 7 mlrd. 650,7 mln. ABŞ dolları (12 mlrd. 402,6 mln. manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 20,1% təşkil edib. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib. Xarici dövlət borcu əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından ölkədə müxtəlif layihələrin maliyyələşməsinə, qalan hissəsi isə beynəlxalq maliyyə bazarlarından yerləşdirilmiş qiymətli kağızlar vasitəsilə cəlb edilib.
Rusiyalı idmançılar dopinq testin nəticəsini gizlətmək üçün rüşvət veriblər
Rusiyanın 6 idmançısı dopinq analizlərinin müsbət nəticələrinin gizlədilməsi üçün Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (İAAF) külli miqdarda pul verib. "Report"un RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, idmançılar 2011-ci ildə 300-700 min avro ödəyiblər.
Eldar Mahmudovun oğlunun şərikinin Azərbaycanı nə vaxt tərk etdiyi məlum olub
Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin (RYTN) sabiq aparat rəhbəri və digərlərinin işi üzrə axtarışa verilən şəxslərdən Ayaz Kərimovun Azərbaycanı tərk etdiyi tarix müəyyənləşdirilib.
Milli Məclisdə işə düzəltmək adı ilə vətəndaşın 25 min manatını mənimsəyən şəxsə hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Fərasət Dəyyanov cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Evlilik verilişinə çıxan azərbaycanlı qız ağladı
Türkiyədə "Star TV"də Zuhal Topalın evlilik proqramına qatılan azərbaycanlı iştirakçı Esmiraverilişdə hönkür-hönkür ağlayıb.
Sərhədyanı rayonların gəncləri vətənpərvər ruhda tərbiyə olunur
Azərbaycan müharibə şəraitində yaşadığından gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi vacib amillərdən biridir. Bu zərurəti nəzərə alan müvafiq qurumılar müntəzəm olaraq gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına yönəlik tədbirlər keçirirlər. Xüsusilə, bu kimi tədbirlərə cəbhəyanı rayonlarda ciddi diqqət yetirilir. Elə Daşkəsən rayonu da bu istiqamətdə təşkil olunan tədbirlər sırasında ön planda dayanır. Belə ki, bu günlərdə Daşkəsən rayonundakı N nömrəli hərbi hissədə "Dağlar çağırır səni, Azərbaycan əsgəri!" devizi altında bir qrup hərbi qulluqçunun döyüş növbəsinə təntənəli yolasalma mərasimi keçirilib.
“Öncəgörən” müxalifətə sərt cavab
Azərbaycanda seçkilərin keçirilməsinə iki ildən artıq müddət qalmasına baxmayaraq bu istiqamətdə müxtəlif fikirlər səslənməkdədir. Məlumat üçün qeyd edək ki, 2018-ci ildə Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Lakin indidən bu məsələ ətrafında ilkin müzakirələr , çeşidli rəylər, proqnozlar səslənməkdədir. Xüsusilə də,daha sosial şəbəkələrdəki müxalif düşüncəli qruplar tərəfindən prezident seçkiləri ilə bağlı üzümüzə gələn ilin – 2017-ci ilin mühüm-həlledici il olacağı yönündə proqnozlar verilməkdədir. Yəni, dünyada və yaxın ətrafımızda baş verən gərgin ictimai-siyasi proseslərin, o cümlədən, hələ də davam edən qlobal maliyyə-iqtisadi kataklizmlərin Azərbaycanda da qaçılmaz, təhlükəli çətinliklər yaradacağı və bu baxımdan, seçkilərin ilk növbədə hakimiyyət üçün asan olmayacağı ilə bağlı rəylər, versiyalar dövriyyəyə buraxılmaqda, üstünlük təşkil etməkdədir. Bununla yanaşı, hakimiyyətdəki müxtəlif maraqlı qüvvələrin özünün bu seçkilərə problemlər yaşada və yarada biləcəyi ilə bağlı ehtimallar özünə yer almaqdadır.
Qatarların toqquşması nəticəsində ölənlərin sayı 30-u keçib - YENİLƏNİB
İranda iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb. Olaylar.az-ın APA-ya istinadən məlumatına görə , bu barədə İranın Semnan əyalətinin rəhbəri bildirib.
Təqsirləndirilən şəxs: “Nazirliyin 255 min manatlıq iddiası ilə bağlı ödəniş etmişəm” - YENİLƏNİB
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Nazarbayev etiraz etdi: "Astananın adı dəyişdirilə bilməz"
Qazaxıstan prezidenti Nursultan Nazarbayev paytaxt Astananın onun şərəfinə adlandırılması fikrinə qarşı çıxıb. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, "Rossiya-24" telekanlına müsahibəsində N.Nazarbayev paytaxtın adının dəyişdirilməsində ehtiyac olmadığını deyib.
Rusiyada general həbs edildi
Rusiya Federal Mühafizə Xidmətinin generalı Gennadi Lopırev həbs edilib. Olaylar.az report-a istinadən xəbər verir ki, bu haqda qurumun mətbuat və ictimaiyyətlə əlaqə mərkəzi məlumat yayıb.
Qırğızıstan Azərbaycan vətəndaşlarının ölkədə qalma rejimini sadələşdirir
Qırğızıstan xarici vətəndaşların ölkədə qalması ilə bağlı sadələşdirilmiş rejimin təbiqinə hazırlaşır.
Azərbaycan da OPEK-in Vyana görüşünə qatılacaq
Azərbaycanın energetika naziri Natiq Əliyev noyabrın 28-də OPEK-ə üzv ölkələrin və bu quruma daxil olmayan ölkələrin yüksək səviyyəli komitəsinin ikinci iclasında iştirak edəcək.
Rusiyalı dənizçilər ukraynalıları xilas etdilər - VİDEO
Rusiya Hərbi Dəniz Donanmasına məxsus "Vitse-admiral Kulakov" gəmisinin üzvləri Aralıq dənizində batmaqda olan Ukraynaya məxsus gəminin ekipaj üzvlərini xilas ediblər.














