Gündəm
Rusiya azərbaycanlını “İnterpol” xətti ilə axtarışa verib
Rusiya Federasiyası Ceyhun Nəbiyev adlı şəxsi “İnterpol” xətti ilə beynəlxalq axtarışa verib.
"Günəşli" qurbanlarının xatirəsinə abidə ucaldılır
Ötən ilin dekabrın 4-də "Günəşli" yatağındakı 10 və ''Neft Daşları''ndakı 501 saylı dəniz özüllərində təbii fəlakət nəticəsində baş vermiş qəza zamanı həlak olmuş neftçilərin xatirəsinə SOCAR prezidentiRövnəq Abdullayevin göstərişinə əsasən, abidə qoyulacaq.
23 il idi həbsdə yatan keçmiş deputat azadlığa çıxdı
Özbəkistanda 23 il həbsdə yatan keçmiş deputat Samandar Kukanov azadlığa buraxılıb. Olaylar.az report-a istinadən xəbər verir ki, 72 yaşlı Kukanov keçmiş Özbəkistan Ali Sovetinin deputatı olub.
Əsədə gözlənilməz dəstək: Misir Suriyaya girdi
Misir Bəşər Əsəd qüvvələrinə yardım göstərmək üçün Suriyaya öz hərbi təyyarələrini göndərib. Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Livanın "Əl Məsdər" portalı yayıb.
Gömrük sahəsi ilə bağlı medal təsis olunur
Azərbaycanda gömrük sahəsi ilə bağlı xüsusi medal təsis olunur. Olaylar.az xəbər verir ki, Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik edilir. Dəyişikliyə əsasən "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)" yubiley medalı təsis edilir.
Başkəsən qadından ŞOK AÇIQLAMA: "Allah mənə dedi: qalx, onları öldür" - VİDEO
Moskva şəhər, Xoroşevski rayon məhkəməsi 4 yaşı qızı öldürməkdə ittiham olunan Özbəkistan vətəndaşı 39 yaşlı Gülçöhrə Bobokulovanın cinayət məsuliyyətindən azad edilərək məcburi psixiatrik müalicəyə cəlb olunmasına dair qərar qəbul edib.
“İnsan Resurslarının İdarə edilməsi: nəzəriyyədən praktikaya”
Noyabrın 25 – də Mətbuat Şurasında “Əməkdar mühəndis” Asif Bəkirlinin “Elm və Təhsil” nəşriyyatında çap edilmiş “İnsan Resurslarının İdarə edilməsi: nəzəriyyədən praktikaya” adlı kitabının təqdimat mərasimi keçirildi.Təqdimatda millət vəkilləri və ziyalılar iştirak edirdi.
Müəllim və tələbələr dərsə milli geyimdə gəliblər
Noyabrın 25-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayevin ötən ay tələbələrlə görüş zamanı irəli sürdüyü “Milli adət-ənənələrimizi yaşadaq” adlı təşəbbüs həyata keçirilib. Təşəbbüs çərçivəsində universitetin professor-müəllim heyəti və tələbələri dərsə müxtəlif çalarlı milli geyim və ya onun hər hansı bir elementini əks etdirən tərzdə gəliblər.
Baş prokurorun birinci müavini Şabran şəhərində vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.
Telefon oğrusu ələ keçib
Noyabrın 23-də metronun “Qara Qarayev” stansiyasında Bakı şəhər sakini Sevil Allahverdiyevaya məxsus mobil telefon oğurlanıb. DİN-dən verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində telefonu oğurlamaqda şübhəli bilinən paytaxt sakini Elçin Məmmədov tutulub. Ətrafında aparılan araşdırmalar zamanı onun əvvəllər məhkum olunduğu müəyən edilib.
Oğurluq dövlət qeydiyyat nişanı ilə maşın sürən saxlandı
2013-cü il yanvarın 27-də Bakı şəhər sakini Müzəffər İsayevə məxsus “VAZ- 2107” markalı avtomobilin oğurlanmış dövlət qeydiyyat nişanları üzərində olan “Hyundai” markalı avtomobili noyabrın 23-də saat 01 radələrində paytaxtın Babək prospektində hərəkətdə olması aşkar edilib. DİN-dən verilən məlumata görə, Təhlükəsiz Şəhər Xidməti Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən görülmüş tədbirlərlə avtomobil saxlanıb. Həmin avtomobilin paytxat sakini Elnur Rəhimova məxsus olması müəyyən edilib və sürücüsü ilə birgə Nizami RPİ 25-ci PB-yə təhvil verilib.
Saakaşvili xalqı meydana səslədi - Poroşenkoya “qırmızı vərəqə”
Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna xalqını hakimiyyətə etiraz etməyə səsləyib.
HDQ-nin sabiq komandanı: “Bu cür gəmilərlə Putini qorxurmaq olmaz” HİDDƏT
Qiymətinə görə kifayət qədər bahalı hesab edilən və Böyük Brtitaniyanın hərbi dəniz qüvvələrinə məxsus “Duncan” gəmisi xarab olub və hərbi bazasına geri dönüb. Artıq bu, Şimal Alyansına (NATO-ya) daxil olan növbəti xarab olan hərbi gəmidir. SİA xəbər verir ki, bu barədə “Daily Mail” nəşri yazır. Nəşr onu da qeyd edir ki, bu cür sınıq texnikalarla Vladimir Putini qorxutmaq olmayacaq.
Nümayəndə heyəti İrana səfər edəcək
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndə heyəti İran İslam Respublikasına səfər edəcək.
Məktəblilər milli qəhrəmanlarla görüşüb
Binəqədi rayonu244 nömrəli orta məktəbdə hərbi- vətənpərvərlik, milli-mənəvi dəyərlərə bağlılıq və Azərbaycançılıq məfkurəsinin təbliği mövzularına həsr olunmuş tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Azərbaycan Respublikasının Milli Qəhrəman Zabit Quliyev, Respublika “Qarabağ müharibəsi Veteranları, Şəhid ailələri və Əlilləri” İctimai birliyinin sədr müavini, Binəqədi, Nizami və Xətai rayon təşkilatlarının sədrləri, “Milli Qəhrəmanları Tanıtma” İB-nin, “Əfqanıstan Müharibəsi Veteranları” Cəmiyyətinin, “Xocalı Soyqrımını Tanıtma” İB-nin rayon təşkilatlarının sədrləri və məktəbin müəllim-şagird kollektivi iştirak edib.










.jpg)


