“İnsan Resurslarının İdarə edilməsi: nəzəriyyədən praktikaya”

Noyabrın 25 – də Mətbuat Şurasında “Əməkdar mühəndis” Asif Bəkirlinin  “Elm və Təhsil” nəşriyyatında çap edilmiş “İnsan Resurslarının İdarə edilməsi: nəzəriyyədən praktikaya” adlı kitabının təqdimat mərasimi keçirildi.Təqdimatda millət vəkilləri və ziyalılar iştirak edirdi.

Noyabrın 25 - də  Mətbuat Şurasında "Əməkdar mühəndis"  Asif Bəkirlinin "Elm və Təhsil" nəşriyyatında çap edilmiş "İnsan Resurslarının İdarə edilməsi: nəzəriyyədən praktikaya" adlı kitabının təqdimat mərasimi keçirildi.Təqdimatda millət vəkilləri və  ziyalılar iştirak edirdi.

Əflatun Amaşov tədbiri giriş sözü ilə açaraq sözügedən kitabın cəmiyyət üçün dəyərindən danışdı. " Kitabın c əmiyyətimizdəki problemin həllinə müəyyən mənada öz köməkliyini göstərəcəyinə ümid edirəm. Bu kitabdan yalnız neftçilər yox, digər peşə sahibləri də yararlana bilərlər. Həmçinin bu kitab jurnalistlər, redaktorlar üçün mühüm əhəmiyyətə malikdi. İnsani resursların necə idarə olunması burada əsas diqqət çəkən mövzudu.

Asif müəllim ictimai həyatda çox fəaldı. Kitabda müəllifin son on ildə dövri və beynəlxalq mətbuatda dərc olunan elmi məqalələri, tezisləri toplanıb. Kitabda beynəlxalq idarəetmənin qanunları öz əksini tapır."

Daha sonra kitabın müəllifi Asif Bəkirli tədbir iştirakçılarına öz təşəkkürünü bildirərək, qeyd etdi ki,  insan resurslarının idarə edilməsi dedikdə biz bu vaxta qədər bütün müəssisələrdə kadrlar şöbəsinin fəaliyyətini nəzərdə tuturduq. Bütün beynəlxalq müəssisələrdə ən xırda detalın belə qeydinə qalınır ki, sıradan çıxmasın. Lakin insan yaddan çıxır. Amma unutmamalıyıq ki, ən qiymətli resurs elə insanın özüdü. Texnikanı insan idarə edirsə, deməli o insanın özünə də qayğı lazımdı. Əgər insanın qarşısında karyera - plan yoxdursa, onun gələcəkdə yüksəlməsindən danışmaq əbəsdi.

Bu gün SOCAR - da 70 minə yaxın insan çalışır, 22 - 23 stuktur bölməsindən ibarətdir. Neft şirkətində bir çox sosial layihələrin həyata keçirildiyi hər kəsə məlumdu. 2011 - ci ildən cənab prezidentimizin fərmanı ilə neft şirkətində kadrların işə qəbulu məsələsində " İnsan Resurslarının idarə olunması" departamentinin yaradılması ilə işə qəbul prosesində şəffaflıq yarandı. Bununla belə,  əminliklə deyə bilərik ki, bu gün Dövlət Neft Şirkətində ucqar bir dağ kəndində təhsil almış vətəndaş i vakansiyalardan keçməklə şöbə rəisi vəzifəsinə qədər yüksələ bilər. SOCAR - da bu gün işə qəbul tam şəffaf və ədalətli şəkildə həyata keçirilir."

"Elm və Təhsil" nəşriyyatında çap edilmiş "İnsan Resurslarının İdarə edilməsi: nəzəriyyədən praktikaya" adlı kitabda əsas məqsəd onun öz fikir, düşüncə və baxışlarını cəmiyyətə təqdim etməsi, bölüşməsi ilə yanaşı həm də toxunulan mövzuların aktuallığının, həmçinin bu mövzularla bağlı ana dilində yazılmış yazıların olub-olmamasının da  xüsusi əhəmiyyəti vardır. Məhz bu kitabın tərtib edil­mə­sin­də  məqsəd müasir dövrdə idarəetmənin key­fiy­yə­tinin yüksəldilməsində Beynəlxalq İdarəetmə sis­tem­lərinin və  İnsan Resurslarının İdarə edilməsi sisteminin ma­hiyyəti, tətbiqinin idarəetmənin keyfiyyətinin yüksəl­dil­məsindəki əhəmiyyəti və davamlı inkişafdakı rolu,  Azərbaycanın ən böyük milli neft şirkəti olmaqla, iqti­sa­diy­yatımızda xüsusi rolu olan SOCAR-da Beynəlxalq İda­rəetmə Standartlarının və İnsan Resurslarının idarə edil­məsinin praktiki olaraq tətbiqi nəticəsində əldə edi­lən uğurlardan bəhs edilməklə bir çox məsələlərə ay­dın­lıq gətirilir. Bu kitabda bir-biri ilə sıx bağlılığı olan əsa­sən iki istiqaməti əhatə edən mövzularla bağlı yazılar ək­sini tapmışdır. Bu istiqamətlərdən biri daxili  və xarici bazarda müəssisənin imicinin müsbət mənada for­ma­laş­ması, idarəetmədə daha müasir metodların tətbiq edil­məsi, sifarişçilər üçün etibarlı tərəf müqabil olmaq, daha böyük və etibarlı işlərin həyata keçirilməsinə  əmin­lik, sifarişçilərin tələblərinə uyğun sənədləşdirmə işlərinin aparılması, işləri  təhlükəsiz, ətraf mühitə ziyan vur­madan və keyfiyyətlə yerinə yetirmək, bütün fəaliy­yətə tam nəzarət etmək imkanı, bütün işçi personalının öz bacarıq və qabiliyyətini nümayiş  etdirməsi, uyğun­suz­­luqların vaxtında aşkar edilməsi və aradan  qal­dırıl­ma­sı, komanda şəklində işləmək bacarığı, vaxta qənaət, sifarişçi məmnuniyyətinin qazanılması və s. kimi vacib məsələlərin həllini tapması ilə bağlı mövzuları əhatə edir. Digər istiqamət günümüzdə müəssisənin məhsul və xidmət istehsalında qarşıya qoyulan məqsədə çatması üçün istifadə etmə məcburiyyətində olduğu resurslardan biri olan,  istehsal prosesinin həm ayrılmaz bir hissəsi, həm də ki, eyni zamanda istehsalın hədəfi olan təşkilat daxili və xaricdən potensial olaraq yararlana biləcək bütün işçi qüvvəsini, bir sözlə yuxarı pillədəki rəh­bər­dən aşağı mövqeni tutan işçilərədək hamını əhatə edən İn­san Resurslarının idarə edilməsi ilə bağlı pro­ses­lərin və proseslər sisteminin nəzəri və praktiki statistik gös­təricilərlə qeyd olunduğu mövzuları əhatə edir.

Nigar Adil

    

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31