Nümayəndə heyəti İrana səfər edəcək

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndə heyəti İran İslam Respublikasına səfər edəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndə heyəti İran İslam Respublikasına səfər edəcək. "OLAYLAR"-ın SAM-a istinadən verdiyi xəbərə görə, səfərdə məqsəd İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzi tərəfindən təşkil olunmuş tədbirlərdə iştirak və çıxış etməkdir. SAM-ın direktoru Fərhad Məmmədovun başçılıq etdiyi  nümayəndə heyətinin tərkibinə SAM-ın Xarici Siyasət Məsələlərinin təhlili şöbəsinin əməkdaşları Məsiağa Məhəmmədi, Fuad Çıraqov, Kamal Qasımov və İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin aparıcı elmi-işçisi Gülmira Rzayeva daxildir.  Səfər ərəfəsində İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin  Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzində ekspertlərin iştirakı ilə dəyirmi masa təşkil olunacaq və İranın bir sıra digər aparıcı beyin mərkəzlərində müzakirələr aparılacaq.  Daha sonra SAM nümayəndə heyətinin İran XİN rəsmiləri ilə görüşü də nəzərdə tutulub.  Səfər noyabrın 28-dək davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31