23 il idi həbsdə yatan keçmiş deputat azadlığa çıxdı

Özbəkistanda 23 il həbsdə yatan keçmiş deputat Samandar Kukanov azadlığa buraxılıb. Olaylar.az report-a istinadən xəbər verir ki, 72 yaşlı Kukanov keçmiş Özbəkistan Ali Sovetinin deputatı olub.

Özbəkistanda 23 il həbsdə yatan keçmiş deputat Samandar Kukanov azadlığa buraxılıb.

Olaylar.az report-a istinadən xəbər verir ki, 72 yaşlı Kukanov keçmiş Özbəkistan Ali Sovetinin deputatı olub.
İnformasiyaya əsasən, ötən gün həbs müddəti başa çadığı üçün o,azadlığa çıxıb.
 Samandar Kukanov 1945-ci ildə Cizak vilayətinin Feriş rayonunda doğulub. 1989-cu ildə ölkənin indiki baş naziri Şavkat Mirziyoyevlə birlikdə eyni çağırışda Özbəkistan Ali Sovetinə deputat seçilib. Kukanov 1992-ci ildə iqtisadi cinayətlərdə ittiham olunaraq, Özbəkistan dövlət təhlükəsizlik qurumları tərəfindən tutulub. O, müxalifətdə olan "Ərk" Partiyasını maliyyələşdirməkdə ittiham edilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31