Milli Məclisdə işə düzəltmək adı ilə vətəndaşın 25 min manatını mənimsəyən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Fərasət Dəyyanov cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Fərasət Dəyyanov cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

APA-nın xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, F. Dəyyanov 8 il, 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, F. Dəyyanov zərərçəkən İsmayıl Quliyevin etibarından sui-istifadə edərək, onu, Milli Məclisin Aparatında hüquqşünas vəzifəsinə düzəldəcəyini deyərək, 25 min ABŞ dolları məbləğində pulunu mənimsəyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31