Rusiyalı dənizçilər ukraynalıları xilas etdilər - VİDEO

Rusiya Hərbi Dəniz Donanmasına məxsus "Vitse-admiral Kulakov" gəmisinin üzvləri Aralıq dənizində batmaqda olan Ukraynaya məxsus gəminin ekipaj üzvlərini xilas ediblər.

Rusiya Hərbi Dəniz Donanmasına məxsus "Vitse-admiral Kulakov" gəmisinin üzvləri Aralıq dənizində batmaqda olan Ukraynaya məxsus gəminin ekipaj üzvlərini xilas ediblər.

Olaylar.az  teleqraf.com-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi olayı əks etdirən görüntüləri yayımlayıb.
 
Görüntülərdə dənizçilərin xilas olunması və yaxınlıqdakı Yunanıstana məxsus Qavdos adasına aparılması aydın görünür. Ukraynalılara tibbi yardım göstərilib.
 
Artıq Ukraynanın Yunanıstandakı səfirliyi faktı təsdiq edib. Bildirilir ki, gəmi noyabrın 21-də radarlardan itib. Hadisə zamanı gəmidə 7 nəfər olub. Onlardan 2-sinə tibbi yardım göstərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31