“Öncəgörən” müxalifətə sərt cavab

Azərbaycanda seçkilərin keçirilməsinə iki ildən artıq müddət qalmasına baxmayaraq bu istiqamətdə müxtəlif fikirlər səslənməkdədir. Məlumat üçün qeyd edək ki, 2018-ci ildə Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Lakin indidən bu məsələ ətrafında ilkin müzakirələr , çeşidli rəylər, proqnozlar səslənməkdədir. Xüsusilə də,daha sosial şəbəkələrdəki müxalif düşüncəli qruplar tərəfindən prezident seçkiləri ilə bağlı üzümüzə gələn ilin – 2017-ci ilin mühüm-həlledici il olacağı yönündə proqnozlar verilməkdədir. Yəni, dünyada və yaxın ətrafımızda baş verən gərgin ictimai-siyasi proseslərin, o cümlədən, hələ də davam edən qlobal maliyyə-iqtisadi kataklizmlərin Azərbaycanda da qaçılmaz, təhlükəli çətinliklər yaradacağı və bu baxımdan, seçkilərin ilk növbədə hakimiyyət üçün asan olmayacağı ilə bağlı rəylər, versiyalar dövriyyəyə buraxılmaqda, üstünlük təşkil etməkdədir. Bununla yanaşı, hakimiyyətdəki müxtəlif maraqlı qüvvələrin özünün bu seçkilərə problemlər yaşada və yarada biləcəyi ilə bağlı ehtimallar özünə yer almaqdadır.

"Bir söyləsinlər görək özlərinin gələcəyi necə olacaq?"

Azərbaycanda seçkilərin keçirilməsinə iki ildən artıq müddət qalmasına baxmayaraq bu istiqamətdə müxtəlif fikirlər səslənməkdədir. Məlumat üçün qeyd edək ki, 2018-ci ildə Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Lakin indidən bu məsələ ətrafında ilkin müzakirələr , çeşidli rəylər, proqnozlar səslənməkdədir. Xüsusilə də,daha sosial şəbəkələrdəki müxalif düşüncəli qruplar tərəfindən prezident seçkiləri ilə bağlı üzümüzə gələn ilin - 2017-ci ilin mühüm-həlledici il olacağı yönündə proqnozlar verilməkdədir. Yəni, dünyada və yaxın ətrafımızda baş verən gərgin ictimai-siyasi proseslərin, o cümlədən, hələ də davam edən qlobal maliyyə-iqtisadi kataklizmlərin Azərbaycanda da qaçılmaz, təhlükəli çətinliklər yaradacağı və bu baxımdan, seçkilərin ilk növbədə hakimiyyət üçün asan olmayacağı ilə bağlı rəylər, versiyalar dövriyyəyə buraxılmaqda, üstünlük təşkil etməkdədir. Bununla yanaşı, hakimiyyətdəki müxtəlif maraqlı qüvvələrin özünün bu seçkilərə problemlər yaşada və yarada biləcəyi ilə bağlı ehtimallar özünə yer almaqdadır. Bu baxımdan, görəsən, hakim Yeni Azərbaycan Partiyası (YAP), iqtidar təmsilçiləri növbəti seçkilər və onun ətrafında açılan müzakirələr, səslənən rəylər barədə nə fikirdədirlər? 
Bununla bağlı YAP İdarə Heyətinin üzvü və Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, səslənən fikirlərin mütləq əksəriyyəti əsassızdır: "Siz media mənsubları özünüz tez-tez Amerika kimi bir dövlətdə güclü bir şəbəkənin - böyük maliyyəsi, böyük təşkilatçılıq işləri ilə proqnoz verən dairələrin iflasa uğradığını, tam fərqli vəziyyətin meydana çıxdığını vurğulayırsınız. Belə olan halda, prezident seçkilərinə hələ bir xeyli qalmış indidən seçkilərin necə, problemli və ya problemsiz olacağı ilə bağlı Azərbaycandakı sosial şəbəkə küncünə sıxılmış bir qrupun verdiyi belə "proqnoz" , xəyallarla bağlı hansısa bir münasibət soruşursunuzsa, o zaman deyə bilərik ki, bunlar reallıqdan çox uzaq "öncəgörmələrdir". Çünki Azərbaycan da bütün parametrləri ilə dünyada gedən proseslərin içərisindədir və bu baxımdan təbii ki, müəyyən hadisələr bizə də öz təsirini göstərir. Bununla belə, dünyadakı ziddiyyətlərin getdikcə gərginləşməsi, ölkələrdaxili ictima-siyasi durumların, etnik və dini qruplar arasında ziddiyyətlərin daha artıq dərəcədə kəskinləşməsi fonunda Azərbaycanda tam fərqli bir vəziyyəti müşahidə etməkdəyik. Eləcə də, iqtisadi çətinliklərdən doğan kataklizmlərin, hökumətlər daxilində gedən ziddiyyətli münasibətlərin gərginləşməsi fonunda Azərbaycandakı sabit durum diqqətimizi cəlb edir. Həmçinin, mədəniyyətlərin-sivilizasiyaların qarşıdurması şəraitində bir-birini az qala məhv etməsi halında olduğu bir durumda Azərbaycandakı multikultural şəraitə baxın". B.Muradovanın dediyinə görə, dünyada təxminlərə və gümanlara sığan vəziyyətlər, bir də ki, standart proqnozlara yerləşməyən situasiyalar var: "Ona görə hesab edirəm ki, Azərbaycan hər zaman olduğu kimi, bu baxımdan da öz daxili durumunu qoruyub saxlayan, daha çox müsbətə doğru dəyişən və kənar qüvvələrin Azərbaycana təsirlərinin qarşısını almağa qadir olan ölkə kimi çıxış edir. Bunun əsas səbəbi də ölkədəki mövcud siyasi elita ilə xalqın mütləq əksəriyyətinin vahid mövqedə olması, yeridilən siyasətin ölkə vətəndaşları, xalq tərəfindən dəstəklənməsidir. Hətta, özlərini iqtidarla tam qarşıdurma vəziyyətində hiss edən tənqidçilərimiz olsa belə, bu, həqiqətdir. Ona görə də bu istiqamətdəki açıqlamaları yenə hər zaman olduğu kimi, onların "məşğuliyyəti" kimi qəbul edirəm və düşünürəm ki, bu təzahürlərin ölkədəki ictimai-siyasi proseslərə elə bir təsiri yoxdur. Azərbaycan getdikcə daha artıq möhkəmlənən, bütün istiqamətlərdə imkanlarını artıran və dünyada öz yerini möhkəmləndirən ölkədir. Əgər dünən bizi tənqid edənlər,bizim siyasətimizin doğru-düzgün olmadığını düşünüb, bizə yol göstərmək istəyənlər bu gün Azərbaycanın doğru yolda olduğunu vurğulayırlarsa, onda nəyə görə Azərbaycan daxilində olan bizim tənqidçilərimiz bu həqiqətləri qəbul etməsinlər? Çox istərdim ki, onlar 2018-ci ildəki prezident seçkiləri kampaniyası ilə əlaqədar öz gələcəkləri ilə bağlı bir proqnoz versinlər . Oturub elə YAP-la "məşğul" olmasınlar, bir söyləsinlər görək özlərinin gələcəyi necə olacaq?".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31