Yanğısöndürən təyyarəmiz İsrailə yola düşüb
Xəbər verildiyi kimi, İsrail Dövlətinin Hökumətinin müraciəti əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, İsraildə tüğyan edən yanğınların söndürülməsi üçün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsinin göndərilməsi istiqamətində hazırlıq işlərinə başlanılıb. Bu barədə FHN-dən verilən məlumata görə, qeyd edilən təyyarə lazımi yanğınsöndürmə avadanlıqları ilə birgə bu gün günorta saatlarında İsrail Dövlətinə yola düşüb.
25 Noyabr 2016 15:08 SosialXəbər verildiyi kimi, İsrail Dövlətinin Hökumətinin müraciəti əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, İsraildə tüğyan edən yanğınların söndürülməsi üçün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsinin göndərilməsi istiqamətində hazırlıq işlərinə başlanılıb. Bu barədə FHN-dən verilən məlumata görə, qeyd edilən təyyarə lazımi yanğınsöndürmə avadanlıqları ilə birgə bu gün günorta saatlarında İsrail Dövlətinə yola düşüb.