UNİCEF nümayəndələri Tərtərdə olub 

BMT Uşaq Fondu (UNICEF) və Beynəlxalq Avrasiya Mətbuat Fondu arasında bağlanmış müqaviləyə əsasən UNICEF-in maliyyə dəstəyi ilə BAMF tərəfindən “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsinin icrasına başlanılıb.

BMT Uşaq Fondu (UNICEF) və Beynəlxalq Avrasiya Mətbuat Fondu arasında bağlanmış müqaviləyə əsasən UNICEF-in maliyyə dəstəyi ilə BAMF tərəfindən "Azərbaycan Gənclərinə Dəstək Proqramı" layihəsinin icrasına başlanılıb. "OLAYLAR"-ın xəbərinə görə, bu məqsədlə UNICEF-in nümayəndələri Tərtərdə olub, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşeblər. Görüşdə məqsəd rayon icra hakimiyyəti nəzdində Gənclərin Məşvərət Şurasının yaradılması və icra hakimiyyəti ilə onların əməkdaşlığının möhkəmləndirilməsidir. UNICEF-in nümayəndələri ilə rayon icra hakimiyyəti başçısının görüşündə rayon rəhbərinin fikir və təklifləri dinlənilib. Sonra nümayəndələr 20 nəfər yeniyetmə və gənclərdən ibarət Məşvərət Şurasının üzvləri ilə görüşüb, onların arzu və təklifləri ilə maraqlanıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31