Gündəm

Minsk-Bakı strateji tərəfdaşlığı yeni mərhələdə

29 Noyabr 2016 14:06

Azərbaycan-Belarus əlaqələrinin yaxınlığı Ermənistanın narahatlığını artırır Son illərdə Azərbaycanla daha sıx münasibətlər quran, müxtəlif sahələrdə ölkəmizlə əlaqələri inkişaf etdirən postsovet respublikalarından biri də Belarusdur. Etiraf etmək lazımdır ki, son on il ərzində Bakı-Minsk münasibətləri xeyli dərəcədə inkişaf edib. Müəyyən zaman kəsiyində baş tutan qarşılıqlı rəsmi səfərlər ölkələr arasındakı əlaqələrin daha da inkişaf etdirilməsinə öz töhfəsini verib.

Sərkisyanın Bakı sərsəmləməsi

29 Noyabr 2016 13:57

Ermənistan bir daha Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə maraq göstərmədiyini, işğalçılıq siyasətini davam etdirməkdə israrlı olduğunu təsdiqlədi. Özü də bu təsdiq işğalçı ölkənin prezidenti Serj Sərkisyanın dilindən səsləndi. Əslində, işğalçı ölkənin dövlət başçısı mütəmadi olaraq ölkəsinin işğalçılıq siyasətini ortaya qoyan fikirlər səsləndirir. Amma bu dəfə Serj Sərkisyan bir qədər də irəli gedib. Belə ki, Respublika Partiyasının 18 illik yubileyində çıxış edən Ermənistan prezidenti bildirib ki, qarşıdakı hədəf Azərbaycanın paytaxtı Bakını almaqdır. Sərkisyan Ermənistanın Azərbaycana sarsıdıcı zərbələr vurma imkanlarından da danışıb. İşğalçı ölkə prezidentinin son açıqlaması Yerevanın müharibə tərəfdarı olduğunu bir daha təsdiqləyib. Sərkisyanın fikirləri həmçinin Ermənistanın güclü surətdə müharibəyə hazırlaşdığını deməyə əsas verir. Bəs görəsən, bu barədə ekspertlər nə düşünürlər? Bu və ya digər suallarla bağlı Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayevlə söhbətləşdik.

Özcan Dənizlərə “qurban olan” azərbaycanlı qızlar

29 Noyabr 2016 13:55

Şou-biznesdə baş verən iyrənc olaylar cəmiyyətə təsirsiz ötüşməyib. Xüsusən, gənclərimiz şou-biznes əhlinin çaldığı hava ilə oynamaqla kifayətlənməyərək bir az da uzağa getməklə onların təlxəyi olmağa meyilləniblər. Vaxtilə özünü Koroğlu, Babək, Nəbi, Higar, Həcər, Natəvana bənzətmək duyğusu ilə böyüyən oğul və qızlarımız indi Faiq Ağayev, Samir Bağırov, Röya Ayxan, Elza Seyidcahan kimi şou əcaiblərinə bənzəmək istəyirlər. Yad ideologiya iliyimizə o qədər işləyib ki, bir sıra gənclərimiz canlarını əcnəbi sənət adamları üçün fəda etməyə hazır kamikadzeyə çevrilblər.

Müasir təhsil sistemi ilə dünyaya səs salan Şimali Kipr

29 Noyabr 2016 13:52

Əvvəli ötən saylarmızda Ağ dənizin incisi hesab edilən Şimali Kipr Türk Respublikası müasir təhsil sistemi ilə də dünyaya səs salıb. Ümumiyyətlə, Şimali Kiprdə təhsil sahəsi davamlı olaraq inkişaf edir, hər il bu sahədə yeni-yeni nailiyyətlər əldə olunur. Şimali Kiprdə məktəbəqədər təhsil, ibtidai təhsil və orta təhsilin birinci mərhələsi icbari xarakter daşıyır. Məktəblərin əksəriyyəti dövlət tərəfindən maliyyələşdirilir. Ölkədə dövlət məktəbləri ilə yanaşı, genişləndirilmiş təhsil proqramları təklif edən özəl tədris ocaqları da mövcuddur.

Əlilliyi olan şəxslərin VII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi başa çatıb

29 Noyabr 2016 13:51

Baxış-müsabiqənin qaliblərinə diplom və  mükafatlar təqdim olunub Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq şəraitində təşkil edilən Əlilliyi olan şəxslərin VII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi başa çatıb. Baxış-müsabiqəsində bədii yaradıcılıq növləri üzrə ilk yerlərə layiq görülən şəxslərə  diplom və mükafatların təqdim edilməsi tədbiri olub.

"Mənə desə ki, "kupalnik"də çıx, onu da edərəm" - VİDEO

29 Noyabr 2016 13:49

"Müğənnilər özlərini aldadırlar" "ARB Ulduz"da yayımlanan "Şou-məkan" proqramının növbəti qonağı olan müğənni Roza Zərgərli eksklüziv açıqlamaları ilə yadda qalıb.

"Azəriqaz": Tarif dəyişiklikləri abonentlərin əksəriyyətinə təsir etməyəcək

29 Noyabr 2016 13:40

Azərbaycan əhalisinin 62 faizindən çoxu ildə 1500 kubmetrdən az təbii qaz istehlak edir. Bunu Trend-ə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib.

İranda İŞİD komandiri öldürülüb

29 Noyabr 2016 13:38

İranda İŞİD komandirlərindən biri öldürülüb. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın təhlükəsizlik naziri Mahmud Ələvi deyib.

Noyabrın son günündə Bakıda hava yağmursuz olacaq

29 Noyabr 2016 13:36

Noyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən, yağmursuz olacaq. Axşam buludluluğun artacağı gözlənilir.

Binəqədidə yanan bina ilə bağlı məhkəmədə hakim vəkilə irad bildirib

29 Noyabr 2016 13:35

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Cavid Qurbanov: “Dəmir yollarında da qiymətlər qalxacaq”

29 Noyabr 2016 13:32

“Dəmir yollarında da qiymətlər qalxacaq”. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri, millət vəkili Cavid Qurbanov deyib. Qurum rəhbəri qeyd edib bildirib ki, QSC hər ay işığa görə 1 milyon 300 min manat pul ödəyir. O, vurğulayıb ki, elektrik enerjisinin qiyməti qalxıbsa, dəmir yollarında da qiymət artımı olacaq.

Deputat rusdilli mətbuata etiraz etdi : “Onlara nə ehtiyac var?” 

29 Noyabr 2016 13:32

Deputat Fazil Mustafa parlamentin növbəti plenar iclasında çıxışı zamanı rusdilli media ilə bağlı kəskin narazılığını bildirib. “Olaylar”ın xəbərinə görə, o, ilk öncə “MİR” telekompaniyası ilə bağlı iradlarını səsləndirib: “MİR” telekanalı Azərbaycanda da yayımlansa da, bir dəfə də olsun onun efirində bizim ağrılı problemlərimizdən danışılmır. Baxmayaraq ki, kanalı biz maliyyələşdiririk. Bir dəfə olsun ki, orada Qarabağ, Xocalı ilə bağlı süjetlərin getdiyini görmürük.

Diferensiallaşma elektrik enerjisi və qazdan adi qaydada istifadə edən vətəndaşlara təsir göstərməyəcək

29 Noyabr 2016 13:30

Tarif (qiymət) Şurasının son qərarı ilə diferensiallaşdırmada hər bir vətəndaşın və ailənin elektrik enerjisindən və təbii qazdan istifadəsi, mövcud tariflərlə istehlak limiti nəzərə alınıb. Bu barədə Trend-ə ekspert Arzu Nağıyev deyib.

Yüksək vəzifəli məmurlar hadisə yerində

29 Noyabr 2016 13:27

Xəbər verdiyimiz kimi, bu gecə Nizami rayonunda baş vermiş dəhşətli yanğın zamanı bir ailə - ata, ana və 2 azyaşlı uşaq həlak olub.

Hicabla gözəllik müsabiqəsində

29 Noyabr 2016 13:25

Amerikanın Minnesota əyalətində gözəllik müsabiqəsi keçirilib. Müsabiqəyə qatılan 19 yaşındakı Halime Aden adlı iştirakçı hər kəsi təəccübləndirib. Belə ki, adı çəkilən xanım yarışa hicablı geyimlərlə qatılıb. Müsabiqənin aparıcısı gözəllik yarışmasında ilk dəfədi ki,  hicablı xanımın gördüyünü gizlətməyib. Gözəllik yarışmasında çimərlik geyimləri olan hissəsində xanım Aden bağlı, hicablı geyimlə çıxış edib.