Diferensiallaşma elektrik enerjisi və qazdan adi qaydada istifadə edən vətəndaşlara təsir göstərməyəcək

Tarif (qiymət) Şurasının son qərarı ilə diferensiallaşdırmada hər bir vətəndaşın və ailənin elektrik enerjisindən və təbii qazdan istifadəsi, mövcud tariflərlə istehlak limiti nəzərə alınıb. Bu barədə Trend-ə ekspert Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, məqsəd ondan ibarətdir ki, hər kəs öz gəlirinə uyğun olaraq istifadə etdiyi elektrik enerjisi və digər kommunal xərcləri ödəsin:

"Bu qərar ola bilsin ki, müəyyən qədər qiymət fərqinə gətirib çıxarsın. Amma dəyişiklik insanların büdcəsinə uyğun olaraq istifadə etdiyi kommunalın müvafiq bölünməsindən ibarətdir. Diferensiallaşma elektrik enerjisi və qazdan adi qaydada istifadə edən vətəndaşlara təsir göstərməyəcək".

Ekspert əlavə edib ki, hökumətin sosial xidmətlərə görə tarif siyasəti əhalinin potensial imkanları nəzərə alınmaqla, vətəndaşların və dövlətin maraqlarının müdafiəsi prinsipi üzərində qurulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31