Özcan Dənizlərə “qurban olan” azərbaycanlı qızlar

Şou-biznesdə baş verən iyrənc olaylar cəmiyyətə təsirsiz ötüşməyib. Xüsusən, gənclərimiz şou-biznes əhlinin çaldığı hava ilə oynamaqla kifayətlənməyərək bir az da uzağa getməklə onların təlxəyi olmağa meyilləniblər. Vaxtilə özünü Koroğlu, Babək, Nəbi, Higar, Həcər, Natəvana bənzətmək duyğusu ilə böyüyən oğul və qızlarımız indi Faiq Ağayev, Samir Bağırov, Röya Ayxan, Elza Seyidcahan kimi şou əcaiblərinə bənzəmək istəyirlər. Yad ideologiya iliyimizə o qədər işləyib ki, bir sıra gənclərimiz canlarını əcnəbi sənət adamları üçün fəda etməyə hazır kamikadzeyə çevrilblər.

Şou-biznesdə baş verən iyrənc olaylar cəmiyyətə təsirsiz ötüşməyib. Xüsusən, gənclərimiz şou-biznes əhlinin çaldığı hava ilə oynamaqla kifayətlənməyərək bir az da uzağa getməklə onların təlxəyi olmağa meyilləniblər. Vaxtilə özünü Koroğlu, Babək, Nəbi, Higar, Həcər, Natəvana bənzətmək duyğusu ilə böyüyən oğul və qızlarımız indi Faiq Ağayev, Samir Bağırov, Röya Ayxan, Elza Seyidcahan kimi şou əcaiblərinə bənzəmək istəyirlər. Yad ideologiya iliyimizə o qədər işləyib ki, bir sıra gənclərimiz canlarını əcnəbi sənət adamları üçün fəda etməyə hazır kamikadzeyə çevrilblər. Ulduz pərəstişkarlığı elə bir xəstəlik həddinə çatıb ki, gənclərimiz ələ düşən istənilən əcnəbi "sənətçisi" ilə istənilən pozada selfi çəkdirməyə hazırdır. Təki buna məkan və imkan olsun. Tərslikdən də son vaxtlar ölkəmizə stili, perfomansı, geyimi, səhnədə soyunaraq lüt-üryan halda poza verməsilə ad çıxaran cinsi naməlumların axını çoxalıb. Düzdür, Azərbaycana dünya şöhrətli sənətçilərin də səfəri azlıq təşkil etmir. Ancaq etiraf edilməlidir ki, belələrinin qarşılanma mərasimi ədəb-ərkanla edilir, səhnədə bölüşdükləri sənət nümunələri diqqətlə izlənilir. Yəni, əsil sənətə qiymət verilir. Bu isə o deməkdir ki, Azərbaycan xalqı zəngin mədəniyyətə malik olmaqla yanaşı, dünya incilərinə də qiymət verməyi bacarır. Təəssüf ki, bir kəsim gənclik var ki, əcnəbi "fanatlarını" gördükdə əndazədən çıxmış olurlar. Onlar üçün bu ulduzun erməni, holland, ingilis millətin nümayəndəsinin olması şərt deyil. Vacib olan odur ki, həmin ulduz sənətçi ilə şəkil çəkdirib instaqrama yerləşdirsin. Bundan ötrü nə oyunlardan çıxmırlar, hansı baryerləri aşmırlar. Təsəvvür edin ki, hələ yetkinlik yaşına çatmayan qızlarımız ən güclü mühafizə ilə təmin olunmuş sənətçilərin sipərini bir həmləyə yarıb keçməyə qadirdirlər. Lap körpəlikdə "bənövşə, bəndə düşə" oyununda olduğu kimi. Ancaq indi hədəf, məqsəd və obyekt tamam başqadır. Uşaq duyğularından çox uzaq, gənclik arzularından xeyli kənar. Bu yazını yazmaq "təbi" Nizami Kino Mərkəzində baş tutan "İkinci şans" adlı türk filminin qala gecəsində yaşanan maraqlı anlara baxdıqdan sonra gəldi. Gecədə baş rollarda oynayan Özcan Dəniz və aktrisa Nurgül Yeşilçay gala gecəsində iştirak edib. Filmin rejissoru da olan Özcan Dənizi sevənləri Bakıda coşğu ilə qarşılayıb. Xüsusilə, qız fanatları Özcan Dənizə çətin anlar yaşadıb. Təsəvvür edin ki, qızlar Özcan Dənizlə şəkil çəkdirmək üçün necə yalvarır, əldən-ayaqdan gedir, bir sözlə əriyib suya dönürlər. "Qurban olum, mənimlə şəkil çəkdir" yalvarışı adamın ürəyini dağlayır. Ancaq nə etmək olar ki, sənət adamları adətən boğazdan yuxarı olduqlarından belə yalvarışlara rəğmən dəmirdən də möhkəm olurlar. Axı onlar səhnədə olduqları kimi həyatda da mütrüflük etməyi bacarırlar. Xatırladaq ki, bu kimi hallar Avrovision, Formula 1 yarışları zamanı da təkrar olunmuşdu. Belə halda düşünürsən, axı niyə gözəlliyi, namusu, isməti və ən nəhayət milli mentalitetə bağlılığı ilə ad çıxaran azərbaycanlı qızlar türkün, hollandın, lap elə yerli sənətçilərin qucağında şəkil çəkdirməlidir? Düzdür, hər bir gənc hansısa ulduz sənətçinin fanatı ola bilər. Ona öz sevgisini müxtəlif üsullarla ehtiva edə bilər. Olmaz ki, belə üsullar, belə şəkillər mədəni, etikaya uyğun şəkildə tirajlansın. Axı millətin adına ləkədir göbəyi, sinəsi açıq qızların əcnəbi sənətçilər qarşısında alçalması. Hələ ağ vərəq kimi təmiz olan bu qızcığazlar dərk etmirlər ki, onlar öz qiymətlərini bilməsələr heç kim onları başının tacı etməyəcək. Əksinə, onlardan istifadə edib ayaq altına atacaqlar. Deməli, artıq ayılmaq, özünə gəlmək, kimliyini dərk etmək vaxtı çatıb. 

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31