Gündəm
"Bakı İrəvanla deyil, Moskva ilə danışıqlara başlamalıdır"
"Bakı İrəvanla deyil, Moskva ilə danışıqlara başlamalıdır". SİA-nın xəbərinə görə, bunu millət vəkili Asim Mollazadə Milli Məclisin bugünkü iclasında cari məsələlər müzakirə olunarkən deyib.
Dərmanlarla bağlı yeni qaydalar təsdiq olundu
Azərbaycanda dərman vasitələrinin reklamı məhdudlaşdırılır. Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dərman vasitələri haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Elektrik enerjisi qiymətinin artması "Azercell"in tariflərinə təsir etməyəcək
Elektrik enerjisi qiymətlərinin artımı "Azercell" şirkətinin tariflərinə təsir göstərməyəcək. Trend-in məlumatına görə, bunu bu gün jurnalistlərə şirkətin prezidenti Vahid Mürsəliyev deyib.
Azərbaycanda yeni orden təsis olundu
Azərbaycanda Əmək ordeni təsis edildi Azərbaycanın inkişafında müstəsna əməkləri olan şəxslərin mükafatlandırılması ilə bağlı ali mükafat – orden təsis olundu. Milli Məclisin iclasında “Əmək” ordeni təsis edilməsi ilə bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik müzakirə edilib Qanun layihəsi barədə məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki.
Cavid Qurbanov: “Onu mənə də deyin verək prokurorluğa, tutduraq”
Bakı Beynəlxalq Hava limanına çəkiləcək yeni dəmir yolu ilə bağlı detallar müəyyən olunub. Bunu Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov deyib. C.Qurbanov söyləyib ki, hava limanına dəmir yolu çəkmək üçün investisiya lazımdır: “Hava limanına dəmir yolunun çəkilməsini ya investisiya hesabına emtəliyik ya da biz pul qazanıb çəkməliyik. Bu, maliyyə vəziyyətinə görə hələ qalıb”. O bildirib ki, hava limanına çəkiləcək yeni dəmir yolu Bakının Binə qəsəbəsindəki dəmir yol hissəsindən götürüləcək: “AZAL-la artıq ilkin razılaşdırmalar aparmışıq. Əslində hava limanına 2,5 kilometr yol çəkilməlidir.
Ermənistanda həkimlərin səhvi nəticəsində hərbçi I qrup əlil olub
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın iş otağına bomba qoyulduğu haqqında hüquq-mühafizə orqanlarına məlumat verən keçmiş hərbçi David Akopyan azadlığa buraxılıb.
Qiymət artımını doğuran səbəblər
Pərviz Heydərov: “Təbii qazın qiymətinə sonuncu dəfə 3 il bundan qabaq – 2013-cü ildə baxılmışdı” “Ötən müddət ərzində əhalinin maaş və pensiyalarında da cüzi də olsa artımlar baş verib” Məlum olduğu kimi noyabrın 28-də Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının iclası keçirilib..İclasda təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb. Şuranın iclasında həmçinin, yeni dərman vasitələrinin satış qiymətləri təsdiq edilib, indiyədək təsdiq olunmuş dərman vasitələrinin qiymətləri manatın hazırkı məzənnəsinə uyğunlaşdırılıb.
Dünyanı şoka salan təyyarə qəzası haqda SON MƏLUMAT - YENİLƏNİB - VİDEO
Milli.Az haberler.com-a istinadən xəbər verir ki, Braziliyanın "Chapecoense" futbol komandasının futbolçularını aparan təyyarənin qəzaya uğraması nəticəsində 72 sərnişin, 9 ekipaj üzvündən 76 nəfər həyatını itirib, 5-i sağ qalıb.
Qəlyanların reklamı qadağan olunur
Tütün və tütün məmulatını alanlara hədiyyə qismində digər əmtəənin təklif edilməsi qadağan edilir. “Olaylar” xəbər verir ki, Milli Məclisin plenar iclasında "Tütün və tütün məmulatı haqqında" qanuna dəyişiklik edilib.Dəyişikliyə əsasən tütün məmulatlarının satışında həvəsləndirmə üsulları məhdudlaşdırılır. Belə ki, "Tütün və tütün məmulatı haqqında" qanuna dəyişikliyə əsasən tütün və tütün məmulatını alanlara hədiyyə qismində digər əmtəənin təklif edilməsi qadağan edilir. Həmçinin tütün və tütün məmulatının və onun ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanların reklamı qadağan edilir. Digər dəyişikliyə əsasən isə tütün və tütün məmulatı istehsalı və ya satışı ilə məşğul olan şəxslər "Reklam haqqında" qanunun 13.4 və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməzlər. Layihə səsverməyə çıxarılaraq qəbul olunub.
Süni qidaların reklamı qadağan edildi
Süni qida məhsullarının rekalamı qadağan olunur. Bu məsələ “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” qanun layihəsində nəzərdə tutulan dəyişiklikdə öz əksini tapıb.
Əflatun Amaşov: “Hər 10 reklamdan 8-i əcnəbi dildədirsə ...”
“Bu gün Milli Məclisə gələndə, yalnız bir yaşayış binasında 10 reklam və mağazaların adı yazılmış lövhələr gördüm. Səkkizi Azərbaycan dilində deyildi, qalanlar da bank və apteklə bağlı idi. Biz bu kimi nümunələri hər gün görürük. Mən əcnəbi sözlərin dilimizə daxil olmasının qəti əleyhdarı deyiləm. Həm də hesab edirəm ki, bu, dilimizin inkişafına müsbət təsir göstərir, onu zənginləşdirir. Ancaq məsələyə həssas yanaşmaq lazımdır”. Bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Milli Məclisin iclasında deyib.
“Bakcell”in “BakuTel 2016” stendində texnologiya, əyləncə və idman bir arada
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti 29 noyabr- 2 dekabr tarixlərində keçiriləcək “BakuTel 2016” sərgisinin iştirakçısıdır. Hər il olduğu kimi bu il də şirkət öz stendində sərgini ziyarət edənləri böyük məmnuniyyətlə qarşılayır və özünün ən son texnologiyalara əsaslanan xidmət və məhsullarını nümayiş etdirir.
"Azəriqaz": Bu itkilər abonentlərə daha keyfiyyətli xidmət göstərilməsini mümkünsüz edirdi
"Son illərdə aparılan qazlaşdırma işləri nəticəsində Azərbaycanda təbii qaz abonentlərinin sayı üç dəfəyə yaxın artaraq təqribən iki milyon nəfərə çatıb. 2016-ci ilə qədər qüvvədə olan tariflərə əsasən, ölkə daxilində təbii qazdan əldə edilən mənfəət ən aşağı səviyyədə müəyyən edilib".
Sosial şəbəkə dərdi
Həyatımızın bir parçası olan sosial şəbəkələrdən istifadə edənlərin yaş həddi müxtəlifdi. Məktəblidən tutmuş, yaşlı nəslə qədər.Yaş həddinin müxtəlif olduğu bu “aləm”də, təbii ki, paylaşımlar da çox zaman müxtəlif səpkidə olur. Dostlarımızdan bizə daha yaxın olan bu şəbəkələrdə dərdimizi, sevincimizi çox rahatlıqla bölüşürük. Əhvalımızı ərz edəcək iki –üç status, bir –iki şəkil qoyduqmu, hər şey tamamdı. Halımıza acıyan dostların təsəlli tipli şərhləri, sevincimizə şərik olanların təbrikləri bizi “rahatladır”. Şəxsi tanışlıq olmadan belə, yalnız sosial şəbəkədən qarşı tərəfi diqqətlə izləməklə, şəxsin həyatında nələrin baş verdiyini – həyat yoldaşı və ya sevgilisi ilə sonuncu dəfə nə zaman problem yaşadığını, nə vaxt barışdığını, övladının sonuncu dəfə nə zaman xəstələndiyini, hansı həkimin müayinəsindən keçdiyini və kimlərin sağlıq duaları edib, etmədiyini, bu səbəbdən dolayı da şəxsin kimlərdən incidiyini bilmək üçün onun yaxın qohumu, rəfiqəsi olmağa ehtiyac yoxdu.














