Dünyanı şoka salan təyyarə qəzası haqda SON MƏLUMAT - YENİLƏNİB - VİDEO
Milli.Az haberler.com-a istinadən xəbər verir ki, Braziliyanın "Chapecoense" futbol komandasının futbolçularını aparan təyyarənin qəzaya uğraması nəticəsində 72 sərnişin, 9 ekipaj üzvündən 76 nəfər həyatını itirib, 5-i sağ qalıb.
29 Noyabr 2016 14:35 DünyaMilli.Az haberler.com-a istinadən xəbər verir ki, Braziliyanın "Chapecoense" futbol komandasının futbolçularını aparan təyyarənin qəzaya uğraması nəticəsində 72 sərnişin, 9 ekipaj üzvündən 76 nəfər həyatını itirib, 5-i sağ qalıb.
***
İçində aralarında "Chapecoense"nin futbolçuları da olan 72 sərnişin və 9 ekipaj üzvünün olduğu təyyarədən 15 nəfər sağ çıxıb.
Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, La Seha şəhərinin meri Elkin Ospina deyib ki, təyyarə yanacaq çatışmazlığı səbəbindən Medelyin yaxınlığına düşüb.
Yaralılar arasında "Chapecoense"nin 4 futbolçusu da var. Bunlardan ikisi müdafiəçi Alan Ruşel və qapıçı Danilo Porterdir. Onlar xəstəxanaya çatdırılıblar.
***
BBC-nin verdiyi məlumata görə, təyyarənin düşdüyü yer dağlıq və qayalıq ərazidir.
***
Qəzaya düşən futbolçular yola çıxmadan öncə video paylaşdılar.
Milli.Az bildirir ki, Braziliyadakı kiçik şəhər Çapekonun futbol komandası olan "Chapecoense" iki il əvvəl ölkənin birinci futbol liqasına yüksəlmişdi. Associated Press-in məlumatına görə, klub yola çıxmazdan əvvəl San-Paulodakı "Guarulhos" beynəlxalq hava limanında çəkdiyi bir videonu rəsmi Facebook hesabında paylaşıb.
Həmin videonu təqdim edirik.