Sosial şəbəkə dərdi
Həyatımızın bir parçası olan sosial şəbəkələrdən istifadə edənlərin yaş həddi müxtəlifdi. Məktəblidən tutmuş, yaşlı nəslə qədər.Yaş həddinin müxtəlif olduğu bu “aləm”də, təbii ki, paylaşımlar da çox zaman müxtəlif səpkidə olur. Dostlarımızdan bizə daha yaxın olan bu şəbəkələrdə dərdimizi, sevincimizi çox rahatlıqla bölüşürük. Əhvalımızı ərz edəcək iki –üç status, bir –iki şəkil qoyduqmu, hər şey tamamdı. Halımıza acıyan dostların təsəlli tipli şərhləri, sevincimizə şərik olanların təbrikləri bizi “rahatladır”. Şəxsi tanışlıq olmadan belə, yalnız sosial şəbəkədən qarşı tərəfi diqqətlə izləməklə, şəxsin həyatında nələrin baş verdiyini – həyat yoldaşı və ya sevgilisi ilə sonuncu dəfə nə zaman problem yaşadığını, nə vaxt barışdığını, övladının sonuncu dəfə nə zaman xəstələndiyini, hansı həkimin müayinəsindən keçdiyini və kimlərin sağlıq duaları edib, etmədiyini, bu səbəbdən dolayı da şəxsin kimlərdən incidiyini bilmək üçün onun yaxın qohumu, rəfiqəsi olmağa ehtiyac yoxdu.
29 Noyabr 2016 14:13 SosialHəyatımızın bir parçası olan sosial şəbəkələrdən istifadə edənlərin yaş həddi müxtəlifdi. Məktəblidən tutmuş, yaşlı nəslə qədər.Yaş həddinin müxtəlif olduğu bu "aləm"də, təbii ki, paylaşımlar da çox zaman müxtəlif səpkidə olur. Dostlarımızdan bizə daha yaxın olan bu şəbəkələrdə dərdimizi, sevincimizi çox rahatlıqla bölüşürük. Əhvalımızı ərz edəcək iki -üç status, bir -iki şəkil qoyduqmu, hər şey tamamdı. Halımıza acıyan dostların təsəlli tipli şərhləri, sevincimizə şərik olanların təbrikləri bizi "rahatladır". Şəxsi tanışlıq olmadan belə, yalnız sosial şəbəkədən qarşı tərəfi diqqətlə izləməklə, şəxsin həyatında nələrin baş verdiyini - həyat yoldaşı və ya sevgilisi ilə sonuncu dəfə nə zaman problem yaşadığını, nə vaxt barışdığını, övladının sonuncu dəfə nə zaman xəstələndiyini, hansı həkimin müayinəsindən keçdiyini və kimlərin sağlıq duaları edib, etmədiyini, bu səbəbdən dolayı da şəxsin kimlərdən incidiyini bilmək üçün onun yaxın qohumu, rəfiqəsi olmağa ehtiyac yoxdu.
Məktəblilərin paylaşımlarında məqsəd öz məktəb çevrələrində "söz" deyə bilmək gücünü göstərməkdi. Məktəbin gözəl qızının və ya yaraşıqlı oğlanın diqqətini cəlb etmək, özünə bacardığı qədər azad və müstəqil görkəm verməkdi. Bu fikirdə olan məktəblilərin tanımadağı şəxslərin onların izləməsi və ya izləməməsi bir o qədər də önəmli deyil. Məktəbin "cool kollektivi" izləsin, yetər. Bunu yeniyetməlik dövrünə bağlayıb, onları anlamaq olar.
Gənclərin etdikləri paylaşımlar isə nisbətən geniş əhatəlidi. Bəzi gənc xanım və oğlanlanrın paylaşımlarından məqsədləri aydın hiss olunur. Kimisi oxuduğu kitablar, izlədiyi filmlər vasitəsilə intellektual görsənmək istəyir, kimisi isə gecə həyatını paylaşmaqla özünü "müasir" olduğuna inandırır.
Sosial şəbəkə yaradıcıları istifadəçilərin rahatlıqlarını düşünərək,onların nə qədər kompleksli, özəl anlarının nə dərəcədə gizlin olma istəklərini nəzərə alıb, səhifələrini bağlı və ya açıq saxlama hüququnu verir. Amma bəzi "özgüvəni" yüksək olanlarda belə düşüncə formalaşıb ki, əgər hansısa xanımın (və ya əks cinsin) səhifəsi açıqdırsa hər kəs səhifəyə daxil ola bilər, "səmimi" şəkildə ürəyindən keçən hər cür şərhi yaza bilər. Bu özgüvənin nədən və haradan yarandığı isə cavabsız suallar silsiləsindəndi.
Bəzi gənc xanımların paylaşdıqlari rəsm və statuslar o qədər saf, xəyallarla doludur ki, insana "Qirmizi papaqla qurd" nağılını xatırladır. Amma "Maşa və ayı" -nı xatırladan paylaşımlar da az deyil.Təbii ki, xanimların sonsuz məqsədli bu paylaşımlarını anlamaq fərqli istedad tələb edir. Qadın səhifələri isə hər cür saç modelindən, makiyajlı, makiyajsız, uzun, qısa, dar, bol geyimlərə qədər, mətbəx "sərgüzəşt"lərindən səyafət fotolarına qədər anlamlı, anlamsız paylaşımlarla "zəngindi".
Sosial şəbəkələrdə gənc oğlanların paylaşımları demək olar ki, şablon xarakterlidi. Adətən olduqları məkanı, idman zallarındakı görüntüləri, maşınları ilə özlərini "tanıdırlar". Onları izləyən xanımlar rəsmlərdən anladıqları qədəri ilə qarşı tərəfin maddi durumunun hansı səviyyədə olduğunu təxmin edirlər. Əgər, bu durum onları qane edirsə, o zaman həyatlarının əzablı günləri başlanır. Qoyulan hər bir şəkili bəyənməyi, fərqli, maraqlı şərhlər düşünməyi, diqqət çəkməyi özlərinə "borc" bilirlər. Əgər yazılan kometə cavab gələrsə, qarşılıqlı şəkil bəyənmələr olursa, bu o deməkdir ki,"yola davam,qızım". Kulminasiya nöqtəsi və tanışlıq günü isə şəxsi mesaj bölümünə keçən gündən hesablanır. Vaxt ötüb, zaman keçdikdən sonra isə inbox söhbətləri status halını alır. Bu fənddən əsasən xanımlar istifadə edir. Məsələn, iki -üç aylıq yazışmanın sonu ayrılıq və ya münasibətdə soyuqluqla nəticələnərsə, vay həmin xanımın dostluğunda olanların halına. Sağ olsun sosial şəbəkə yaradıcıları. Bizim xanımların kövrək qəlbini, izləyənlərin əsəblərini düşünərək istifadəçilərə "blok et", "dostluqdan çıxart" kimi xidmətlər də təklif edir. Kiminsə sizi izləmədiyini anladıqda inciyib, küsməmişdən öncə paylaşımlarınızın nə qədər bezdirici, yorucu olduğuna bir daha diqqət edin.
Nigar Adil