Qiymət artımını doğuran səbəblər
Pərviz Heydərov: “Təbii qazın qiymətinə sonuncu dəfə 3 il bundan qabaq – 2013-cü ildə baxılmışdı” “Ötən müddət ərzində əhalinin maaş və pensiyalarında da cüzi də olsa artımlar baş verib” Məlum olduğu kimi noyabrın 28-də Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının iclası keçirilib..İclasda təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb. Şuranın iclasında həmçinin, yeni dərman vasitələrinin satış qiymətləri təsdiq edilib, indiyədək təsdiq olunmuş dərman vasitələrinin qiymətləri manatın hazırkı məzənnəsinə uyğunlaşdırılıb.
29 Noyabr 2016 14:39 İqtisadiyyatPərviz Heydərov: "Təbii qazın qiymətinə sonuncu dəfə 3 il bundan qabaq - 2013-cü ildə baxılmışdı"
"Ötən müddət ərzində əhalinin maaş və pensiyalarında da cüzi də olsa artımlar baş verib"
Məlum olduğu kimi noyabrın 28-də Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının iclası keçirilib..İclasda təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb. Şuranın iclasında həmçinin, yeni dərman vasitələrinin satış qiymətləri təsdiq edilib, indiyədək təsdiq olunmuş dərman vasitələrinin qiymətləri manatın hazırkı məzənnəsinə uyğunlaşdırılıb.
Belə ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib. Dövlət Neft Şirkətinin məlumatına əsasən, əhali abonentlərinin 62%-nin illik istehlak həcmi 1500 kubmetrdən aşağıdır və diferensial tariflərin tətbiqi nəticəsində həmin abonentlərin, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrin təbii qaz üzrə ödənişlərində artım olmayacaq.
Əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılmış, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
Bir çoxları Tarif .Şurasının qərarını süngü ilə qarşılasa da, lakin məsələyə sırf iqtisadi prizmadan yanaşan, qiymət artımının qaçılmaz olduğunu vurğulayan ekspertlər də var. İqtisadçı ekspert Pərviz Heydərovun sözlərinə görə, uzun müddət təbii qazın qiymətinin artırılmasına nəzər yetirilmirdi və hazırda buna ehtiyac duyulub: "Təbii qazın qiymətinə sonuncu dəfə 3 il bundan qabaq - 2013-cü ildə baxılmışdı. Həmin ildən təbii qazın pərakəndə satışı 1000 kubmetr üçün 100 manat müəyyən edilmişdi. İşığın qiymətinə isə sonuncu dəfə bu ilin yayında baxılmışdı. Belə ki, 2016-cı il 14 iyul tarixində Tarif (qiymət) Şurasının növbəti iclasında "Azərişıq" ilə "Azərenerji" Açıq Tipli Səhmdar Cəmiyyətlərinin müraciətləri əsasında elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edilmişdi ki, həmin qərara görə, 1 kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik müəyyən olunmuşdu. Buna qədər isə elektrik enerjisinin pərakəndə satış tarifi düz 10 il qabaq - 2007-ci ilin yanvarından 6 qəpik idi". İqtisadçı ekspertin szlərinə görə,, aradan keçən müddət ərzində ölkədə elə bir sahə olmayıb ki, qiymət artımı baş verməsin: "Ən azı manatın dollar qarşısında 2 dəfə devalvasiyaya uğradığını nəzərə almalıyıq. Yəni, məlumdur ki, keçən il - 2015-ci il ərzində Mərkəzi Bank tərəfindən birincisi 34 faiz, ikincisi isə 47 faiz səviyyəsində olmaqla 2 dəfə sərt devalvasiya həyata keçirildi. Gələn ay 2-ci devalvasiyanın 1 ili tamam olacaq.
Qeyd edim ki, devalvasiyalardan əvvəlki dövrlə 1 Amerika dolları=0,78 qəpik olan dövrlə müqayisədə manat dollar qarşısında 120 faizdən çox ucuzlaşıb"1. Pərviz Heydərov onu da vurğulayıb ki, ötən müddət ərzində əhalinin maaş və pensiyalarında da cüzi də olsa artımlar baş verib: "Hazırda inflyasiya 12 faizə yaxındır. Növbəti ildə də sosial istiqamətdə az da olsa müvafiq artımlar həyata keçiriləcək. Yəni, demək istədiyim budur ki, hər şey dəyişir, bahalaşır, istehlak artır. Bizlər isə istəyirik ki, bəzi istiqamətlərdə bu, özünü göstərməsin, baş verməsin. Bu, mümkün deyil axı". İqtisadçı bir məqama da diqqət çəkib və onu təqdir edib. Pərviz Heydərovun sözlərinə görə, Azərbaycanda enerjidaşıyıcıların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi müsbət bir addımdır: "Hələ yaxşı ki, bizdə enerjidaşıyıcıların qiymətləri dövlət tərəfindən tənzimlənir. Bu sahələr özəl olsa idi, necə olacaqdı ?. Təbii ki, sözügedən sahələrdə çatışmayan cəhətlər hədsizdir. Böyük israfçılıq mövcuddur... Lakin bunlar da tədricən, istər-istəməz həllini tapmalıdır və tapacaqdır".
Füzuli