Gündəm
Bakı sakinindən ov tüfəngi götürülüb
Bakı şəhər sakinindən odlu silah götürülüb. Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Surəddin Həsənalıyevdən müvafiq sənədləri olmayan "ZMZ" markalı ov tüfəngi və 4 ədəd patron götürülmüşdür.
Şabranda oğurluğun qarşısı alınıb
Şabran polisi oğurluğun qarşısını alıb. DİN-dən verilən məlumata görə, noyabrın 28-də saat 01 radələrində Şabran dəmiryol stansiyasının ərazisində dayanmış vaqondan 4 ədəd termostat, 3 ədəd manometr, 2 ədəd dolabların qapaqlarını və digər hissələri söküb oğurlamağa cəhd göstərən Şabran şəhər sakinləri Elvin Balabəyov Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.
"Tarif Şurasının qərarı istehlakçıların hüquqlarının müdafiəsinə xidmət edir"
Azərbaycan hökumətinin sosial xidmətlərə görə tarif siyasəti əhalinin potensial imkanları nəzərə alınmaqla, vətəndaşların və dövlətin maraqlarının müdafiəsi prinsipi üzərində qurulub.
Prezident parlamentə amnistiya haqqında qanun layihəsi göndərdi
Qazaxıstanın müstəqilliyinin 25-ci ildönümü ilə əlaqədar olaraq amnistiya haqqında qanun layihəsi parlamentə daxil olub. Publika.az "Kazinform” agentliyinə istinadən xəbər verir ki, bu haqda Qazaxıstan Baş Prokurorluğunun rəsmi nümayəndəsi Nurdilda Oraz bildirib.
Tarif Şurasının son qərarları dövlətin aztəminatlı ailələri nəzərə alması deməkdir
“Tarif (qiymət) Şurasının son qərarları ilk növbədə sosial ədalət prinsiplərinə əsaslanıb və burada əsas məqsədlərdən biri də ölkənin enerji təhlükəsizliyinin təmin olunmasıdır”. SİA-nın məlumatına görə, bunu Trend-ə açıqlamasında SƏS Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru, ekspert Bəhruz Quliyev deyib.
362 nəfər işaxtaran və işsiz vətəndaşın biznes-planı müsbət qiymətləndirilib
Azərbaycan Prezidenti cənab İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına uyğun olaraq, əhalinin özünüməşğulluğunun təmin olunması üzrə proqramın icrası işləri davam etdirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramı üzrə təlim kurslarını bitirmiş işaxtaran və işsiz vətəndaşların biznes-planlarının növbəti qiymətləndirilməsini həyata keçirib.
Saxta avro satışı ilə məşğul olan cinayətkar dəstə saxlanılıb
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.
“Həmsədrlərin dəyişdirilməsi danışıqlar prosesinə təsir etməyəcək”
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin dəyişdirilməsi danışıqlar prosesinə təsir etməyəcək". Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov keçirdiyi brifinqdə deyib.
Başından vurulan erməni əsgər öldü
Ermənistan Müdafiə Nazirliyinin kliniki hospitalında Dağlıq Qarabağda döyüşlər zamanı yaralanan hərbçi Narek Asatryan ölüb. Olaylar.az xəbər verir ki, bu barədə azvision.az "Novosti-Armenia"-ya istinadən xəbər verir.
Ohayo cinayətkarının kimliyi açıqlandı
ABŞ-ın Ohayo ştatında dövlət universitetinə hücum edən şəxsin kimliyi məlum olub. O, Somalidən olan qaçqın Abdul Rəzzaq Əli Artandır. SİA xəbər verir ki, bu barədə BBC News şəhər administrasiyasının məlumatına əsasən yazıb.
Minsk Qrupunun fəaliyyəti səmərəsizdir
Elşən Musayev: “BMT də öz qətnamələrinə sahib çıxa bilmir” Beynəlxalq birliyin, ATƏT-in Minsk qrupunun “səylərinə”, keçirilən danışıqlar və görüşlərə baxmayaraq Dağlıq Qarabağ problemini hələ də həll etmək qeyri-mümkün olaraq qalır. İşğalçı Ermənistanın bir qayda olaraq nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe isə hər ötən gün regionda müharibə riskini artırır.
Dələduzluqda təqsirləndirilən qadın vəkil barəsində cinayət işinin icraatı dayandırılıb
Dələduzluqda təqsirləndirilən vəkil Rəna Həsənli barəsində cinayət işinin icraatı dayandırılıb.
Robert Prosineçki "Qarabağ" - "Qəbələ" matçına proqnoz verib
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki bu gün "Qarabağ" və "Qəbələ" komandaları arasında Premyer Liqanın XIII turu çərçivəsində keçiriləcək oyunla bağlı proqnoz verib.
Azərbaycanda daha bir ölkənin səfirliyi açılır
Cənubi Afrika Respublikasının Azərbaycanda səfirliyi açılacaq. Olaylar.az APA-ya istinadən xəbər verir ki, bunu Cənubi Afrika Respublikasının xarici işlər naziri Maite Nkoana-Maşabane Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
“Gültəkin Hacıbəyli sadəcə eyforiyadadır”
Elşən Musayev: “Həsənli yaşından və başından utanmayaraq AXCP sədrinin oğlu haqda fantastik təriflər deməyi də unutmu” Müsahibimiz Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevin SİA-ya müsahibəsi














