Gündəm

Növbəti diaqnostik qiymətləndirmə Göygöldə keçiriləcək

29 Noyabr 2016 16:15

Dekabrın 2-4-ü tarixlərində Göygöl Olimpiya İdman Kompleksində Göygöl, Şəmkir, Gədəbəy, Samux və Daşkəsən rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Təhsil Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, qiymətləndirmədə qeyd olunan rayonların ümumi təhsil müəssisələrində çalışan 7500 nəfərədək müəllim iştirak edəcək. Ötən il Gəncə şəhəri üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər də Göygöldə keçiriləcək imtahanlara cəlb ediləcəklər. Şuşanın Bərdə rayonunda yerləşən ümumi təhsil müəssisələrinin müəllimləri bu imtahanlarda iştirak edəcəklər. Hər bir müəllim dq.edu.az saytına daxil olaraq “Şəxsi səhifə” bölməsindən qiymətləndirmənin keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilər. Eyni zamanda müəllimlər həmin səhifəyə daxil olmaqla məlumatların dürüstlüyünü yoxlaya bilərlər. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət etmək mümkündür.

Müdafiə naziri Moskvaya gedib

29 Noyabr 2016 16:13

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının noyabrın 30-da keçiriləcək növbəti iclasında iştirak etmək üçün Rusiya Federasiyasının Moskva şəhərinə yola düşüb. “OLAYLAR”-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Müdafiə nazirinin rusiyalı həmkarı ordu generalı Sergey Şoyqu ilə görüşü də planlaşdırılıb. Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın müxtəlif aspektləri, regional təhlükəsizlik məsələləri müzakirə olunacaqdır. Həmçinin Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planının imzalanması nəzərdə tutulub. Bundan əlavə, general-polkovnik Z.Həsənovun bir sıra ölkələrin Müdafiə nazirləri ilə görüşləri də gözlənilir.

Separatizm, terror və ikili standartlar: bəşəriyyət uçurum qarşısında

29 Noyabr 2016 16:11

Bütün dünya Yaxın Şərqdə cərəyan edən hadisələri həyəcanla izləməkdədir. Mütəxəssislər də prosesləri analiz edir və proqnozlar verirlər. Son dövrlərdə meydana o qədər fərqli fikirlər atılır ki, müəyyən mənada milyonlarla insanın faciəvi durumu adi hal kimi qəbul edilir. Sanki insanlığın faciələrə laqeydliyi artır. Bununla yanaşı, yüksək səviyyəli mütəxəssislərin söylədiyi fikirlərdə çox maraqlı, həm də ziddiyyətli məqamlara rast gəlinir.

Bakı Fransanın təklifini dəstəkləyir

29 Noyabr 2016 16:10

Bakı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Fransanın təklif etdiyi 3+2 formatında Hamburqda görüş təklifini dəstəkləyir.

Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi ilə aksiya keçirilib

29 Noyabr 2016 16:08

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Belçikanın Brüssel şəhərində Ermənistanda girovluqda saxlanılan Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi ilə aksiya keçiriblər.

Atasından qalma tüfəngi polisə təhvil verdi

29 Noyabr 2016 16:06

Nardaran sakini ov tüfəngi ni polisə təhvil verib. DİN-dən verilən məlumata görə, Sabunçu rayonunun Nardaran qəsəbə sakini Kitabulla Balağazadə mərhum atasına məxsus müvafiq sənədləri olmayan "TOZ-12" markalı ov tüfəngini könüllü olaraq 42-ci PB-yə təhvil verib. 

21 baş inək oğurlayanlar ələ keçib

29 Noyabr 2016 16:05

Saatlı rayonunda mal-qara oğurluğu ilə məşğul olan şəxslər saxlanıb. DİN-dən verilən məlumata görə, Saatlı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 28-də rayon sakinləri Malikəjdər Mehbalıyevə və Alaslan Xəlilova məxsus 21 baş inəyi oğurlamaqda şübhəli bilinən Azadkənd kənd sakini Şamo Əmirov və Şamaxı rayon sakini Rövşən Məmmədov tutulublar. 

Quzey Kıbrıs QHT-ləri ilə əlaqələr müzakirə edilib

29 Noyabr 2016 16:02

“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal və Demokratik Azərbaycan Naminə İctimai Birliyin (DANİB) sədri Elməddin Behbud Quzey Kıbrıs Türk Cümhuriyyətinin Bakıdakı Təmsilçiliyinin rəhbəri Ufak Arca Turganerlə görüşüblər.

Sidneydə güclü partlayış: 16 yaralı

29 Noyabr 2016 16:00

Avstraliyanın Sidney şəhərində güclü partlayış baş verib. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 16 nəfər yaralanıb. Onlardan biri uşaq olmaqla 5-i yanıq xəsarətı alıb.

Bu ölkədə tursitlərin sayı əhalinin sayından çox olub

29 Noyabr 2016 15:58

Bolqarıstanın turzim nazirinin səlahiyyətlərini icra edən Nikolina Anqelkova bəyan edib ki, bu il ölkəyə gələn turistlərin gəlişinin dinamikası ilin sonuna 8 milyon nəfər çatacaq ki, bu da ölkə əhalisinin sayını keçəcək.

Qəzada ölən futbolçuların pilotla son selfiləri

29 Noyabr 2016 15:57

Təyyarə qəzasında həlak olan futbolçuların hadisədən öncə çəkdirdikləri son foto yayılıb. Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, "Şapekoense" klubunun oyunçuları aviaqəzadan bir neçə saat əvvəl pilotla selfi ediblər. Həmin foto yerli xəbər portallarından birində yayımlanıb.

Keçmiş prezident: "Mənə dedilər ki, qaçanda iqamətgahı yandır..."

29 Noyabr 2016 15:55

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç 2014-cü ilin fevralında Kiyevdə baş vermiş hadisələrlə bağlı aparılan istintaqa sığındığı Rusiyadan videokonfransla ifadə verir.

Çayxanada qumar oynayanlar tutulublar

29 Noyabr 2016 15:53

Tərtərdə qumarxanaya çevrilmiş çayxana aşkar edilib. DİN-dən verilən məlumata görə, Tərtər RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yuxarı Qapanlı kəndi ərazisində kənd sakini Əbdüləli Nəcəfova məxsus çayxanada həmkəndliləri Koroğlu Əhlimanlı, Ceyhun Muxtarov və Aqil Quliyev qumar oynadıqları üçün saxlanılıblar. 

230 il həbs

29 Noyabr 2016 15:52

Türkiyənin Diyabəkir bölgəsinin baş hakimi tərəfindən haqqında cinayət işi açılaraq həbs olunan Böyükşəhər bələdiyyə rəhbəri Gültan Kışanaka 230 il həbs tələb olunub. O “Silahlı terror dəstəsi yaratmaq və idarə etmək”, həmçinin   41 dəfə “Terror məqsədli qarşıdurma təşkil etməkdə”  günahlandırılır.

Gəncə şəhərinin simvolunu oğurlayanlar saxlanılıb

29 Noyabr 2016 15:50

Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 27-də Gəncə şəhər mənzil-kommunal təsərrüfatı istehsalat birliyinin həyətindən latundan hazırlanmış Gəncə şəhərinin simvolunu oğurlamaqda şübhəli bilinən şəxslər saxlanıb. DİN-dən verilən məlumata görə, araşdırma zamanı onların şəhər sakinləri, əvvəllər məhkum olunmuş Rəşid Əliyev, Teymur İsgəndərov, Sərxan İsgəndərov, Elnur Əliyev, Elxan İsgəndərov və Asif İsgəndərov olduqları müəyyən edilib.