230 il həbs
Türkiyənin Diyabəkir bölgəsinin baş hakimi tərəfindən haqqında cinayət işi açılaraq həbs olunan Böyükşəhər bələdiyyə rəhbəri Gültan Kışanaka 230 il həbs tələb olunub. O “Silahlı terror dəstəsi yaratmaq və idarə etmək”, həmçinin 41 dəfə “Terror məqsədli qarşıdurma təşkil etməkdə” günahlandırılır.
29 Noyabr 2016 15:52 DünyaTürkiyənin Diyabəkir bölgəsinin baş hakimi tərəfindən haqqında cinayət işi açılaraq həbs olunan Böyükşəhər bələdiyyə rəhbəri Gültan Kışanaka 230 il həbs tələb olunub. O "Silahlı terror dəstəsi yaratmaq və idarə etmək", həmçinin 41 dəfə "Terror məqsədli qarşıdurma təşkil etməkdə" günahlandırılır.
25 oktyabrda şübhəli şəxs qismində dindirildikdən sonra 30 oktyabrda həbs olunan, Daxili İşlər nazirliyi tərəfindən tutduğu vəzifədən azad edilən, yerinə müavini təyin olunan Gültan Kışanakın Cumhuriyyət hakimi tərəfindən hazırlanan iddianaməsi Diyarbəkir 8 - ci Ağır Cəza məhkəməsi tərəfindən qəbul olunub.
Məhkəmə "Silahlı terror dəstəsi yaratmaq və idarə etmək" və 41 dəfə "Terror məqsədli qarşıdurma təşkil etməkdə" günahlandırılaraq 230 ilə qədər həbs cəzası istənilib. Hakim tərəfindən hazırlanan 21 səhifəlik iddiada Gültan Kışanakın millət vəkili olduğu zaman 8 mart dünya qadınlar günündə, 21 mart Novruz bayramında, 2012 - ci ildə həbsxanalardakı aclıq aksiyalarına diqqət çəkmək üçün təşkil olunan mitinqlərdəki çıxışı , fəaliyyəti dövründə mətbuata verdiyi bütün açıqlamaları, bələdiyyə rəhbəri olduğu zaman Silvan, Sur, Cizrə, Nusaybin və Şırnakda küçəyə çıxma qadağaları və digər mitinlərdəki çıxışları araşdırılır.