Gündəm

Başına mükafat qoyulan terrorçu öldürüldü

29 Noyabr 2016 16:51

Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində 5 PKK terrorçusu öldürülüb. Olaylar.az publika.az-a istinadən xəbər verir ki, öldürülən terrorçulardan biri PKK-nın Mardin vilayəti üzrə "nümayəndəsi" olan Seyid Reşo kod adlı Hasan Turandır.

Konstitusiyaya dəyişikliklər layihəsi parlamentə göndərilir

29 Noyabr 2016 16:50

Türkiyə Konstitusiyasına dəyişikliklərin layihəsi yaxın günlərdə ölkə parlamentinə təqdim olunacaq.

Sabunçu-Ramana avtomobil yolunun tikintisinə başlanlıb

29 Noyabr 2016 16:48

Bakı şəhərinin Sabunçu rayonunun Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən müvafiq işlərə başlanılıb. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki.  sözügedən avtomobil yolu uzun müddət təmir olunmadığı üçün deformasiyaya uğramış və dağılmış hissələr yaranmışdı.

İstanbulda VII  Boğaz Zirvəsi keçirilir

29 Noyabr 2016 16:45

Şimali Kipr Türk Respublikasının Prezidenti Mustafa Akıncı Beynəlxalq Əməkdaşlıq Platforması tərəfindən təşkil edilən sayca  Boğaz Zirvəsinə qatılmaq üçün Türkiyəyə səfər edib. Şimali Kipr prezidentinin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki,  Prezident Mustafa Akınçı VII  Boğaz Zirvəsinin açılış mərasimində "Qlobal Gələcək, Qlobal Hədəflər" mövzusunda çıxış edəcək. Prezident Akıncı İstanbula səfəri çərçivəsində  Kipr Türk teatrı sənətçisi Hüseyn Koroğlunun  "Qanadsız Göyəreçinlər" tamaşasını da izləyəcək. 

Binəqədidə təlim keçirilib

29 Noyabr 2016 16:43

“Məcburi köçkünlük şəraitində qadınların səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində Binəqədi rayonunda təlim keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, təlimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis və s. iştirak edib. Təlimi açıq elan edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov təlimin proqramı haqqında geniş məlumat verib.

Vüqar Qədirov: “Tarif Şurasının qərarı sosial ədalət prinsipinin təmin olunması baxımından ədalətli qərardır”

29 Noyabr 2016 16:42

“Tarif Şurasının qərarı sosial ədalət prinsipinin təmin olunması baxımından ədalətli qərardır”. Bunu SİA-ya açıqlamasında Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov bildirib.

Sədaqət Vəliyeva: “Azərbaycan dövlətinin prioriteti insanların yüksək rifah içərisində yaşamasıdır”

29 Noyabr 2016 16:41

“Bu gün anti-Azərbaycan şəbəkəsinin siyasi direktivlərilə hərəkət edən bəzi qruplar Tarif Şurasının qərarı ilə manipulyasiya edərək ictimai fikirdə çaşqınlıq yaratmağa çalışır. Xüsusilə də, sosial şəbəkələrdə radikal müxalifət nümayəndələri saxta profillər vasitəsilə “kütləvi narazılıq fonu” yaratmağa cəhd göstərir. Lakin sadə Azərbaycan vətəndaşlarının onlara verdikləri cavablardan bəlli olur ki, bu gün hər bir azərbaycanlı cənab Prezident İlham Əliyevə inanır və onun addımlarını dəstəkləyir”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Rusiyalı elm adamları AzTU-da olublar

29 Noyabr 2016 16:40

Noyabrın 29-u Rusiya Federasiyası Kalaşnikov adına İjevsk Dövlət Texniki Universitetinin rektoru, professor Boris Yakimoviç və Dağıstan Dövlət Texniki Universitetinin nümayəndələri Elena Pavlyuçenko, Aida Fatullayeva, İzmet Meylanov və Nadir Sanaev Azərbaycan Texniki Universitetində (AzTU) olublar. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, AzTU-nun rektor əvəzi Xalıq Yahudov qonaqlara rəhbərlik etdiyi ali təhsil ocağı haqqında geniş məlumat verərək bildirib ki, Azərbaycanda texniki sahənin inkişafı bu gün prioritet sahədir.

Aydın Quliyev: “Əhalinin istehlak təlabatının həddi nəzərə alınıb”

29 Noyabr 2016 16:36

“Tarif Şurasının son qərarı cəmiyyətdə birmənalı qarşılanmasa da, müəyyən nüansları var ki, ədalətli yanaşma baxımından ona mütləq nəzər yetirilməlidir”. Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib.

Kim Çenin geyim siyasəti

29 Noyabr 2016 16:35

Dünyanın hər yerində siyasətçilərin geyimləri diqqət çəkir. Araşdırmalara görə dünyada geyimi ilə diqqət çəkən siyasətçilərdən biri də Şimali Koreya prezidenti Kim Çen Indı.  Ölkəsində dəblə geyinən biri kimi tanınan Kim Çen, ən çox qara rəngə üstünlük verir. “ Hirsli biri” mənasını verən “Ambition” adlı saç modeli yalnız ona məxsusdu.

Bülənt Ərsoy üzr istədi

29 Noyabr 2016 16:34

Türkiyədə yayımlanan verlişlərin birin də qonaq olan Hülya Avşarın bacısı Helin Avşar anası Emral Avşarla yaxın münasibəti olmasına baxmayaraq, onun yas mərasimində iştirak etməyən Bülənt Ərsoyu heç vaxt bağışlamayacağını bildirib. Verliş canlı yayımlandığından Bülənt Ərsoy telefon əlaqəsi yaradıb. Telefonda “İllər öncə etdiyim bu hərəkətin məni narahat etdiyini söyləmişdim.

Obamanı təhqir edən prezidenti öldürmək istədilər

29 Noyabr 2016 16:33

Naməlum şəxslər Filippin prezidenti Rodriqo Dutertenin kortejinin keçdiyi ərazidə partlayıcı qurğunu işə salıb.

Mübariz Əhmədoğlu: “Uorlik ermənilərə xidmət etdiyini sübut etdi” 

29 Noyabr 2016 16:19

“Amerikalı həmsədr, səfir Ceyms Uorlikin “tvitter” hesabında yazdığından bəlli olur ki, o özünə yeni iş tapıb, ATƏT-in Minsk Qrupunda həmsədr vəzifəsindən və 30 il xidmət etdiyi ABŞ Dövlət Departamentindən uzaqlaşır. Səfir işləmiş Amerika diplomatının iş yerini Rusiya şirkətinə dəyişməsi Amerikanın Dövlət Departamentində eləcə də Amerika dövlət məmurlarında hökm sürən ab-havanı başa düşməyə müəyyən qədər əsas yaradır”. Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Uşaqlar arasında xəstəliklərlə bağlı vəziyyət açıqlandı - Təhlükə varmı?

29 Noyabr 2016 16:17

Azərbaycanda uşaqlar arasında bu il mövsümi xəstəliklərlə bağlı elə ciddi bir təhlükə yoxdur. Konkret virus, bakterial xəstəliyin epidemiyası mövcud deyil.

“Rusiya ermənilər i ağıllandırmalı idi”

29 Noyabr 2016 16:16

Deputat: “Amma Sarkisyan əmindir ki, onun ərazisi zərbədən sığortalanıb” Noyabrın 29-da Milli Məclisin növbəti plenar iclası keçirilib. Cari məsələlər üçün ayrılan vaxt ərzində millət vəkilləri Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki mövqeyinə aydınlıq gətiriblər. Millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, Rusiyanın münaqişənin həllindəki vasitəçiliyi Azərbaycanla münasibətləri uyğun gəlmir. Azərbaycan Rusiya ilə münasibətlərin yüksək səviyyədə qaldırmaq üçün əlindən gələni edir. Amma nə belə vasitəçi, nə də strateji tərəfdaş olmaz: “Ona görə də biz Milli Məclis, hökumət olaraq Rusiyaya açıq şəkildə müraciət etməliyik. Əgər Rusiya Ermənistanı bu cür formada dəstəkləyəcəksə, işğalın davam etdirilməsinə şərait yaradacaqsa, o zaman biz Rusiya ilə münasibətlərə yenidən baxmalıyıq.