Sabunçu-Ramana avtomobil yolunun tikintisinə başlanlıb

Bakı şəhərinin Sabunçu rayonunun Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən müvafiq işlərə başlanılıb. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki.  sözügedən avtomobil yolu uzun müddət təmir olunmadığı üçün deformasiyaya uğramış və dağılmış hissələr yaranmışdı.

Bakı şəhərinin Sabunçu rayonunun Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq "Azəravtoyol" ASC tərəfindən müvafiq işlərə başlanılıb. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki.  sözügedən avtomobil yolu uzun müddət təmir olunmadığı üçün deformasiyaya uğramış və dağılmış hissələr yaranmışdı. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində problemlər yaradırdı. Üstəlik bəzi ərazilərdə piyada səkilərinin olmaması vətəndaşların normal və təhlükəsiz hərəkətinə maneə törədirdi. Avtomobil yolunun tikintisi ilə bu problemlər köklü şəkildə aradan qaldırılır. Sabunçu-Ramana avtomobil yolunun uzunluğu 5.7 km, mövcud eni isə 7-8 metr arası dəyişir. Layihəyə uyğun olaraq yol 10 metrə qədər genişləndirilərək 2 hərəkət zolağından ibarət olacaq. Hazırda vətəndaşların avtomobil yolunun kənarı ilə normal və təhlükəsiz hərəkəti üçün zəruri olan yerlərdə 1.5 metr enində piyada səkilərinin tikintisi və yol boyu yeni səki daşlarının düzülməsi işləri aparılır. Buna paralel olaraq tikinti layihəsi çərçivəsində hazırda yol boyu zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, daha sonra karbonat materialı tökülərək yenidən kipləşdirilir. Bundan başqa optimal qırmadaş qarışığından ibarət əsasın inşası aparılaraq yolun hərəkət hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilir və hazır hissələrə 2 qat olmaqla  yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Ümumilikdə yolun 60 min m2 ərazisinin asfaltlanması nəzərdə tutulub.

Qeyd edək ki,  Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə 2 yaşayış məntəqəsinin 44 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq, yük və sərnişin daşıması yaxşılaşacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31