Rusiyalı elm adamları AzTU-da olublar

Noyabrın 29-u Rusiya Federasiyası Kalaşnikov adına İjevsk Dövlət Texniki Universitetinin rektoru, professor Boris Yakimoviç və Dağıstan Dövlət Texniki Universitetinin nümayəndələri Elena Pavlyuçenko, Aida Fatullayeva, İzmet Meylanov və Nadir Sanaev Azərbaycan Texniki Universitetində (AzTU) olublar. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, AzTU-nun rektor əvəzi Xalıq Yahudov qonaqlara rəhbərlik etdiyi ali təhsil ocağı haqqında geniş məlumat verərək bildirib ki, Azərbaycanda texniki sahənin inkişafı bu gün prioritet sahədir.

Noyabrın 29-u Rusiya Federasiyası Kalaşnikov adına İjevsk Dövlət Texniki Universitetinin rektoru, professor Boris Yakimoviç və Dağıstan Dövlət Texniki Universitetinin nümayəndələri Elena Pavlyuçenko, Aida Fatullayeva, İzmet Meylanov və Nadir Sanaev Azərbaycan Texniki Universitetində (AzTU) olublar. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, AzTU-nun rektor əvəzi Xalıq Yahudov qonaqlara rəhbərlik etdiyi ali təhsil ocağı haqqında geniş məlumat verərək bildirib ki, Azərbaycanda texniki sahənin inkişafı bu gün prioritet sahədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə sənayenin inkişafı və xüsusilə texniki sahədə elmi potensialın genişləndirilməsi üçün vacib addımlar atıldığını qeyd edən, rektor əvəzi rusiyalı elm adamlarına Universitetdə yaradılan yeni laboratoriyalar, tədris mərkəzləri, kitabxana və digər yeniliklərdən danışıb. Xalıq Yahudov bildirib ki, AzTU-nun yüksəkixtisaslı mühəndis kadrların hazırlığı sahəsindəki fəaliyyəti və uğurlu beynəlxalq əlaqələr təcrübəsi Rusiya ali məktəbləri ilə təhsil, elmi-tədqiqat və akademik mübadilələr sahəsində geniş əməkdaşlıq imkanı yaradır. Görüş zamanı hər iki universitet nümayəndələri AzTU-ilə əməkdaşlıq etmək niyyətində olduqlarını bildiriblər və gələcəkdə görüləcək işlərin müzakirəsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31