Bülənt Ərsoy üzr istədi

Türkiyədə yayımlanan verlişlərin birin də qonaq olan Hülya Avşarın bacısı Helin Avşar anası Emral Avşarla yaxın münasibəti olmasına baxmayaraq, onun yas mərasimində iştirak etməyən Bülənt Ərsoyu heç vaxt bağışlamayacağını bildirib. Verliş canlı yayımlandığından Bülənt Ərsoy telefon əlaqəsi yaradıb. Telefonda “İllər öncə etdiyim bu hərəkətin məni narahat etdiyini söyləmişdim.

Türkiyədə yayımlanan verlişlərin birin də qonaq olan Hülya Avşarın bacısı Helin Avşar anası Emral Avşarla yaxın münasibəti olmasına baxmayaraq, onun yas mərasimində iştirak etməyən Bülənt Ərsoyu heç vaxt bağışlamayacağını bildirib. Verliş canlı yayımlandığından Bülənt Ərsoy telefon əlaqəsi yaradıb. Telefonda "İllər öncə etdiyim bu hərəkətin məni narahat etdiyini söyləmişdim. Bunu Hülya Avşarada demişdim. Hülyaya qarşı yeganə bir hərəkətim düzgün olmayıb.  Haqqınızı mənə halal edin. Ananızın mənim üçün hər zaman əzizdi. Çox gözəl insan idi. Hər zaman mənim yaxın dostum olub. Bu səhvi necə etdim, bilmirəm. Həmin vaxtlar Hülya ilə aramda bir inciklik var idi. Amma bu onunla mənim aramda idi. Mən dostuma son borcumu ödəməli idim. Amma bunu edə bilmədim. Bu səhvim məni hər zaman narahat edir. Ona görə Helindən incimirəm. Hülyaya zəng edib üzr istəmişdim. İnşallah anaları da mənə haqqını halal edər."- deyib. Onun bu sözləri Helen Avşarı kövrəldib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31