Gündəm
Qəza zamanı yol təsərrüfatına ciddi ziyan dəyib
Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 322-ci km-də, magistralın Goranboy rayonu ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yol təsərrüfatına ciddi ziyan dəyib. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Şəmkir rayon sakini, 1975-ci il təvəllüdlü Eldar Qasımov 99 HK 563 dövlət qeydiyyat nömrəli “DAF” markalı yəhərli dartıcılı yük maşını ilə hərəkətdə olarkən qəfil idarəetməni itirib və yük maşını yol ayrıcında olan əyrixətli dəmir tirlərə çırpılaraq aşıb. Xoşbəxtlikdən hadisə xəsarətsiz ötüşsə də, yol ayrıcında olan 240 paqon-metr uzunluğunda dəmir tirlər sıradan çıxıb.
Millət vəkilinin “Qarabağ düyünü” adlı kitabı Sankt-Peterburqda erməni dilində nəşr edilib
Millət vəkili Aydın Mirzəzadənin bu günlərdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Qarabağ düyünü” adlı kitabı erməni dilində nəşr edilib. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumatı millət vəkili özü verib. Bildirib ki,400 səhifəlik kitab 300 tirajla buraxılıb: “İlk dəfədir ki, azərbaycanlı tədqiqatçının Dağlıq Qarabağ probleminə həsr edilmiş əsəri erməni dilində iri kitab həcmində xaricdə çap edilir.
Azərbaycanla Çexiya arasında enerji sahəsində Anlaşma Memorandumu imzalanacaq
Çexiya Sənaye və Ticarət Nazirliyinin xarici iqtisadi siyasət departamentinin direktoru Martin Pospişil və Azərbaycanla Çexiya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə birgə komissiyanın məsul katibi Olqa Kalinova və səfir Vitezslav Pivonkadan ibarət nümayəndə heyəti Energetika Nazirliyində olub.
Britaniya nümayəndə heyəti SOCAR-da olub
Noyabrın 29-da SOCAR-ın inzibati binasında Birləşmiş Krallığın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Nikolsonun başçılıq etdiyi neft və qaz sənayesinin müxtəlif sahələrində fəaliyyət göstərən 25-dən artıq Britaniya şirkəti təmsilçilərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfər proqramının rəsmi açılış tədbiri keçirilib.
TÜRKSOY Daimi Şurasının 34-cü toplantısı Şəkidə keçiriləcək
Dekabrın 1-2-i tarixlərində Şəki şəhərində TÜRKSOY Daimi Şurasının 34-cü toplantısı və “Şəki – Türk dünyasının mədəniyyət paytaxtı 2016” ilinin bağlanış mərasimi keçiriləcək.
Dollarla kredit götürənlər borclarını milli valyutada qaytara biləcəklər - Gürcüstanda
Gürcüstan hökuməti Milli Bankla birgə lariləşmə planı hazırlayıb. Olaylar.az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstan baş naziri Georgi Kvirikaşvili bəyan edib.
Gövhər Baxşəliyeva: "Qiymətlərin diferensiallaşması qərarı dövlətin atdığı çox ağıllı və praqmatik addımdır"
Hesab edirəm ki, tariflərin diferensiallaşması - dövlətin atdığı çox ağıllı və praqmatik addımdır. Olaylar.az xəbər verir ki, bunu Day.Az-a açıqlamasında Milli Məclisin deputatı Gövhər BaxşəliyevaTarif (qiymət) Şurasının noyabrın 28-də qaz və elektrik enerjisinin qiymətlərinin qaldırılmasına dair qərarını şərh edərkən deyib.
Kəşfiyyatdan ŞOK ƏMƏLİYYAT "Almaniya planı" de - şifrə oldu
Lukaşenkonun Azərbaycana rəsmi səfəri başa çatıb
Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Respublikasına rəsmi səfəri noyabrın 29-da başa çatıb.
Azyaşlı uşağı olan analara iş yerində GÜZƏŞT
Azərbaycanda 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə güzəşt ediləcək. SİA-nın xəbərinə görə, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.
Hesab edirəm ki, əhali bir az qənaətcil olmalıdır
“Ümumiyyətlə bu gün dünyada gedən qlobal proseslər hətta ABŞ-da keçirilən seçkilər nəinki tarif məsələlərində, eləcə də dolların kursundan tutmuş bütün iqtisadi məsələlərdə öz təsirini göstərməkdədir”. Bunu SİA-ya millət vəkili Elşən Musayev deyib.
Gənclər arasında sağlam həyat təbliğ olunur
Naftalan şəhərində “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam gənclik-sağlam gələcək!” adlı layihə ilə bağlı tədbirini keçirib.
ASAN könüllüləri SOCAR-da təcrübə keçəcəklər
İnsan Resursları Departamentində SOCAR-da ödənişsiz təcrübə keçəcək ASAN könüllüləri ilə görüş keçirilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, İRD-nin rəisi Asif Bəkirli könüllüləri təbrik edərək bildirib ki, ASAN könüllülərinin SOCAR-ın idarə və müəssisələrində ixtisaslarına uyğun təcrübə keçmələri artıq şirkətin gənclər siyasətinin tərkib hissəsini təşkil edir. SOCAR-ın təcrübəli mütəxəssislərindən dəyərli bilik və bacarıqlar öyrənməyin onlar üçün böyük motivasiya olacağını söyləyən A.Bəkirli gənclərə bu imkandan maksimum yararlanmağı tövsiyə edib.
Azad Rəhimov Avropa Şurasının İdmana məsul nazirlərinin 14-cü konfransına qatılır
Macarıstanın Budapeşt şəhərində Avropa Şurasının İdmana məsul Nazirlərinin 14–cü Konfransı öz işinə başlayıb. “OLAYLAR”-ın xəbərinə görə, gənclər və idman naziri Azad Rəhimovun da qatıldığı konfransda “dopinq sahəsində son vaxtlar media və müstəqil tədqiqatçılar tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olan nöqsanların aradan qaldırılması üçün dövlətlərin Ümumdünya Antidopinq Agentliyinə (WADA) dəstəyinin formaları, dopinqlə yenilənmiş mübarizə siyasətində idmançıların əsas hüquqlarının qorunması sahəsində dövlətlərin görməli olduğu işləri, “Avropa Şurası Antidopinq Konvensiyasının yenilənməsi”, “WADA ilə yanaşı yeni Müstəqil Test Qurumunun yaradılması” və s. kimi bir sıra mühüm məsələlərin müzakirəsi aparılır.
Hal şahidləri olmadan axtarış aparılmasına icazə veriləcək
Milli Məclisin bu gün keçirilən iclasında "Məhkəmə və hakimlər haqqında" qanuna və Cinayət-Prosessual Məcəlləyə dəyişiklik müzakirə edilib.














