Britaniya nümayəndə heyəti SOCAR-da olub
Noyabrın 29-da SOCAR-ın inzibati binasında Birləşmiş Krallığın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Nikolsonun başçılıq etdiyi neft və qaz sənayesinin müxtəlif sahələrində fəaliyyət göstərən 25-dən artıq Britaniya şirkəti təmsilçilərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfər proqramının rəsmi açılış tədbiri keçirilib.
29 Noyabr 2016 17:47 SosialNoyabrın 29-da SOCAR-ın inzibati binasında Birləşmiş Krallığın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Nikolsonun başçılıq etdiyi neft və qaz sənayesinin müxtəlif sahələrində fəaliyyət göstərən 25-dən artıq Britaniya şirkəti təmsilçilərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfər proqramının rəsmi açılış tədbiri keçirilib. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, dekabrın 1-dək davam edəcək səfərin əsas məqsədi neft və qaz sənayesində fəaliyyət göstərən yerli şirkətlər ilə Britaniya şirkətləri arasında əməkdaşlıq perspektivlərinin müəyyən edilməsi və mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsidir. Tədbirin rəsmi hissəsində söz alan Birləşmiş Krallığın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Nikolson, SOCAR-ın geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov və BP Azərbaycan şirkətinin vitse-prezidenti Joe Murphy iki ölkə arasında mövcud əməkdaşlığın tarixindən, cari və gələcək layihələrdən söhbət açmış və tədbirdə iştirak edən yerli və Britaniya şirkətlərinin nümayəndələrinin suallarını cavablandırıblar. Daha sonra yerli biznes mühitinin inkişafı naminə son dövrlərdə SOCAR-ın təşəbbüsü ilə qanunvericilikdə edilən dəyişikliklər, Azərbaycanda biznes mühiti, makroiqtisadi göstəricilərin artım tempi, neft və qaz sənayesi, mövcud və gələcək layihələr, layihələrdə yerli resurslardan istifadənin artırılması məqsədilə yerli və beynəlxalq şirkətlər arasında əməkdaşlığın əhəmiyyəti barəsində tədbirə dəvət olunmuş yerli və beynəlxalq şirkətlər üçün biznes-təqdimat keçirilib. Birləşmiş Krallığın Beynəlxaq Ticarət Departamentinin əməkdaşları səfər proqramının məqsədləri və həyata keçirilən layihə haqqında məlumat veriblər.