ASAN könüllüləri SOCAR-da təcrübə keçəcəklər

İnsan Resursları Departamentində SOCAR-da ödənişsiz təcrübə keçəcək ASAN könüllüləri ilə görüş keçirilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, İRD-nin rəisi Asif Bəkirli könüllüləri təbrik edərək bildirib ki, ASAN könüllülərinin SOCAR-ın idarə və müəssisələrində ixtisaslarına uyğun təcrübə keçmələri artıq şirkətin gənclər siyasətinin tərkib hissəsini təşkil edir. SOCAR-ın təcrübəli mütəxəssislərindən dəyərli bilik və bacarıqlar öyrənməyin onlar üçün böyük motivasiya olacağını söyləyən A.Bəkirli gənclərə bu imkandan maksimum yararlanmağı tövsiyə edib. 

İnsan Resursları Departamentində SOCAR-da ödənişsiz təcrübə keçəcək ASAN könüllüləri ilə görüş keçirilib. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, İRD-nin rəisi Asif Bəkirli könüllüləri təbrik edərək bildirib ki, ASAN könüllülərinin SOCAR-ın idarə və müəssisələrində ixtisaslarına uyğun təcrübə keçmələri artıq şirkətin gənclər siyasətinin tərkib hissəsini təşkil edir. SOCAR-ın təcrübəli mütəxəssislərindən dəyərli bilik və bacarıqlar öyrənməyin onlar üçün böyük motivasiya olacağını söyləyən A.Bəkirli gənclərə bu imkandan maksimum yararlanmağı tövsiyə edib. 
Qeyd edək ki, SOCAR-da ödənişsiz təcrübə keçmək üçün 39 nəfər məntiq üzrə test imtahanında iştirak etmiş, imtahandan uğurla keçən 22 nəfər könüllü müsahibə mərhələsinə dəvət olunub, bu mərhələdə isə 12 nəfər seçilib. Ödənişsiz təcrübə keçmək üçün seçilmiş tələbələrin "Azneft" İB-də, Baş ofisin İnsan Resursları Departamentində, Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsində, İnformasiya Texnologiyaları və Rabitə İdarəsində, Ekologiya İdarəsində və Heydər Əliyev adına NEZ-də ödənişsiz təcrübə keçmələri nəzərdə tutulmuşdur. Təcrübənin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31