Millət vəkilinin “Qarabağ düyünü” adlı kitabı Sankt-Peterburqda erməni dilində nəşr edilib

Millət vəkili Aydın Mirzəzadənin bu günlərdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Qarabağ düyünü” adlı kitabı erməni dilində nəşr edilib. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumatı millət vəkili özü verib. Bildirib ki,400 səhifəlik kitab 300 tirajla buraxılıb: “İlk dəfədir ki, azərbaycanlı tədqiqatçının Dağlıq Qarabağ probleminə həsr edilmiş əsəri erməni dilində iri kitab həcmində xaricdə çap edilir.

Millət vəkili Aydın Mirzəzadənin bu günlərdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində "Qarabağ düyünü" adlı kitabı erməni dilində nəşr edilib. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumatı millət vəkili özü verib. Bildirib ki,400 səhifəlik kitab 300 tirajla buraxılıb: "İlk dəfədir ki, azərbaycanlı tədqiqatçının Dağlıq Qarabağ probleminə həsr edilmiş əsəri erməni dilində iri kitab həcmində xaricdə çap edilir. Kitab Dağlıq Qarabağ probleminin tarixinə, müasir vəziyyətinə, Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsinin işğalından doğan problemlərə həsr edilib. Kitabda 7 tarixi xəritə, Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsni işğal etdikdən sonra yaranmış vəziyyəti əks etdirən 37 fotoşəkil yerləşdirilmiş, xarici tədqiqatçıların obyektiv fikirləri, Ermənistan siyasətçilərinin özlərini ifşa edən etirafları da verilib.  Həmçinin kitabda Dağlıq Qarabağa dair tarixi sənədlər, beynəlxalq təşkilatların Ermənistanın işğalçılıq siyasətini pisləyən və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərarları yerləşdirilib. Xocalı faciəsinə dair xüsusi fəsil verilib, faciənin törənmə səbəbləri, Ermənistan silahlılarının vəhşiliyini ifşa edən faktlar göstəriliib.  Kitabda Azərbaycanın problemin beynəlxalq hüquq normalarına uyğun həll edilməsi üçün səyləri analiz edilib.  Kitabın xarici ölkələrin milli kitabxanalarına, universitetlərinə və ermənişünaslıq mərkəzlərinə göndərilməsi nəzərdə tutulur. Kitab xaricdə Azərbaycan diaspor nümayəndələrinin maliyyə dəstəyi ilə nəşr edilib.  Kitabın bir hissəsi Azərbaycan kitabxanalarına, universitetlərinə paylanmaq və tədqiqatçılara təqdim edilmək üçün Azərbaycan gətiriib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31