Gündəm

İcra hakimiyyəti başçılarına yeni tapşırıq verilib

29 Noyabr 2016 18:32

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Tarif Şurası: "Qiymətlərin diferensiasiyası əhalinin və istehsalçıların maraqlarını müdafiə edəcək"

29 Noyabr 2016 18:31

Təbii qaz və elektrik enerjisi tariflərinin diferensiasiyası həm əhalinin, həm də istehsalçıların maraqlarını qorumağa yardım edəcək. Olaylar.az  xəbər verir ki, bu sözləri Trend-ə Azərbaycan Tarif (qiymət) Şurasının ikinci katibi İlkin Məcidov deyib.

ŞOK: Yadplanetlilər hücuma hazırlaşır - ABŞ hərəkətə keçdi - SSENARİLƏR

29 Noyabr 2016 18:30

ABŞ kosmos müharibələri və yadplanetlilərin Yerə hücum ehtimalına qarşı hazırlıqlara başlayıb.

Yük maşınlarından tutulan cərimələr yollara xərclənəcək

29 Noyabr 2016 18:28

"Avtomobil yolları" Məqsədli Büdcə Fondunun vəsaitlərinin formalaşdırılması mənbələri artırılıb. Olaylar.az xəbər verir ki, Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı "Avtomobil yolları" Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi Qaydaları"nda dəyişikliklər edilib.

"Suriyaya Əsədin hökmranlığına son qoymaq üçün girmişik”

29 Noyabr 2016 18:22

Biz başqa məqsədlə deyil, dövlət terroru həyata keçirən zalım Bəşər Əsədin hökmranlığına son qoymaq üçün Suriyaya girmişik. Olaylar.az report-a istinadən xəbər verir ki, bunu Türkiyə prezdenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Qüds Uğrunda Parlamentarlar Liqasının Birinci İllik Konfransında bildirib.

Təyyarə qəzasında sağ qaldı, ürəyi partladı

29 Noyabr 2016 18:20

Medelin şəhərində baş verən təyyarə qəzasından "Şapekoense" klubunun qapıçısı Danilo Padilhanın xəsarətsiz sağ qurtulduğunu xəbər vermişdik. Olaylar.az goal.az-a istinadən xəbər verir ki, 31 yaşlı qolkiperin ürəyi partlayıb. Futbolçu hadisənin şokundan ayıla bilməyib.

İlhamə Quliyevanın köməkçisinin məhkəmə istintaqı başa çatdı

29 Noyabr 2016 18:19

Mərhum xalq artisti İhamə Quliyevanın köməkçisi olmuş Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib. Olaylar.az  lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşması barədə qərar verib.

"Yox" cavabı alan azərbaycanlı qız ağlayıb studiyadan getdi - VİDEO

29 Noyabr 2016 18:18

"Star TV"də yayımlanan "Zuhal Topal"la izdivaç verilişinə qatılan azərbaycanlı gəlin namizəd Fatiməgöz yaşlarını saxlaya bilməyib.  Olaylar.az axşam.az-a istinadən bildirir ki, Fatimənin namizəd olduğu Deniz açıqlamaları ilə hamını təəccübləndirib. 

Aşıqlar Birliyində nəzəri-təcrübi tədbir keçirilib

29 Noyabr 2016 18:09

Noyabrın 29-da Azərbaycan Aşıqlar Birliyində Azərbaycan aşıq musiqisi ilə Avropa musiqisinin (rok, caz, pop və s.) sintezi problemlərinə həsr olunmuş nəzəri-təcrübi tədbir keçirilib. Bu barədə məlumat verən AAB-nin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu bildirib ki, aşıqlar  və musiqiçilərlə yanaşı, bəstəkarların və musiqişünasların da iştirak etdiyi tədbiri giriş sözü ilə açan Əməkdar Elm Xadimi, professor, AAB-nin sədri Məhərrəm Qasımlı Azərbaycan aşıq musiqisinin Avropa musiqisi ilə sintezi imkanlarından və bu istiqamətdə görülən işlərdən danışıb. Sonra söz musiqiçilərə və aşıqlara verilib. Araz Hümbətlinin rəhbərlik etdiyi “Araz-O-zarA” qrupu (qrupun digər üzvləri Elvin Manaflı, Kamil Cəfərov, Antiq Seyidov) və aşıqlardan Əməkdar Mədəniyyət İşçisi Samirə Əliyeva, Altay Məmmədli və Əli Tapdıqoğlunun  ifalarında aşıq və xalq mahnıları dinlənilib. 

Pirotexniki vasitələr aşkar edilib

29 Noyabr 2016 18:07

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstan Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “OKA” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata gğrə, yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 54040 ədəd pirotexniki vasitələr aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Şura 2017-ci il qrant müsabiqəsinin qayda və şərtləri ilə bağlı qərar qəbul edib

29 Noyabr 2016 18:06

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şura sədrinin müavini Vüsal Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın 2017-ci il qrant müsabiqəsinin qayda və şərtləri haqqında məsələni elan edib. Gündəlik yekdilliklə təsdiq olunub.

"Regionların inkişafı və ixrac sahəsində yaranmış yeni imkanlar" 

29 Noyabr 2016 18:02

Nazirlik konfrans keçirilib   Noyabrın 29-da Zaqatalada İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, yerli və mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin nümayəndələrinin və sahibkarların iştirakı ilə "Regionların inkişafı və ixrac sahəsində yaranmış yeni imkanlar" mövzusunda Konfrans keçirilib.

Azərbaycanla Belarus arasında əməkdaşlıq sazişi imzalanıb

29 Noyabr 2016 18:00

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində “2025-ci ilədək Azərbaycan və Belarus arasında aqrosənaye kompleksi sahəsində əməkdaşlıq üzrə Kompleks Proqramı” imzalanıb. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, sənədi Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Belarusun kənd təsərrüfatı və qida naziri Leonid Zayats imzalayıblar.

Silahlı Qüvvələrə göstərilən diqqət və qayğı döyüş ruhunu artırır

29 Noyabr 2016 17:59

Bu gənclər üçün də vətənpərvərlik örnəyi təşkil edir Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində Müdafiə Nazirliyi müntəzəm olaraq tədbirlər həyata keçirir. Xüsusilə, Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş ruhunun artırılmasına yönəlik tədbirlər vətənpərvərlik hisslərinin yüksəldilməsinə xidmət edir. 

Dövlət Komitəsi Horadizdə regional konfrans keçirib

29 Noyabr 2016 17:53

Horadiz şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda regional konfrans keçirilib. “OLAYLAR”-ın xəbərinə görə,  konfransda DQİDK, Füzuli Rayon İcra Hakimiyyəti, Qafqaz Müsəlmanları İdarəsinin rəsmiləri, dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar, eləcə də ictimaiyyət nümayəndələri, ziyalılar iştirak ediblər.