Aşıqlar Birliyində nəzəri-təcrübi tədbir keçirilib
Noyabrın 29-da Azərbaycan Aşıqlar Birliyində Azərbaycan aşıq musiqisi ilə Avropa musiqisinin (rok, caz, pop və s.) sintezi problemlərinə həsr olunmuş nəzəri-təcrübi tədbir keçirilib. Bu barədə məlumat verən AAB-nin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu bildirib ki, aşıqlar və musiqiçilərlə yanaşı, bəstəkarların və musiqişünasların da iştirak etdiyi tədbiri giriş sözü ilə açan Əməkdar Elm Xadimi, professor, AAB-nin sədri Məhərrəm Qasımlı Azərbaycan aşıq musiqisinin Avropa musiqisi ilə sintezi imkanlarından və bu istiqamətdə görülən işlərdən danışıb. Sonra söz musiqiçilərə və aşıqlara verilib. Araz Hümbətlinin rəhbərlik etdiyi “Araz-O-zarA” qrupu (qrupun digər üzvləri Elvin Manaflı, Kamil Cəfərov, Antiq Seyidov) və aşıqlardan Əməkdar Mədəniyyət İşçisi Samirə Əliyeva, Altay Məmmədli və Əli Tapdıqoğlunun ifalarında aşıq və xalq mahnıları dinlənilib.
29 Noyabr 2016 18:09 MədəniyyətNoyabrın 29-da Azərbaycan Aşıqlar Birliyində Azərbaycan aşıq musiqisi ilə Avropa musiqisinin (rok, caz, pop və s.) sintezi problemlərinə həsr olunmuş nəzəri-təcrübi tədbir keçirilib. Bu barədə məlumat verən AAB-nin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu bildirib ki, aşıqlar və musiqiçilərlə yanaşı, bəstəkarların və musiqişünasların da iştirak etdiyi tədbiri giriş sözü ilə açan Əməkdar Elm Xadimi, professor, AAB-nin sədri Məhərrəm Qasımlı Azərbaycan aşıq musiqisinin Avropa musiqisi ilə sintezi imkanlarından və bu istiqamətdə görülən işlərdən danışıb. Sonra söz musiqiçilərə və aşıqlara verilib. Araz Hümbətlinin rəhbərlik etdiyi "Araz-O-zarA" qrupu (qrupun digər üzvləri Elvin Manaflı, Kamil Cəfərov, Antiq Seyidov) və aşıqlardan Əməkdar Mədəniyyət İşçisi Samirə Əliyeva, Altay Məmmədli və Əli Tapdıqoğlunun ifalarında aşıq və xalq mahnıları dinlənilib.
Bəstəkarlar Əməkdar İncəsənət xadimi Aydın Əzimov və Cəmil Əmirov, musiqişünaslar Əməkdar İncəsənət xadimi Sənubər Bağırova, İradə Köçərli, Kamilə Dadaşzadə və Mübariz Əliyev ifalara öz münasibətlərini bildiriblər.
Sonda AAB-nin sədri, Əməkdar Elm xadimi, professor Məhərrəm Qasımlı çıxış edərək tədbirlə bağlı fikirlərini bildirmiş bəstəkar və müsiqişünaslara, eləcə də aşıq musiqiçilərə təşəkkürünü bildirib, bu istiqamətdə axtarıçların davam etdiriləcəyini deyib.